13 yaşlı qızın hicabla hovuza girməsinə mane olan rus qadın həbs edildi
Türkiyənin Antalya vilayətinin Alanya rayonunda yaşayış kompleksinin ümumi istifadə üçün nəzərdə tutulmuş hovuzunda baş verdiyi bildirilən hadisə ictimaiyyətin geniş müzakirəsinə səbəb olub. İddialara görə, 13 yaşlı qızın hicab ilə hovuza daxil olmasına saytın Rusiya vətəndaşı olan idarəçisi mane olub.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, 64 yaşlı Ludmina İ. yeniyetməyə geyiminin hovuzu çirkləndirdiyini bildirərək hovuza girməsinə icazə verməyib. Hadisədən sonra qızın ağlayaraq ailəsinə baş verənləri danışdığı, yaxınlarının isə hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir.
Hadisə ilə bağlı sosial şəbəkələrdə paylaşımlar yayıldıqdan sonra məsələ geniş rezonans doğurub. Bir çox istifadəçi baş verənləri geyim azadlığı və dini etiqada hörmət baxımından tənqid edib.
Hüquq-mühafizə orqanlarının apardığı araşdırma çərçivəsində saxlanılan Ludmina İ. məhkəməyə çıxarılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaq dövrü üçün cəzaçəkmə müəssisəsinə göndərilib.
Hadisə ilə bağlı istintaq davam edir. Rəsmi qurumlar tərəfindən irəli sürülən ittihamların mahiyyəti və araşdırmanın nəticələri ilə bağlı əlavə məlumatın veriləcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1166 Tarix: 10 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Neon yaşıl "yadplanetli" köpəkbalığı aşkarlandı - VİDEO
ABŞ sahillərində alimlərin diqqətini çəkən qeyri-adi köpəkbalığı növü müşahidə olunub. Fosforlu-neon yaşıl rəngdə parlayan bu canlı öz görünüşü ilə "yadplanetli köpəkbalığı" adlandırılıb. türk mediasına istinadəbn xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu nadir növ təhlükə hiss etdikd
30 iyulPəncərədən yıxılan kişi 5 gün sonra öldü
Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, iyulun 27-si saat 07 radələrində şəhər sakini 1962-ci il təvəllüdlü Şahin Şükürov yaşadığı evin pəncərəsindən (4-cü mərtəbə) ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Ş.Şükürov avqustun 1-i orada ölüb
3 avqustŞəmkirdə arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Şəmkirdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Arif Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Arif Hacıyev 15 i
1 avqustAbşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində güclü yanğın olub - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. bununla bağlı FHN-in Mətbuat Xidmətinə istinadən xəbər verir. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziy
5 avqustToy karvanı ilə yolu bağlayan sürücülərə ağır cəza verildi - VİDEO
Türkiyənin Mersin şəhərində toy karvanı təşkil edərək yolu bağlayan və digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atan 7 sürücü barəsində ciddi tədbirlər görülüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin ən işlək küçələrindən olan 17-ci prospekt, Nevit Kodallı prospekti il
31 iyulTorpaq mübahisəsi qanlı davaya çevrildi: 8 nəfər xəsarət aldı
Türkiyənin Şanlıurfa vilayətinin Akçakale rayonunda iki ailə arasında baş verən kütləvi dava nəticəsində 8 nəfər xəsarət alıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, ailələr arasında torpaq mübahisəsi zəminində başlayan münaqişə qısa zamanda daş və dəyənəklərin istifadə olunduğu kütləv
31 iyulEvdə karton qutularda beş körpə cəsədi tapıldı
Fransada ər-arvadın şəxsi evində cəsədləri tapılan beş körpənin sirli ölümü araşdırılır. xarici mediaya istinadla xəbər verir ki, Fransanın cənub-şərqindəki Voklyuz departamentinin Oranj şəhərində cütlüyün evində beş körpənin cəsədi tapılıb. Onlar karton qutulara qoyulub. Bu tapıntı 1994-cü il təvəllüdl
29 iyulBakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi
Bakının Binəqədi rayonunda taksi sürücüsünə qarşı quldurluq hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, zərərçəkənin idarə etdiyi KIA markalı avtomobilə müştəri kimi minən naməlum şəxs onu kəsici-deşici alətlə hədələyib və pul vəsaitini talayıb. Məlumata görə, polis əməkdaşlarının keçirdiklər
1 avqust