Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi

Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişiBritaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.

Oxu.Az-ın xəbərinə görə, onun tövsiyələrini "Daily Mirror" nəşri dərc edib.

Əmir Xanın sözlərinə görə, günə bir stəkan su ilə başlamaq lazımdır, çünki yuxudan sonra orqanizm maye çatışmazlığı yaşayır. Həmçinin həkim səhər ən azı 10-20 dəqiqəlik küçəyə çıxmağı tövsiyə edib, çünki günəş işığı bioloji saatını tənzimləməyə, yuxunu yaxşılaşdırmağa və gün ərzində enerji səviyyəsini artırmağa kömək edir.

Mütəxəssis daha bir faydalı vərdiş kimi ot üzərində ayaqyalın gəzməyi göstərib. Onun sözlərinə görə, belə təcrübə ayaqlarda sinir uclarını stimullaşdırır, tarazlığın inkişaf etdirməyə və rahatlamağa kömək edir. Bundan əlavə, həkim təbiətin səslərini, məsələn, quşların oxumasını dinləməyi tövsiyə edib, çünki bunlar stresi azaltmaq və əhvali-ruhiyyəni yaxşılaşdırmaq üçün faydalıdır.

Həkimin son məsləhəti isə aramla və dərindən beş dəfə nəfəs almaqdır. Onun sözlərinə görə, bu texnika parasimpatik sinir sistemini aktivləşdirməyə, ürək döyüntüləri tezliyini azaltmağa və stresin orqanizmə təsirini azaltmağa kömək edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 567   Tarix: 10 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xarab olmuş kərə yağını anlamanın sadə yolları

Mətbəxlərdə yeməklərə ləzzət qatmaq və səhər yeməklərini zənginləşdirmək üçün tez-tez istifadə etdiyimiz kərə yağı yağ strukturunun oksidləşməsi və ətrafdakı qoxuları udması səbəbindən zamanla təravətini itirə bilər. Kərə yağında yaranan acılaşma və ya soyuducudakı üstü açıq qidalardan sinən kəskin qoxula

8 avqust
.

Saat icad edilməzdən əvvəl insanlar vaxtı necə ölçürdü?

Bu gün saata və ya telefona baxaraq vaxtı öyrənmək həyatımızın adi hissəsinə çevrilib. Lakin bəşər tarixinin böyük bir hissəsində dəqiq vaxtı müəyyənləşdirmək heç də asan olmayıb. Saatların ixtirasından əvvəl insanlar zamanı ölçmək üçün günəşdən, sudan, yanan mumdan, tütsüdən, hətta qoxulardan istifad

12 avqust
.

Yuxuda güzgünün sınması nə deməkdir?

Yuxular insanın şüuraltında gizlənən hisslərin, qorxuların, arzuların və gündəlik həyatda yaşadığı hadisələrin fərqli obrazlarla üzə çıxması kimi qəbul edilir. Yuxuda güzgü görmək də maraqlı rəmzlərdən biridir. Güzgü adətən insanın özünə baxışı, daxili dünyası, münasibətləri və həyatında baş verən dəyişikliklərl

9 avqust
.

Pişiklər niyə gündə 16 saata qədər yatır? - Əsl səbəb

Demək olar, hər bir pişik sahibi ev heyvanının günün yarısını yataraq keçirdiyini müşahidə edib. Yetkin pişiklər sutkada 12-16 saat, balalar və yaşlı pişiklər isə daha uzun müddət yatır. Lakin bunun sadəcə enerji toplamaqla bağlı olduğu fikri yalnız qismən doğrudur. Mütəxəssislərin sözlərinə görə, pişiklə

9 avqust
.

Kondisioneriniz işləyib soyutmursa, səbəb bu ola bilər: Mütəxəssislər xəbərdarlıq etdi

İsti havalarda ev və iş yerlərində intensiv şəkildə istifadə edilən kondisionerlərin performansının aşağı düşməsi və səmərəsiz işləməsi istifadəçiləri narahat edir. Cihazın sıradan çıxdığı düşünülsə də, mütəxəssislər soyutmama probleminin əsasən baxımsız qalan hava filtrlərindən qaynaqlandığını bildirirlər

15 avqust
.

Daş kimi bayat çörəyi 2 saniyədə təzə edən üsul

Evdə daş kimi sərtləşən bayat çörəkləri sırf yeyilmir deyə zibilə atırsınızsa, böyük israf edirsiniz. Su ilə sadəcə bir neçə saniyədə tətbiq edəcəyiniz o gizli toxunuş sərtləşmiş çörəkləri sobadan təzə çıxmış kimi edir. Kran suyunun altına tutub sobaya atın. xəbər verir ki, çörəyin qurumuş çöl qabığın

9 avqust
.

Smartfonu uzun müddət qoruyub saxlamağın düzgün yolları AÇIQLANDI

Smartfonu uzun müddət istifadə etmədən saxlayarkən müəyyən qaydalara əməl etmək lazımdır. bildirir ki, bu barədə "BGR" portalı yazıb. Portalın mütəxəssisləri müəyyən səbəblərdən smartfonlarını uzun müddət istifadə etmədən saxlamalı olan şəxslər üçün tövsiyələr siyahısı hazırlayıblar. İlk növbədə

9 avqust
.

Qarpızı dondurmaq olar? - Düzgün üsul

Bir çox insan yay mövsümündən qalan qarpızı qış üçün dondurmağın düzgün olub-olmadığını düşünür. Mütəxəssislər bildirirlər ki, qarpızı dondurmaq mümkündür, lakin bu, onun quruluşunu əhəmiyyətli dərəcədə dəyişir. xəbər verir ki, dondurulmuş qarpız qida dəyərini itirmir və sağlamlıq üçün təhlükəli olmur

9 avqust
.

Qarğıdalının yumşaq və şirəli olması üçün bişirərkən nə əlavə etmək lazımdır?

Qaynadılmış qarğıdalı çoxlarının sevdiyi ləzzətlərdən biridir. Lakin düzgün bişirilmədikdə dənələri quru və sərt qala bilər. Əksər insanlar qarğıdalını sadəcə duzlu suda bişirsə də, onu daha yumşaq, şirəli və ləzzətli edən sadə üsul mövcuddur. xarici mediaya istinadən bildirir ki, mükəmməl qaynadılmı

2 avqust