Avropada anomal istilər dalğası - Ən təhlükəli vəziyyət NƏ VAXTA GÖZLƏNİLİR?
Avropa ölkələri yeni anomal istilərlə üzləşib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa İstilik Monitorinq Sistemi (EFFIS) məlumat yayıb.
Qeyd edilib ki, iyul ayında həddindən artıq istilik səbəbindən baş verən meşə yanğınları 126 000 hektardan çox ərazini məhv edib ki, bunlardan təxminən 40%-i İspaniyanın payına düşüb. Kataloniyada on minlərlə insan təxliyə edilib.
Portuqaliyanın mərkəzi hissəsində yanğınlar təxminən 13 000 hektar ərazini məhv edib ki, bu, cari ilin ən yüksək göstəricisidir.
Fransada yanmış ərazilərin sahəsi 25 000 hektara çatıb və bu da ötən illə müqayisədə iki dəfə çoxdur. Kontinental departamentlərin üçdə birində "qırmızı təhlükə" elan edilib.
Yanğınlar həmçinin Yunanıstan, Xorvatiya və Albaniyanı da əhatə edib.
London hakimiyyəti şəhər tarixində ilk dəfə olaraq ekstremal istiyə uyğunlaşma üzrə "Heat Ready London" planını təqdim edib. Mer Sadiq Xan vurğulayıb ki, ilk növbədə sakinlərin sağlamlığı qorunmalı, binalar istiyə uyğunlaşdırılmalı və iqtisadi, infrastruktur dayanıqlığının təmin edilməsi üçün tədbirlər görülməlidir.
Mütəxəssislər qeyd edirlər ki, Avropada meşə yanğınları mövsümünün piki adətən avqust-sentyabr aylarına təsadüf edir. Onlar hakimiyyət orqanlarını və əhalini bu təhlükəli dövrə əvvəlcədən hazırlaşmağa çağırırlar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 387 Tarix: 11 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Rusiya və Çinin İranı dəstəklədiyinə inanmır
ABŞ prezidenti Donald Tramp Çin və Rusiyanın İranı dəstəklədiyinə inanmadığını bildirib. xəbər verir ki, Tramp Truth Social-da yazıb: "Çin və Rusiyanın 'möhtəşəm' İran İslam Respublikasına kömək etməsi ilə bağlı ifrat solçuların, axmaqların və dəlilərin çoxlu şərhlərini görürəm. Hətt
13 oktyabrBelçikada kütləvi tətil nəqliyyat və məktəblərin işini pozub
Belçikada dövlət sektoru işçilərinin büdcə xərclərinin planlaşdırılan ixtisarına qarşı ümummilli tətili ictimai nəqliyyatın, dəmiryolu əlaqəsinin, məktəblərin və dövlət teleradio yayımının işində fasilələrə səbəb olub. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Tətil federal büdcəni
12 oktyabrTramp İrana qarşı yeni addımlar atacağı ilə hədələyib
ABŞ prezidenti Donald Tramp İranla münaqişənin tezliklə başa çatacağını bir daha bəyan edib. Bununla yanaşı, o, İslam Respublikasına qarşı yeni addımlar atacağı ilə hədələyib. xəbər verir ki, Tramp bu barədə Alyaska ştatında Konqresə keçiriləcək aralıq seçkilərə həsr olunmuş mitinqdə danışıb. "Gözləyin
14 oktyabrAİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqləyib. Yeni paket çərçivəsində Rusiyanın müdafiə sənayesi ilə əlaqəli olduğu bildirilən təxminən 1600 şirkət və şəxs qara siyahıya salınıb. xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəs
12 oktyabrUkraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib. Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib. "Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid komplek
13 oktyabrSON DƏQİQƏ: Tacikistanda 6,0 bal gücündə zəlzələ oldu
Tacikistan ərazisində 6,0 maqnitudalı güclü zəlzələ qeydə alınıb. Bizim.Media xəbər verir ki, Seysmoloji Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Vəhdət şəhərindən 14 kilometr aralıda yerləşib. Güclü təkanlar ölkənin paytaxtı Düşənbədə də hiss olunub. Mütəxəssislərin bildirdiyinə görə
13 oktyabr