İran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib.
"Report" ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib.
"Halbuki 2231 saylı qətnamə hüquqi baxımdan faktiki olaraq mövcud deyil", - Bəqai vurğulayıb və qətnamənin müddətinin 18 oktyabr 2025-ci ildə bitdiyini xatırladıb.
İran XİN sözçüsünün fikrincə, məhz buna görə BMT Baş katibi Antonio Quterreşin qətnamənin icrası ilə bağlı hər hansı bir hesabat verməsi mənasızdır və hüquqi əsası yoxdur. O iclas zamanı Çin və Rusiyanın bu müzakirələrə etiraz etdiyinə diqqət çəkərək, ABŞ ilə İsrailin İranın nüvə obyektlərini bombalayan zaman BMT TŞ və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) susduğunu tənqid edib.
Məlumat üçün qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) 2015-ci ildə qəbul etdiyi 2231 saylı qətnamə İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planını təsdiqləyərək, əvvəlki sanksiyaları ləğv edib. Sənəd, razılaşmanın şərtləri pozulduğu təqdirdə sanksiyaların avtomatik bərpasını nəzərdə tuturdu. Qətnamənin müddəalarının rəsmi olaraq başa çatmasına baxmayaraq, nüvə öhdəliklərinin yerinə yetirilməməsi səbəbilə BMT TŞ sözügedən mexanizmi işə salıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 439 Tarix: 12 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİranla bağlı kritik qərar ərəfəsi: ABŞ yeni hücum variantlarını müzakirə edir
ABŞ və İran arasında hərbi qarşıdurma ilə bağlı gərginlik davam edir. Vaşinqtonun Tehrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə etdiyi bir vaxtda ABŞ Senatında prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını davam etdirməsi üçün Konqresin razılığını tələb edən qanun layihəsi qəbu
20 noyabrPutin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin apardığı müharibənin bütün Avropaya qarşı yönəldiyini bildirib. xəbər verir ki, kansler Ukraynada sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb. "Bir daha açıq şəkildə bildirirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək
20 noyabrPezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb - Video
İran Prezidenti Məsud Pezeşkian ölkədə yaşanan enerji böhranı fonunda elektrik enerjisinə qənaət tədbirlərini əyani şəkildə nümayiş etdirmək məqsədilə dövlət televiziyasının nümayəndələrini öz iş otağına dəvət edib. xəbər verir ki, bu barədə İran mətbuatında məlumatlar yayılıb. İran dövlət televiziyasını
21 noyabrABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə razılaşıb
ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə onlara razılaşıb. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə, burada məsələ Kiyev və Avropanın ABŞ-nin təklif etdiyi
19 noyabrBu ölkədə 6 günlük iş həftəsi ləğv edilir
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkədə həftədə 6 gün iş və 1 gün istirahət nəzərdə tutan "6x1" iş sisteminin ləğvi haqqında fərman imzalayıb. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısı sosial media hesabında bildirib ki, yeni tənzimləməyə əsasən, işçilərin əməkhaqqında
20 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabr