Qətərdə sabiq əmirin vəfatı ilə əlaqədar dördgünlük matəm elan edildi
Qətər əmirinin dəftərxanası dövlətin keçmiş başçısı şeyx Həməd bin Xəlifə Əl Taninin vəfatı ilə əlaqədar ölkədə dördgünlük ümummilli matəm elan edib.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, matəm bu gün, iyulun 12-dən başlayır.
Dörd gün ərzində ölkənin bütün ərazisində dövlət bayraqları endiriləcək. Bundan əlavə, iyulun 13-dən nazirliklərin, hökumət idarələrinin və digər dövlət müəssisələrinin fəaliyyəti dayandırılır. Dövlət qulluqçuları iş başına iyulun 19-da qayıdacaqlar.
Keçmiş monarx üçün cənazə namazı iyulun 12-si axşam saatlarında Dohadakı İmam Məhəmməd bin Əbdül Vəhhab məscidində qılınacaq, daha sonra o, Lusaildəki qəbiristanlıqda dəfn olunacaq. Qətər Əmiri şeyx Təmim bin Həməd Əl Tani iyulun 13-dən 15-dək dövlət başçılarından, hakim ailənin üzvlərindən və ölkə vətəndaşlarından başsağlıqlarını qəbul edəcək.
10:06
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin atası, 18 il ərzində ölkəni idarə etmiş Həməd bin Xəlifə Əl Tani 75 yaşında vəfat edib.
Oxu.Az-ın "Al Jazeera" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə əmirin dəftərxanası məlumat yayıb.
Həməd bin Xəlifə Əl Taninin ölüm səbəbi barədə rəsmi açıqlama verilməyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 456 Tarix: 12 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ürəyində tikiş iynəsi aşkarlandı
Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini
15 sentyabrOkeanda Yerin iqlimini tənzimləyən gizli "istilik klapanı" aşkar tapıldı
Atlantik okeanındakı axınlar sistemi əvvəllər düşünüldüyü kimi sadəcə istiliyi daşıyan "konveyer" deyil, bütün planetin temperaturunu tənzimləyən nəhəng "istilik klapanı" kimi fəaliyyət göstərir. Bu mexanizm zəifləyərsə, istilik okeanın dərinliklərində toplana və qlobal istiləşmən
14 sentyabr"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun
13 sentyabrVarşava hava limanında sərnişinlər təxliyə ediliblər
Varşavanın Frederik Şopen adına hava limanında sərnişinlər nəzarətsiz baqaj barədə məlumatlardan sonra terminalın bir neçə hissəsindən təxliyə ediliblər. xəbər verir ki, Polşa Sərhəd Mühafizə Xidmətinin mina təmizləmə mütəxəssisləri hadisə yerinə gələrək obyekti potensial təhlükə baxımından yoxlayıblar
16 sentyabrWSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13 sentyabrƏrdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd
13 sentyabr