Bu beş Android tətbiqini dərhal silmək lazımdır
Android smartfonlarında əvvəlcədən quraşdırılmış bütün tətbiqlər vacib deyil. Bəziləri istehsalçıların tərəfdaş şirkətlərlə əməkdaşlığı çərçivəsində əlavə olunur, digərləri isə əməliyyat sistemində mövcud olan funksiyaları təkrarlayır.
Ölkə.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu tətbiqlərin bir hissəsini silmək və ya deaktiv etmək telefonun işləməsinə mənfi təsir göstərmir.
Əksinə, onlar yaddaşa qənaət etməyə və lazımsız bildirişlərin qarşısını almağa kömək edə bilər.
Hansı tətbiqləri silmək olar?
Ekspertlər ilk növbədə istehsalçı tərəfindən əlavə edilmiş, lakin istifadə edilməyən tətbiqlərə diqqət yetirməyi tövsiyə edirlər.
Məsələn, Samsung smartfonlarında "Samsung Things" və "Galaxy Wearable", "Motorola" telefonlarında "Moto Notifications", Google" cihazlarında isə "YouTube Music" və "Google TV" kimi tətbiqlər əvvəlcədən quraşdırılmış ola bilər. Bu proqramlardan istifadə etmirsinizsə, onları silmək və ya deaktiv etmək mümkündür.
Eyni işi görən iki tətbiqə ehtiyac yoxdur
Mütəxəssislər bildirirlər ki, Android telefonlarında tez-tez eyni funksiyanı yerinə yetirən iki fərqli tətbiq olur.
Məsələn, Samsunq öz təqvim tətbiqini təqdim edir, halbuki Android sistemində artıq standart təqvim proqramı mövcuddur. Eyni vəziyyət fayl menecerləri üçün də keçərlidir. "OnePlus" telefonlarında "My Files" tətbiqi olsa da, sistemdə oxşar funksiyanı yerinə yetirən proqram artıq var.
Belə hallarda istifadə etmədiyiniz tətbiqləri silmək cihazın işinə mənfi təsir göstərmir.
Reklam məqsədilə quraşdırılan proqramlar
Ekspertlər qeyd edirlər ki, bəzi tətbiqlər istehsalçı ilə tərəfdaş şirkətlər arasında bağlanan kommersiya razılaşmaları çərçivəsində telefona əvvəlcədən yüklənir. İstehsalçılar bu proqramların quraşdırılmasına görə ödəniş alırlar.
Bu tip tətbiqlər çox vaxt istifadəçiyə reklam bildirişləri göndərir və telefonun yaddaşında yer tutur. Əgər onlardan istifadə etmirsinizsə, silinməsi tövsiyə olunur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, sistem tətbiqlərini silməzdən əvvəl onların funksiyasını yoxlamaq vacibdir. Telefonun əsas işləməsi üçün lazım olan proqramları silmək düzgün deyil. Lakin istifadə edilməyən əlavə tətbiqlərin silinməsi həm yaddaşa qənaət etməyə, həm də cihazın daha rahat işləməsinə kömək edə bilər.(lent.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 487 Tarix: 13 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?
Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını
11 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrEvdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın
Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri
10 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrPaltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?
Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind
12 oktyabrHündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
11 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrSoyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
4 oktyabr