Arvadını naqillə boğub öldürən şəxslə bağlı YENİ QƏRAR
Bakıda həyat yoldaşını uşaqlarının gözü qarşısında boğaraq öldürən Ziyəddin Quliyevin apelyasiya şikayətinə baxılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmin Əliyevin sədrliyi ilə keçirilən prosesdə onun barəsində yekun qərar qəbul edilib.
Qərara əsasən, birinci instansiya məhkəməsinin (Bakı Ağır Cinayətlər Məhkəməsi) onun barəsində çıxardığı 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2025-ci ilin aprelin 20-də paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsində baş verib.
Belə ki, Ziyəddin Quliyev 9 il rəsmi nikahda olduğu arvadı Aysel Qurbanovanın 9 və 5 yaşlı övladları ilə kobud rəftar etməsindən, onları dəfələrlə döyməsindən hiddətlənib. Eyni zamanda cinayət hadisəsindən təxminən bir həftə qabaq isə arvadının bıçağı qızdırıb qızının ayağına sıxaraq uşağa ikinci dərəcəli yanıq xəsarəti yetirməsindən qeyzləndiyini iddia edən Ziyəddin yatmış vəziyyətdə olduğu zaman arvadını boğaraq qəsdən öldürmək qərarına gəldiyini deyib.
Ziyəddin 20 aprel 2025-ci il tarixdə, saat 06 radələrində ailə üzvləri yatdıqları zaman yataqxananın ümumi mətbəxinə gedərək orada divardan asılmış elektrik naqilini götürüb. Daha sonra arvadı Aysel Qurbanovanın yuxuda olmasından istifadə edərək, naqili onun boğaz nahiyəsinə keçirib və onu boğmağa başlayıb.
Aysel Qurbanova yuxudan oyanaraq əlləri ilə naqili tutmaqla müqavimət göstərməyə çalışsa da, bunu bacarmayıb və hadisə yerində dünyasını dəyişib.
Ziyəddin Quliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Quliyev Baki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 722 Tarix: 13 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrLənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev
14 oktyabrMoskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
3 oktyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrBilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabr