İlham Əliyev: "Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır" - VİDEO
"Xoşbəxtlikdən, bizim daxili risklərimiz yoxdur - hətta potensial risklərimiz belə yoxdur. Bütün risklər sərhədlərimizdən kənarda yaranır.
Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində rusiyalı jurnalist Mixail Qusmanın sualını cavablandırarkən deyib.
Mixail Qusman Prezident İlham Əliyevə müraciət edərək, uzunmüddətli perspektivdə Azərbaycanın strateji sabitliyinə qarşı hansı potensial təhlükələrin mövcud olduğunu soruşub.
"Sizin fikrinizcə, təhlükə nədən ibarətdir, strateji təhlükə? Orta və ya uzunmüddətli perspektivdə Azərbaycanın strateji sabitliyinə təhdiddir? Çünki görünürdü ki, bir az nəfəs ala bilərik və hər şey yaxşı olacaq. Amma hər halda, Azərbaycan üçün strateji potensial təhdidlər nələrdir?"
Dövlət başçısı ölkənin strateji təhlükəsizliyi və potensial risklər barədə danışarkən daxili təhdidlərin olmadığını qətiyyətlə vurğulayıb:
"Xoşbəxtlikdən, bizim daxili risklərimiz yoxdur - hətta potensial risklərimiz belə yoxdur. Bütün risklər sərhədlərimizdən kənarda yaranır.
Siyasi xarakterli risklərə gəldikdə isə onlar əhəmiyyətsiz dərəcədə azdır. Biz, həmçinin ideoloji diversiya ilə bağlı risklər gözləmirik, çünki bu günə qədər onlar çox olub, lakin heç biri uğurla nəticələnməyib. Azərbaycan hökuməti və cəmiyyəti Konstitusiyamızda təsbit olunmuş prinsiplərə qətiyyətlə sadiqdir.
Fiziki risklər - bəli, onlar mövcuddur. Bu gün heç kim onlardan sığortalana bilməz. Müasir reallıqlar və döyüş əməliyyatlarının aparılması üzrə müasir növlər nəzərə alınmaqla, bəlkə də nadir istisnalarla, heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz. Buna görə də əsas risk, əlbəttə ki, müharibə edən iki ölkə arasında yerləşən ölkə üçündür və hər iki dövlət üçün gözlənilməz nəticələri olduqda, həm müharibələrin aparıldığı çərçivədə, həm də müharibədənsonrakı dövrdə.
Çünki müharibə özlüyündə böyük faciədir, lakin uzunsürən müharibə hərbi əməliyyatın özündən heç də az olmayan risklər daşıyır. Müharibədənsonrakı dövr, - ölkələrin bundan necə çıxması, nəticələri və fəsadları ilə necə mübarizə aparması, - əlbəttə ki, proqnozlaşdırılması və cavabı çətin olan sualdır.
Buna görə də bu gün bizim üçün yeganə risk Azərbaycanı hansısa avantüraya cəlb etmək cəhdləridir. Keçmişdə də belə cəhdlər olub, lakin onlar daha çox siyasi xarakter daşıyırdı. Biz onları həmişə uğurla dəf etmişik və praktik olaraq dayandırılıb. Bu gün onlar daha ciddi və daha təhlükəli xarakter alıb".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Kiberdələduzluqda bir başqa yol...
Xarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?
Elton qızına toy edir
Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
Nikahdan əvvəl alınan ev boşanma zamanı bölünə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?
Vəkil Orxan Kəngərli həbs edildi
Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Özünüməşğulluq avadanlığını satan vətəndaşları hansı məsuliyyət gözləyir? - VƏKİLDƏN AÇIQLAMA
Avropa ölkələri Ukraynada mümkün sülhməramlı missiyaya hazırlaşır
Rusiya Ukraynaya hücumlarını gücləndirdi - Xarici səfirliklər də zərər gördü