Kosmosda həyatın mənşəyinə dair "şirin" dəlil tapıldı
Astronomlar kosmosda həyatın Yer üzündə necə yarandığına dair mühüm dəlillər verə biləcək yeni bir şəkər növü aşkar ediblər. Alimlərin fikrincə, bu kəşf kainatda həyatın yaranması ilə bağlı suallara yeni baxış təqdim edə bilər.
"Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar moruq və günəşdən qoruyucu vasitələrin tərkibində də rast gəlinən eritruoza adlı şəkəri ulduzlararası mühitdə - ulduzlar arasındakı qaz və toz buludlarında müəyyən ediblər.
Şəkərlər yalnız qida məhsullarının tərkib hissəsi deyil, həm də canlı orqanizmlər üçün həyati əhəmiyyət daşıyır. Onlar hüceyrələrin fəaliyyətində iştirak edir və DNT-nin əsas komponentlərindən hesab olunur. Məhz buna görə alimlər bu maddələrin kosmosda necə yarandığını anlamağa çalışırlar.
Kəşf İspaniyada yerləşən iki radioteleskop vasitəsilə əldə edilən məlumatların təhlili nəticəsində mümkün olub. Alimlər Süd Yolunun mərkəzinə yaxın yerləşən nəhəng qaz buludunu müşahidə edərək, teleskoplardan gələn siqnalları laboratoriya nümunələri ilə müqayisə ediblər. Nəticədə eritruozanın qaz halında mövcud olduğu təsdiqlənib.
Araşdırmanın nəticələri "Nature Astronomy" jurnalında dərc olunub.
Məlumata görə, bu, kosmosda indiyədək aşkar edilən ən mürəkkəb şəkər növlərindən biridir. Həmin maddə NASA-nın "Voyager" zondlarının keçdiyi bölgədə aşkarlanıb.
Alimlər daha əvvəl də Süd Yolunda genetik materialların və hüceyrə komponentlərinin yaranmasında mühüm rol oynayan müxtəlif kimyəvi birləşmələr tapmışdılar. Təxminən 25 il əvvəl qalaktikanın mərkəzinə yaxın ərazidə adi süfrə şəkərinin "qohumu" hesab edilən maddə müəyyən edilmişdi. Bundan əlavə, NASA-nın "OSIRIS-REx" missiyası "Bennu" asteroidindən gətirilən nümunələrdə DNT-nin əsas elementləri ilə əlaqəli digər şəkərləri aşkar etmişdi.
Yeni aşkar edilən eritruoza birbaşa həyat üçün vacib olmasa da, alimlər onun Yer üzündə həyatın formalaşmasında mühüm rol oynayan başqa maddələrə çevrilə biləcəyini düşünürlər.
Tədqiqatın müəlliflərindən biri, İspaniyanın Astrobiologiya Mərkəzinin əməkdaşı İzaskun Ximenez-Serra bildirib ki, bu kəşf həyatın yaranması üçün zəruri olan komponentlərin qalaktikanın başqa bölgələrində də mövcud ola biləcəyini göstərir.
Araşdırmaçılar indi kosmosda daha çox şəkər növü axtarmağı və bu maddələrin bir-birinə necə çevrildiyini öyrənməyi planlaşdırırlar. Onların fikrincə, bu cür kəşflər kainatın başqa yerlərində də həyatın mövcud ola biləcəyi ehtimalını gücləndirir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 559 Tarix: 15 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Si Cinpin BRICS ölkələrini qlobal Cənub dövlətləri ilə birləşməyə çağırdı
"BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, CAR - red.) qlobal Cənub dövlətləri ilə birləşərək dünya səhnəsində vəziyyəti sabitləşdirməlidir". "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Hindistanda BRICS ölkələri və tərəfdaş dövlətlərin liderlərini
13 sentyabrBu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı
15 sentyabrAlimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Alimlər kainatın sonunun nə vaxt baş verə biləcəyini hesablayıblar. Nəticələr Kornell Universiteti, Şanxay Tsyaotun Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları tərəfindən əldə edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb. Tədqiqata görə, NASA ekspertlərinin də dəstəklədiy
14 sentyabrABŞ İsrailə 40.000 ədəd hava bombası satmağı planlaşdırır
ABŞ prezidenti Donald Trampın administrasiyası İsrailə hər biri 200 funt (təxminən 907 kq) ağırlığında 40.00 hava bombasını əhatə edəcək 2,8 milyard dollarlıq silah paketi satmağı planlaşdırır. xəbər verir ki, mənbələrin məlumatına görə, müqaviləyə 20.00 MK-84 və 20.00 BLU-117 bombaları, eləcə də 20.0
16 sentyabrTrampın impiçment tələbi ilə bağlı sənəd qəbul olunmadı
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni qəbul etməyib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, hazırkı dövlət başçısının təmsil olunduğu Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələ
16 sentyabrAzadlıq heykəlinin məşəli 110 ildir bağlıdır: 1916-cı ildə nə baş verib?
Hər il milyonlarla turist Nyu-Yorkdakı Azadlıq heykəlini ziyarət edir, lakin onun məşəlinə qalxmağa icazə verilmir. Abidənin ən yüksək müşahidə meydançasına giriş hələ 1916-cı ildə bağlanıb. Bu gün turistlər Azadlıq heykəlinin tacına qədər 162 pillə qalxa bilirlər, lakin məşələ aparan yolu artıq 11
16 sentyabrƏrdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd
13 sentyabrWSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13 sentyabr