ABŞ kosmik aparatları okeana enərkən, Rusiya niyə çölləri seçir?

ABŞ kosmik aparatları okeana enərkən, Rusiya niyə çölləri seçir?Kosmik missiya başa çatdıqdan sonra ekipajın Yerə təhlükəsiz qaytarılması buraxılış mərhələsi qədər mürəkkəb mühəndislik və planlaşdırma tələb edir. Kosmik kapsulların enəcəyi ərazi isə hər ölkənin coğrafi şəraitinə uyğun seçilir.

Qaynarinfo xəbər verir ki, uzun illərdir ABŞ astronavtlarının okeana paraşütlə enməsi adi mənzərəyə çevrilsə də, Rusiya kosmonavtlarını geniş çöl ərazilərinə endirməyə üstünlük verir. İlk baxışdan bu fərq iki kosmik dövlətin fərqli strategiyası kimi görünsə də, bunun əsas səbəbi coğrafi və logistik amillərdir.

ABŞ iki böyük okeana çıxışı və inkişaf etmiş dəniz infrastrukturu sayəsində mühüm logistik üstünlüyə malikdir. NASA kosmik uçuşlarını sahil zolaqlarına yaxın kosmodromlardan həyata keçirir və geri qayıdan kapsullar iri paraşüt sistemləri vasitəsilə okeana endirilir. Suyun zərbəni yumşaltmaq xüsusiyyəti enişi daha təhlükəsiz edir. 1961-ci ildən etibarən bu üsul ABŞ-ın əsas standartlarından birinə çevrilib. Enişdən sonra ekipajın təxliyəsi isə NASA və ABŞ Hərbi Dəniz Qüvvələrinin birgə iştirakı ilə həyata keçirilir.

Rusiyada isə vəziyyət fərqlidir. Ölkənin sahil xətti ABŞ-dan daha uzun olsa da, onun böyük hissəsi sərt iqlim şəraitinə malik Şimal Buzlu okeanına çıxır. Belə şəraitdə axtarış-xilasetmə əməliyyatları olduqca çətin olduğundan, pilotlu kosmik uçuşlar Qazaxıstandakı "Baykonur" kosmodromundan həyata keçirilir. Bu səbəbdən "Soyuz" kapsulları da əsasən Qazaxıstanın geniş çöl ərazilərinə enir.

Rusiyanın kosmik proqramının tarixində suya enişlə bağlı cəmi bir məcburi istisna qeydə alınıb. 1976-cı ildə baş tutan "Soyuz 23" missiyası texniki nasazlıq səbəbindən qismən donmuş gölə enib. Kapsuldakı iki kosmonavt mənfi temperatur şəraitində təxminən doqquz saat xilasedicilərin gəlməsini gözləməli olub. Bu hadisə quruya eniş konsepsiyasının üstünlüklərini bir daha gündəmə gətirsə də, Rusiyanın eniş strategiyası onsuz da coğrafi və logistik şərtlərlə müəyyənləşirdi.

Quruya eniş zamanı zərbə suya enişlə müqayisədə daha güclü olduğundan "Soyuz" kapsulları yerə toxunmazdan dərhal əvvəl xüsusi əyləc raketlərini işə salır. Bu sistem kapsulun eniş sürətini saniyədə 1,5 metrədək azaldaraq zərbəni əhəmiyyətli dərəcədə yumşaldır.

Bununla belə, bu mexanizm enişi tam rahat etmir. Missiyasını 2011-ci ildə başa vuran italiyalı astronavt Paolo Nespoli yaşadığı təcrübəni iri yük avtomobili ilə kiçik minik avtomobilinin toqquşmasına bənzədib və həmin kiçik avtomobildə özlərinin olduğunu bildirib.

Digər tərəfdən, okeana enən astronavtlar bu təcrübəni adətən daha yumşaq qiymətləndirirlər. Onların sözlərinə görə, suya toxunma anı həyəcanverici olsa da, eniş prosesi güclü attraksion hissi yaradır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1295   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranla bağlı kritik qərar ərəfəsi: ABŞ yeni hücum variantlarını müzakirə edir

ABŞ və İran arasında hərbi qarşıdurma ilə bağlı gərginlik davam edir. Vaşinqtonun Tehrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə etdiyi bir vaxtda ABŞ Senatında prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını davam etdirməsi üçün Konqresin razılığını tələb edən qanun layihəsi qəbu

20 noyabr
.

"GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı

13 ildən sonra təqdim edilən "Grand Theft Auto 6" (GTA 6) əyləncə sənayesi tarixinin ən böyük açılışına imza atıb. xəbər verir ki, oyun elə ilk gündə 24,5 milyondan çox nüsxə satılaraq təxminən 2,36 milyard dollar gəlir gətirib. Bu barədə "Sensor Tower" analitik platforması məluma

20 noyabr
.

Putin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək

Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin apardığı müharibənin bütün Avropaya qarşı yönəldiyini bildirib. xəbər verir ki, kansler Ukraynada sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb. "Bir daha açıq şəkildə bildirirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək

20 noyabr
.

Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb - Video

İran Prezidenti Məsud Pezeşkian ölkədə yaşanan enerji böhranı fonunda elektrik enerjisinə qənaət tədbirlərini əyani şəkildə nümayiş etdirmək məqsədilə dövlət televiziyasının nümayəndələrini öz iş otağına dəvət edib. xəbər verir ki, bu barədə İran mətbuatında məlumatlar yayılıb. İran dövlət televiziyasını

21 noyabr
.

ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə razılaşıb

ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə onlara razılaşıb. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə, burada məsələ Kiyev və Avropanın ABŞ-nin təklif etdiyi

19 noyabr
.

Aİ-nin Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin hazırlanması başa çatdırılıb

Avropa Komissiyası (AK) Rusiyaya qarşı sanksiyaların 22-ci paketinin hazırlanmasını başa çatdırıb. Paketə 150 fiziki və hüquqi şəxs daxil ediləcək. "Postimees" qəzetinin məlumatına görə, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib. "22-ci sanksiya paketi hazırdır. Buray

20 noyabr
.

Bu ölkədə 6 günlük iş həftəsi ləğv edilir

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkədə həftədə 6 gün iş və 1 gün istirahət nəzərdə tutan "6x1" iş sisteminin ləğvi haqqında fərman imzalayıb. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısı sosial media hesabında bildirib ki, yeni tənzimləməyə əsasən, işçilərin əməkhaqqında

20 noyabr
.

Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"

Tayvan hakimiyyəti Çinin sosial şəbəkələr vasitəsilə ölkədə keçiriləcək seçkilərə təsir göstərməyə çalışdığını iddia edib. Reuters-ə istinadən xəbər verir ki, Tayvan minlərlə şübhəli hesabla bağlı Meta şirkətinə müraciət edib. Rəsmi açıqlamada 2 500-dən çox hesabın Çinlə əlaqəli təsir kampaniyasını

20 noyabr
.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl

20 noyabr