Avropanın ən vacib çayı qurudu: Qitənin sənayesinə ciddi təsir göstərir

Avropanın ən vacib çayı qurudu: Qitənin sənayesinə ciddi təsir göstərirUzunmüddətli isti hava və quraqlıq səbəbindən Reyn çayında suyun səviyyəsi yenidən kritik həddə düşüb. Bu isə Avropanın ən mühüm daxili su yollarından biri ilə yükdaşımaların bahalaşmasına və yavaşlamasına səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Reyndə su səviyyəsinin aşağı düşməsi yenidən Almaniyanın "iqtisadi mühərrikinin" və bütövlükdə Avropa sənayesinin fəaliyyətini təhdid edir.

Bildirilir ki, bu vəziyyət xüsusilə Avropanın əsas daxili su nəqliyyatı yollarından biri vasitəsilə kömür, neft, kimyəvi xammal və digər kütləvi yükləri daşıyan iri şirkətlərə ciddi təsir göstərir.

Duisburqdakı "Thyssenkrupp" zavodu öz itələyici gəmilərinin istismarını dayandırmağa və dayaz sularda işləyə bilən kənar şirkətlərə məxsus gəmilərdən istifadə etməyə məcbur olub.

Bu arada "BASF" şirkəti çayda yaranmış vəziyyət səbəbindən hər bir gəminin əvvəlkindən xeyli az yük daşıması ilə əlaqədar istifadə etdiyi gəmilərin sayını artırıb.

Mövcud vəziyyət Almaniyanın onsuz da zəif olan iqtisadiyyatının perspektivlərini daha da pisləşdirir. Berlin ölkəni uzunmüddətli durğunluqdan çıxarmaq üçün infrastruktur və müdafiə xərclərini artırmağa çalışır. Lakin hökumət Yaxın Şərqdəki münaqişə səbəbindən aprel ayında 2026-cı il üçün iqtisadi artım proqnozunu 0,5 faizə endirib.

"Məsələ dəyər və təchizat zəncirlərinin qarşılıqlı əlaqəsi səbəbindən Macarıstan iqtisadiyyatına da ciddi təsir göstərə bilər: Alman tərəfdaşlardan sifarişlərin azalması Macarıstanda da istehsalın geriləməsinə səbəb ola bilər", məqalədə qeyd olunur.

Bu il vəziyyəti daha da çətinləşdirən amillərdən biri çayın sağ sahilində yük dəmir yolu daşımaları üçün əsas marşrutlardan birinin təmirə bağlanmasıdır. Bu isə alternativ imkanları əhəmiyyətli dərəcədə azaldır.

Nəqliyyat xərclərinin artması Avropa Mərkəzi Bankının faiz dərəcələrinin növbəti artırılması ehtimalını nəzərdən keçirdiyi bir vaxtda inflyasiyanı sürətləndirə bilər.

Bununla belə, Reyn çayında su səviyyəsinin aşağı düşməsi özlüyündə Almaniyada inflyasiyanı maksimum 0,2 faiz bəndi artıra bilər. Lakin quraqlığın ərzaq qiymətlərinə təsiri ilə birlikdə bu vəziyyət daha ciddi risklər yarada bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1144   Tarix: 17 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polşanın Baş naziri təcili müşavirə çağırıb

Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının naməlum uçuş obyekti tərəfindən pozulması ilə əlaqədar təcili müşavirə çağırıb. Hadisə Rusiyanın Ukraynaya kütləvi hava hücumu fonunda baş verib. Tusk "X" sosial şəbəkə hesabında bildirib ki, müşavirədə hökumət üzvləri, Polşa Silahlı Qüvvələrini

20 noyabr
.

Si Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb

Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi

19 noyabr
.

İtkin düşən oğulları üçün 75 min mükafat vəd etdilər

Yaponiyanın ən yüksək zirvəsi olan Fuci dağında noyabrın 8-də itkin düşən 25 yaşlı çinli alpinist Çen Cienin ailəsi onu sağ tapan şəxsə 500 min yuan (təxminən 75 min dollar), meyitini tapanlara isə 100 min yuan (təxminən 15 min dollar) mükafat vəd edib. "Qafqazinfo" BBC-yə istinadən xəbər veri

21 noyabr
.

Gürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub

Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisind

20 noyabr
.

Putinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı

"Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkov Moskva Dövlət Linqvistika Universitetində (MDLU) təhsil aldığı illərdə İngilis teatrında fəal iştirak edib. Çox güman ki, məhz bu təcrübə ona ictimaiyyət qarşısında mükəmməl çıxış etmək bacarığı qazandırıb". xəbər verir ki, bun

21 noyabr
.

"GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı

13 ildən sonra təqdim edilən "Grand Theft Auto 6" (GTA 6) əyləncə sənayesi tarixinin ən böyük açılışına imza atıb. xəbər verir ki, oyun elə ilk gündə 24,5 milyondan çox nüsxə satılaraq təxminən 2,36 milyard dollar gəlir gətirib. Bu barədə "Sensor Tower" analitik platforması məluma

20 noyabr
.

Si Cinpin: Çin, Rusiya və ABŞ-ın İkinci Dünya müharibəsində qələbəsi dünyaya sülh gətirib

Çin Sədri Si Cinpin İkinci Dünya müharibəsində Çin, Rusiya və ABŞ-ın qələbəsinin bütün dünyada sülh və sabitliyin təmin olunmasına xidmət etdiyini bildirib. xəbər verir ki, Si Cinpin bu barədə Çinin Şençjen şəhərində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfl

19 noyabr
.

Səudiyyə Ərəbistanı Ər-Riyada hücum edən üç Husi raketini vurduğunu bildirib

Yəmənin İranla həmrəy olan Husilərlə mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Ər-Riyada atılan üç ballistik raketi ələ keçirib məhv etdiyini bildirib. Reuters-ə istinadən xəbər verir ki, bu, cümə axşamı günü ən hündür göydələninə zərbə endirildikdən sonra bir neç

21 noyabr
.

Uitkoff və Kuşner Çindən Berlinə gedəcək

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi

19 noyabr