Macarıstan Prezidenti konstitusiyaya öz istefasını da ehtiva edən düzəlişi imzalayıb

Macarıstan Prezidenti konstitusiyaya öz istefasını da ehtiva edən düzəlişi imzalayıbMacarıstan Prezidenti Tamaş Şuyok özünün vəzifədən kənarlaşdırılmasını da nəzərdə tutan konstitusiyaya 17-ci düzəlişi imzalayıb.

"Report" "Index"ə istinadən xəbər verir ki, bu barədə Şuyok öz videomüraciətində bildirib.

Qeyd olunub ki, qərardan əvvəl aylarla davam edən siyasi və konstitusiya-hüquq müzakirələri aparılıb. Respublika Prezidentinin qəbul edilmiş düzəlişi imzalamaq üçün beş gün vaxtı var idi, müddət bu gün başa çatırdı.

Şuyok bildirib ki, qüvvədə olan konstitusiyaya əsasən, onun "konstitusiya prinsiplərini pozan", lakin qanuni prosedur çərçivəsində təsis hakimiyyəti kimi Dövlət Məclisi tərəfindən qəbul edilmiş düzəlişə qarşı veto hüququndan istifadə etmək imkanı yoxdur.

"Mən hüquqi imkanlarımı diqqətlə götür-qoy etdikdən sonra və vicdanımın səsi ilə Əsas Qanunda təsbit olunmuş vəzifəmi yerinə yetirirəm", - o bildirib.

O həmçinin qeyd edib ki, təzyiqlərə baxmayaraq, konstitusiya quruluşundan və dövlət başçısı institutunun nüfuzundan çıxış edərək istefa verməyib. Hazırkı dövlət başçısı qeyd edib ki, 17-ci düzəliş Macarıstanın konstitusiya demokratiyasında dönüş nöqtəsi oldu. Şuyok əlavə edib ki, bu qərara və onun nəticələrinə görə müstəsna məsuliyyət Macarıstanın yeni hökumətinin üzərinə düşür.

Daha əvvəl Macarıstanın Baş naziri Peter Madyar prezidentin hakimiyyətdən kənarlaşdırılması ilə bağlı konstitusiyaya dəyişikliklər layihəsini parlamentə təqdim etmişdi.

Macarıstan parlamenti iyulun 13-də keçirilən iclas zamanı düzəlişi qəbul edib. O, prezidentin vəzifədən kənarlaşdırılmasını və 30 gün ərzində yenisinin təyin edilməsini, eləcə də deputatlıq müddətlərinin məhdudlaşdırılmasını nəzərdə tutur. Qanun layihəsi iclası boykot edən müxalifətin iştirakı olmadan qəbul edilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 481   Tarix: 19 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanı Ər-Riyada hücum edən üç Husi raketini vurduğunu bildirib

Yəmənin İranla həmrəy olan Husilərlə mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Ər-Riyada atılan üç ballistik raketi ələ keçirib məhv etdiyini bildirib. Reuters-ə istinadən xəbər verir ki, bu, cümə axşamı günü ən hündür göydələninə zərbə endirildikdən sonra bir neç

21 noyabr
.

GTA VI-nı dünyada ilk onlar oynadılar

Oyun dünyasının 13 ildir səbirsizliklə gözlədiyi "Grand Theft Auto VI" (GTA VI) ilk dəfə Yeni Zelandiyada oyunçuların istifadəsinə verilib. "Qafqazinfo" xəbər verir ki, "Rockstar Games" oyunu bütün dünyada eyni vaxtda deyil, ölkələrin yerli saat qurşaqlarına uyğun olara

19 noyabr
.

ABŞ Prezidenti Putinlə danışıqların uğurla keçəcəyinə əminliyini ifadə edib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarda müsbət nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib. xəbər verir ki, Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki ikitərəfli görüşün əvvəlində bildirib. "Düşünürə

19 noyabr
.

Paşinyan Anna Akopyanla bir yerdə yaşayır? - CAVAB

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın Yerevan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib. -ın Ermənistan mediasına istinadən xəbərinə görə, noyabrın 19-da keçirilən brifinqdə Paşinyan tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq bildiri

19 noyabr
.

Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"

Tayvan hakimiyyəti Çinin sosial şəbəkələr vasitəsilə ölkədə keçiriləcək seçkilərə təsir göstərməyə çalışdığını iddia edib. Reuters-ə istinadən xəbər verir ki, Tayvan minlərlə şübhəli hesabla bağlı Meta şirkətinə müraciət edib. Rəsmi açıqlamada 2 500-dən çox hesabın Çinlə əlaqəli təsir kampaniyasını

20 noyabr
.

Estoniyada dronlara görə NATO aviasiyası havaya qaldırılıb

Estoniya Silahlı Qüvvələri İda-Virumaa və Lyaene-Virumaa bölgələrində dronların yarada biləcəyi təhlükə barədə xəbərdarlıq edib - NATO müttəfiqlərinin aviasiyası havaya qaldırılıb. "Report" xəbər verir ki, bu barədə Estoniya mediası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bununl

21 noyabr
.

Estoniya dekabrdan Rusiya ilə sərhədini bağlayır

Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrinin fəaliyyətini dayandırmaq qərarına gəlib. xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Baş naziri Kristen Mixal mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Estoniya ilə Rusiya arasında avtomobil nəqliyyatı il

20 noyabr
.

Aİ-nin Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin hazırlanması başa çatdırılıb

Avropa Komissiyası (AK) Rusiyaya qarşı sanksiyaların 22-ci paketinin hazırlanmasını başa çatdırıb. Paketə 150 fiziki və hüquqi şəxs daxil ediləcək. "Postimees" qəzetinin məlumatına görə, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib. "22-ci sanksiya paketi hazırdır. Buray

20 noyabr
.

Putinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı

"Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkov Moskva Dövlət Linqvistika Universitetində (MDLU) təhsil aldığı illərdə İngilis teatrında fəal iştirak edib. Çox güman ki, məhz bu təcrübə ona ictimaiyyət qarşısında mükəmməl çıxış etmək bacarığı qazandırıb". xəbər verir ki, bun

21 noyabr