İsrailin Livanın cənubuna endirdiyi zərbələrdə azı dörd nəfər həlak olub
Şənbə günü İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) pilotsuz uçuş aparatlarının Livanın cənubundakı Nəbatiyyə şəhərinə və onun ətrafına zərbələr endirməsi nəticəsində azı dörd nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, dronların hücum etdiyi bir neçə binada Livanın radikal "Hizbullah" qruplaşmasının obyektlərinin yerləşdiyi ehtimal olunur.
Günün ikinci yarısında Bint-Cübeyl, Həddatə və Ət-Teyriyə İsrail aviahücumları barədə məlumatlar daxil olub, orada bir neçə güclü partlayış baş verib.
Livan Səhiyyə Nazirliyinin bildirdiyinə görə, iyunun 19-da elan edilmiş atəşkəsə baxmayaraq, İsrail ordusu ölkənin cənubunda hərbi əməliyyatları davam etdirir.
"Martın 2-də hərbi eskalasiyanın başlanmasından bəri öldürülən livanlıların ümumi sayı artaraq 4 328-ə, yaralananların sayı isə 12 227-yə çatıb", - qurumun "X" sosial şəbəkəsində dərc olunmuş məlumatında qeyd edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 298 Tarix: 19 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran təzyiqlərə boyun əyməyəcək
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkəsinin təzyiqlərə boyun əyməyəcəyini bildirib. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. "Hədə-qorxudan, pozulmuş vədlərdən və saxta xəbərlərdən təsir gücü kimi istifadə etmək uğursuz bir strategiyadır. Faktları qəbul edin və öhdəlikləriniz
7 avqustQırğızıstan Ermənistanla münasibətləri inkişaf etdirmək istəyir
Qırğızıstan Prezidenti Sadır Japarov avqustun 7-də Çolpon-Ata şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. xəbər verir ki, Qırğızıstan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafı, ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməs
7 avqustİsrailin Qəzzaya hücumları sülh istəmədiyini göstərir - Hakan Fidan
İsrailin Qəzza zolağında davam edən hücumları onun bölgədə sülh istəmədiyini göstərir. xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada suriyalı həmkarı Əsəd əl-Şeybani ilə danışıqlardan sonra bildirib. "Qəzza sülh planı çərçivəsində əldə edilən razılaşmalara baxmayaraq
6 avqustAvropa Ukraynaya 1,4 milyard avro ayıracaq
Avropa İttifaqı Ukraynaya yardım göstərmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməyə davam edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib. "Biz Ukraynaya bu aktivlərdən daha 1,4 milyard avro ayıracayıq", - deyə o qeyd edib. [hh4-unikal
5 avqustSuyun altında sirli ildırımlar çaxır: Alimlər səbəbini tapa bilmir
Sakit okeanda əsrlərdir müşahidə olunan və "te lapa" ("işıq parıltısı") adlandırılan sirli sualtı işıq saçmaları alimlər üçün hələ də açılmamış təbiət hadisələrindən biri olaraq qalır. Qaynarinfo xəbər verir ki, "Popular Mechanics" nəşrinin yazdığına görə, bu hadisə okeanı
6 avqustDünyanın yaşamaq üçün ən əlverişli şəhərləri - Reytinq açıqlandı
Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən əlverişli şəhəri seçilib. Qaynarinfo xəbər verir ki, bu barədə Economist Intelligence Unit tərəfindən hazırlanan 2026-cı il üzrə Qlobal Yaşanabilirlik İndeksində qeyd olunub. Reytinqə əsasən, Kopenhagen 173 şəhər arasında sabitlik
6 avqust