Macarıstan prezidenti vəzifədən uzaqlaşdırıldı: Yerinə kim gəldi?
Macarıstan Prezidenti Tamaş Şuyok vəzifəsindən uzaqlaşdırılıb. Onun səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Aqneş Forsthoffer icra edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə hökumət nümayəndəsi Madyar milli televiziya kanallarında videomüraciət yayıb.
O bildirib ki, Tamaş Şuyok parlamentin qəbul etdiyi Konstitusiyaya 17-ci düzəlişi imzalayıb və bununla da onun səlahiyyətlərinə iyulun 20-si saat 00:00-dan etibarən xitam verilir. Əsas qanunun müddəalarına əsasən, bu tarixdən etibarən prezidentin vəzifələrini müvəqqəti olaraq Dövlət Məclisinin sədri Aqneş Forsthoffer yerinə yetirəcək.
Qeyd edək ki, Tamaş Şuyok sözügedən düzəlişi imzalamasına baxmayaraq, sənədi konstitusiyaya və demokratiya prinsiplərinə zidd hesab etdiyini bəyan edib. O, sənədin qüvvəyə minməsi ilə bağlı məsuliyyətin ölkənin yeni hökumətinin üzərinə düşdüyünü vurğulayıb.
Yeni hökumətin təşəbbüsü ilə parlament çoxluğu tərəfindən qəbul edilən 17-ci düzəlişə əsasən, sənəd qüvvəyə mindiyi andan etibarən hazırkı prezidentin səlahiyyətlərinə xitam verilir və parlament 30 gün ərzində yeni dövlət başçısını seçməlidir.
Yeni hökumət bu addımın səbəbini Tamaş Şuyokun vəzifə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi və hüququn aliliyinin təminatçısı kimi çıxış etməməsi ilə əsaslandırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 447 Tarix: 19 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKral ailəsində yeni körpə - Foto
Mərhum Kraliça II Elizabetin nəvəsi şahzadə Yevgeniya üçüncü dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə kral ailəsi rəsmi açıqlama yayıb. Məlumata görə, şahzadə və həyat yoldaşı Cek Bruksbank avqustun 3-də Lissabondakı xəstəxanada dünyaya gələn qız övladlarını qucağına alıb. Açıqlamad
5 avqustThe Guardian: "Çin Sakit okeanda yeni raket sınağı keçirib"
Çin Sakit okean regionunda uzaqmənzilli raket sınağı həyata keçirib. The Guardian-a istinadən xəbər verir ki, hadisə Avstraliya və bəzi regional ölkələr tərəfindən təhlükəsizlik baxımından narahatlıqla qarşılanıb. Sınağın Pekinin hərbi imkanlarını, xüsusilə uzaqmənzilli zərbə qabiliyyətlərini nümayi
6 avqustYaşamaq üçün ən ideal ölkə açıqlandı
2026-cı ildə köçmək üçün dünyanın ən əlverişli ölkələrinin reytinqi açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, Qlobal Köçmə İndeksinə əsasən, siyahıya Baltikyanı ölkə olan Estoniya başçılıq edir. "Rumavi" tərəfindən hazırlanan Qlobal Köçmə İndeksi 192 ölkəni 24 fərqli meyar üzrə qiymətləndirib
4 avqust1851-ci il: Tarixin ilk Günəş tutulması fotosu necə çəkildi?
Fotoqrafiyanın hələ inkişafının ilkin mərhələsində olduğu XIX əsrin ortalarında qaranlıqda qalan səma cismini görüntüləmək demək olar ki, mümkünsüz sayılırdı. Lakin 28 iyul 1851-ci il tarixində bu təsəvvür tamamilə dəyişdi. Qaynarinfo xəbər verir ki, Kanada sərhədlərindən başlayaraq Rusiya imperiyasın
4 avqust1 milyon avroluq lotereya biletini səhvən zibilə atdı
İtaliyada böyük şans qazanan, lakin səhv anlaşılma səbəbindən zibilə atılan 1 milyon avro dəyərində lotereya bileti iki günlük axtarışdan sonra tapılıb. "Qafqazinfo"nun xəbərinə görə, hadisə ölkənin cənubundakı Apuliya bölgəsinin Bari şəhəri yaxınlığındakı Bitonto qəsəbəsində baş verib. Qali
6 avqust