İnsanlar ünsiyyət zamanı niyə göz təmasından yayınır?

İnsanlar ünsiyyət zamanı niyə göz təmasından yayınır?Həmsöhbətimizə söhbət zamanı necə baxmağımız davranışımız, mimikalarımız və danışıq tərzimiz qədər haqqımızda məlumat verə bilər. Bununla belə, bir çox insan baxışlarının şübhə, narahatlıq və ya gizli hissləri ifadə edə biləcəyinin fərqində olmur.

Qaynarinfo xəbər verir ki, "Verywell Mind" portalının ekspertləri insanların söhbət zamanı niyə göz təmasından yayındığını və bunun psixoloji baxımdan nə ifadə edə biləcəyini izah ediblər.

Göz təmasından yayınmağa səbəb olan amillər

"SAGE Publications" jurnalında dərc olunmuş araşdırmaya görə, təbii göz təması quran insanlar daha etibarlı, özünəinamlı, ağıllı və ünsiyyətə açıq təsir bağışlayırlar. Bir çoxları üçün həmsöhbətin gözlərinə baxmaq narahatlıq yaratsa da, baxışları davamlı şəkildə yayındırmaq insanlar haqqında mənfi fikir formalaşdıra və etibarlı münasibətlərin qurulmasına mane ola bilər.

Bununla belə, söhbət zamanı göz təmasından yayınmağın dəqiq səbəbini hər zaman müəyyən etmək mümkün deyil. Bu, utancaqlıq, narahatlıq, həyəcan və ya çəkingənliklə bağlı ola bilər. Yəni təkcə göz təmasından qaçmaq insanın nəyisə gizlətdiyi və ya qeyri-səmimi olduğu anlamına gəlmir.

Məsələn, kişi söhbət zamanı qadının gözlərinə baxmırsa, bu, ona qarşı hisslərindən doğan xəcalət və ya ümumi narahatlıqla əlaqədar ola bilər.

Bəzən isə insan qarşısındakının gözlərinə deyil, alnına, əllərinə, geyiminə və ya üzünün digər hissələrinə baxır. Psixoloqlar bildirirlər ki, bunun əsasən iki səbəbi var: ya bu yolla söhbətə daha yaxşı diqqət yetirmək və qarşı tərəfi daha diqqətlə dinləmək istəyir, ya da birbaşa göz təmasından yayınarkən baxışlarını tamamilə başqa istiqamətə çevirməməyə üstünlük verir.

Sağlam göz təmasını necə qurmaq olar?

Yaxşı göz təması o demək deyil ki, insan fasiləsiz şəkildə qarşısındakının gözlərinə baxmalıdır. Əsas məsələ baxışların təbii və rahat görünməsidir.

Oksford Universitetinin araşdırmasına görə, göz təması təkcə qarşılıqlı hörmət atmosferi yaratmır, həm də emosiyaların sözsüz ifadə olunmasına kömək edir. Buna görə də bu bacarıq həm şəxsi, həm də peşəkar ünsiyyətdə mühüm əhəmiyyət daşıyır.

Mütəxəssislər göz təmasını inkişaf etdirmək üçün 50/70 qaydasını tövsiyə edirlər: danışarkən vaxtın təxminən 50 faizi, dinləyərkən isə təxminən 70 faizi ərzində göz təmasını saxlamaq məqsədəuyğun hesab olunur.

Əgər həmsöhbətiniz gözlərinizə baxmırsa, onun baxışını israrla tutmağa çalışmayın. Bunun əvəzinə üzünə və ya ümumi istiqamətinə baxmaq kifayətdir. Ünsiyyəti baş hərəkəti, təbəssüm və yüngül şəkildə irəli əyilmə ilə dəstəkləmək söhbəti daha təbii və rahat edir.

Nəticə etibarilə, insanın göz təmasından yayınması onun mütləq nəyisə gizlətdiyi anlamına gəlmir. Əgər bu xüsusiyyət sizdə də varsa, onu dəyişdirilməsi mümkün olmayan bir vərdiş kimi qəbul etməyə ehtiyac yoxdur.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 807   Tarix: 20 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub

Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisind

20 noyabr
.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl

20 noyabr
.

ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə razılaşıb

ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə onlara razılaşıb. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə, burada məsələ Kiyev və Avropanın ABŞ-nin təklif etdiyi

19 noyabr
.

UKMTO: Oman sahillərində daha bir tanker vurulub

Hörmüz boğazında sutka ərzində ikinci tanker atəşə tutulub. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omanın Əl-Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş vermiş insiden

21 noyabr
.

İranla bağlı kritik qərar ərəfəsi: ABŞ yeni hücum variantlarını müzakirə edir

ABŞ və İran arasında hərbi qarşıdurma ilə bağlı gərginlik davam edir. Vaşinqtonun Tehrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə etdiyi bir vaxtda ABŞ Senatında prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını davam etdirməsi üçün Konqresin razılığını tələb edən qanun layihəsi qəbu

20 noyabr
.

ABŞ Prezidenti Putinlə danışıqların uğurla keçəcəyinə əminliyini ifadə edib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarda müsbət nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib. xəbər verir ki, Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki ikitərəfli görüşün əvvəlində bildirib. "Düşünürə

19 noyabr
.

İtkin düşən oğulları üçün 75 min mükafat vəd etdilər

Yaponiyanın ən yüksək zirvəsi olan Fuci dağında noyabrın 8-də itkin düşən 25 yaşlı çinli alpinist Çen Cienin ailəsi onu sağ tapan şəxsə 500 min yuan (təxminən 75 min dollar), meyitini tapanlara isə 100 min yuan (təxminən 15 min dollar) mükafat vəd edib. "Qafqazinfo" BBC-yə istinadən xəbər veri

21 noyabr
.

Koretski: Avropa Komissiyası Ukraynaya 7,9 milyard avro ayırıb

Avropa Komissiyası Ukraynaya maliyyə ehtiyaclarının ödənilməsi və ölkənin dövlət administrasiyasının fəaliyyətinin təmin edilməsi üçün 7,9 milyard avro ayırıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sergey Koretski bildirib. Onun sözlərinə görə, bu, "Ukrain

20 noyabr
.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr