Xatirə İslamın əri bu videolarına görə cərimələndi

Xatirə İslamın əri bu videolarına görə cərimələndiMüğənni Xatirə İslam son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan skuter görüntüləri ilə bağlı açıqlama verib.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, həyat yoldaşı Fəxrəddin Musayev həmin görüntülərlə əlaqədar inzibati qaydada cərimələnib. Xatirə İslam daha çox videonun sosial şəbəkə hesabından silinməsinə görə məyus olduğunu deyib.

Müğənni qeyd edib ki, paylaşımına minlərlə izləyicidən mesaj gəlib və hər kəs videonun niyə silindiyini soruşub.

"Düzdür, qanun qanundur. Əgər olmazsa, olmaz. Amma videonun silinməsinə görə həqiqətən çox pis oldum. Ən çox sevindiyim isə o idi ki, indiyədək heç bir paylaşımıma bu qədər müsbət rəy yazılmamışdı. Minlərlə insan xoş sözlər yazmışdı. Axşamdan səhərə qədər düşünürdüm ki, insanlar məni doğrudan da bu qədər səmimi sevirlər. Təəssüf ki, video silindi", - deyə ifaçı bildirib.

Xatirə İslam daha sonra zarafatla "Videosu silinmiş adamam, məni əsəbiləşdirməyin" sözlərini də əlavə edib.

Xatırladaq ki, bir neçə gün əvvəl müğənni həyat yoldaşı Fəxrəddin Musayevlə birlikdə gecə saatlarında skuterlə gəzintidən görüntülər paylaşmışdı. Kadrlarda Xatirə İslamın skuterin arxa hissəsində əks istiqamətdə əyləşərək həyat yoldaşına sarılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Görüntülərdən sonra yol hərəkəti qaydalarının pozulduğu bildirilib və Fəxrəddin Musayev barəsində inzibati qaydada cərimə tətbiq olunub.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 922   Tarix: 20 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"

Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılova ilə bağlı səmimi və diqqətçəkən açıqlamalar verib. Müğənni qatıldığı televiziya proqramında həbsxanada keçirdiyi günlərdən danışıb. Sənətçi həmin dövrdə qızı Aysunun onun üçün çəkdiyi əziyyətlərə görə hələ də utandığını etiraf edib. Rəqsanə İsmayılov

8 noyabr
.

"Azərbaycanda filmə çəkilmək mənim üçün inanılmaz təcrübə oldu"

Türkiyəli aktrisa Özge Gürel bu gün qatıldığı tədbirdə baş rollarından birini ifa etdiyi, Azərbaycanın Vətən müharibəsinə həsr olunan "44" bədii filmi ilə bağlı təəssüratlarını bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa "Gece mühabiri"nə açıqlamasında filmdə rol almağın onun üçün qürurveric

8 noyabr
.

Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırıb

2009-cu ildə vəfat edən əfsanəvi müğənni Maykl Cekson ölümündən 17 il sonra da dünyanın ən çox gəlir gətirən məşhurları sırasında yer alıb. Axşam.az xəbər verir ki, "Forbes" jurnalının 2026-cı il reytinqinə əsasən, sənətçinin mirası 140 milyon dollar gəlir əldə edib. Bu göstərici ilə Mayk

4 noyabr
.

Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"

Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə

29 oktyabr
.

Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia

Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırova bildiri

2 noyabr
.

Sevda Əliqızının "Telegram" hesabı oğurlandı - Müğənnidən xəbərdarlıq

Müğənni Sevda Əliqızının "Telegram" profili naməlum şəxslər tərəfindən ələ keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə sənətçinin özü məlumat yayıb. O, kontakt siyahısında olan həmkarlarını diqqətli olmağa çağıraraq, adından pul və ya başqa tələblərlə müraciət edilə biləcəyini bildirib:

12 noyabr
.

"Klassik yumor 15 saniyəlik videolara qalib gələcək"

Aktyor Nicat Rəhimov sosial şəbəkələrdə yayılan qısa yumor videoları ilə klassik yumoru müqayisə edib. Axşam.az xəbər verir ki, aktyor bu barədə "Həyatın dadı" verilişində danışıb. O, klassik yumorun zamanla daha çox dəyər qazanacağını bildirib:. "Klassik yumor sosial şəbəkələrdəki 1

15 noyabr
.

Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib

Müğənni Şöhrət Məmmədov Azərbaycandan getməsi ilə bağlı yayılan iddialardan danışıb. xəbər verir ki, o şəxsi instaqram hesabında paylaşım edərək Niderlanda köçməsinin səbəbini açıqlayıb. İfaçı qeyd edib ki, həyat yoldaşı niderlandlıdır. Bu səbəbdən də o Niderlandda yaşamağa qərar verib. Şöhrət Məmmədo

5 noyabr
.

"Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm"

Əməkdar artist Bəsti Sevdiyeva qızının xaricdə təhsil alması və ailə həyatı qurması ilə bağlı maraqlı açıqlama verib. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, qızı xaricdə təhsil alıb və ailə qurduğu şəxs də onun tələbə yoldaşı olub:. "Qızı

8 noyabr