Avropanı +47 dərəcəyə çatan yeni amansız isti dalğası gözləyir

Avropanı +47 dərəcəyə çatan yeni amansız isti dalğası gözləyirYaxın günlərdə Avropanın cənub-qərbi Səhradan isti hava gətirəcək güclü antisiklonun təsiri altında qalacaq. Ən mürəkkəb vəziyyət İspaniyada gözlənilir. Ölkənin bəzi ərazilərində temperaturun +45...+47 dərəcəyə çatacağı proqnozlaşdırılır ki, bu da milli rekordlara yaxın göstəricidir.

Qaynarinfo xəbər verir ki, "Severe Weather" nəşrinin məlumatına görə, isti hava ən çox İspaniyanın cənub, mərkəz və şərq rayonlarına təsir edəcək. Gecələr temperatur +25 dərəcədən aşağı düşməyəcək və bu, insan orqanizminə düşən istilik yükünü əhəmiyyətli dərəcədə artıracaq.

Artıq çərşənbə günü Mərkəzi İspaniyada havanın temperaturunun +42...+44 dərəcəyə yüksələcəyi, cümə axşamı və cümə günləri isə bəzi ərazilərdə +44...+46, bəzi yerlərdə isə +47 dərəcəyə çatacağı gözlənilir.

İsti hava qonşu ölkələrə də yayılacaq. Portuqaliyanın böyük hissəsində temperatur +34...+40 dərəcə arasında olacaq. Lakin həftənin sonuna doğru Atlantik okeanından daha sərin hava kütlələrinin daxil olması ilə temperatur +28...+33 dərəcəyə enəcək.

Fransada da cümə axşamı yeni isti dalğası gözlənilir. Ölkənin cənubunda havanın +37...+39 dərəcəyə qədər istiləşəcəyi proqnozlaşdırılır.

Sinoptiklər xəbərdarlıq edirlər ki, ekstremal isti hava, quru atmosfer və güclü küləyin birləşməsi Pireney yarımadasında meşə yanğınlarının yaranması və sürətlə yayılması riskini kəskin artıracaq.

İlkin proqnozlara görə, iyulun sonunda anomal isti hava zonasının Qərbi və Mərkəzi Avropanın digər bölgələrinə də yayılmağa başlaması mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 804   Tarix: 21 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranla bağlı kritik qərar ərəfəsi: ABŞ yeni hücum variantlarını müzakirə edir

ABŞ və İran arasında hərbi qarşıdurma ilə bağlı gərginlik davam edir. Vaşinqtonun Tehrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə etdiyi bir vaxtda ABŞ Senatında prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını davam etdirməsi üçün Konqresin razılığını tələb edən qanun layihəsi qəbu

20 noyabr
.

"GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı

13 ildən sonra təqdim edilən "Grand Theft Auto 6" (GTA 6) əyləncə sənayesi tarixinin ən böyük açılışına imza atıb. xəbər verir ki, oyun elə ilk gündə 24,5 milyondan çox nüsxə satılaraq təxminən 2,36 milyard dollar gəlir gətirib. Bu barədə "Sensor Tower" analitik platforması məluma

20 noyabr
.

Putin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək

Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin apardığı müharibənin bütün Avropaya qarşı yönəldiyini bildirib. xəbər verir ki, kansler Ukraynada sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb. "Bir daha açıq şəkildə bildirirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək

20 noyabr
.

Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb - Video

İran Prezidenti Məsud Pezeşkian ölkədə yaşanan enerji böhranı fonunda elektrik enerjisinə qənaət tədbirlərini əyani şəkildə nümayiş etdirmək məqsədilə dövlət televiziyasının nümayəndələrini öz iş otağına dəvət edib. xəbər verir ki, bu barədə İran mətbuatında məlumatlar yayılıb. İran dövlət televiziyasını

21 noyabr
.

ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə razılaşıb

ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə onlara razılaşıb. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə, burada məsələ Kiyev və Avropanın ABŞ-nin təklif etdiyi

19 noyabr
.

Aİ-nin Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin hazırlanması başa çatdırılıb

Avropa Komissiyası (AK) Rusiyaya qarşı sanksiyaların 22-ci paketinin hazırlanmasını başa çatdırıb. Paketə 150 fiziki və hüquqi şəxs daxil ediləcək. "Postimees" qəzetinin məlumatına görə, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib. "22-ci sanksiya paketi hazırdır. Buray

20 noyabr
.

Bu ölkədə 6 günlük iş həftəsi ləğv edilir

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkədə həftədə 6 gün iş və 1 gün istirahət nəzərdə tutan "6x1" iş sisteminin ləğvi haqqında fərman imzalayıb. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısı sosial media hesabında bildirib ki, yeni tənzimləməyə əsasən, işçilərin əməkhaqqında

20 noyabr
.

Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"

Tayvan hakimiyyəti Çinin sosial şəbəkələr vasitəsilə ölkədə keçiriləcək seçkilərə təsir göstərməyə çalışdığını iddia edib. Reuters-ə istinadən xəbər verir ki, Tayvan minlərlə şübhəli hesabla bağlı Meta şirkətinə müraciət edib. Rəsmi açıqlamada 2 500-dən çox hesabın Çinlə əlaqəli təsir kampaniyasını

20 noyabr
.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl

20 noyabr