"Azərbaycan-Almaniya iqtisadi tərəfdaşlığı inkişafdadır"

"Azərbaycan-Almaniya iqtisadi tərəfdaşlığı inkişafdadır"Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni strateji mərhələyə yüksəldiyini nümayiş etdirir. Səfər çərçivəsində Prezident Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirilən görüşlər, eləcə də "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması əməkdaşlığın enerji, ticarət, sənaye, nəqliyyat-logistika, rəqəmsal transformasiya və investisiya istiqamətlərində daha sistemli inkişafı üçün yeni institusional çərçivə formalaşdırır. Bununla yanaşı, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə Birgə Bəyannamənin imzalanması özəl sektorlar arasında əlaqələrin genişləndirilməsi və biznes dialoqunun davamlı platforma üzərində qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə keçirdiyi görüş isə iki ölkə arasında ənənəvi iqtisadi əlaqələrin yeni qlobal çağırışlara uyğun olaraq daha dərin texnoloji və institusional müstəviyə keçidini bəyan edir.
Biz Orta Dəhlizi yalnız fiziki nəqliyyat infrastrukturu kimi deyil, eyni zamanda, biznes proseslərinin modelləşdirilməsi və qabaqcıl müəssisə resurslarının idarə edilməsi arxitekturalarının tətbiqi ilə sinxronlaşdırılan vahid rəqəmsal ekosistem kimi xarakterizə edirik. Almaniya biznesinin bu mütərəqqi rəqəmsal dəhlizə inteqrasiyası qarşılıqlı bağlantı və logistik əməliyyatların səmərəliliyini köklü şəkildə artıra bilər. Digər tərəfdən, bu strateji baxışlar fonunda Azərbaycan-Almaniya ticarət münasibətləri kəmiyyət və keyfiyyət baxımından xüsusi mərhələyə qədəm qoyub. Cari ilin ilk altı ayının rəsmi statistikasına əsasən, Almaniya Azərbaycanın ümumi ticarət dövriyyəsində 2,32 faiz payla əsas ticarət tərəfdaşları sırasında 7-ci, ümumi idxalda isə 4,05 faizlə 5-ci yerdə qərarlaşıb. Xüsusilə vurğulamaq lazımdır ki, Almaniya Avropa İttifaqı ölkələri arasında Azərbaycanın ən böyük idxal tərəfdaşıdır, ixracda isə ən vacib strateji istiqamətlərdən birini təşkil edir. Bununla yanaşı, Almaniya Azərbaycan neftinin ən çox ixrac olunduğu ölkələr sırasında ilk onluqda yer alır ki, bu da respublikamızın Avropanın enerji təhlükəsizliyindəki etibarlı mövqeyini nümayiş etdirir.
İdxal-ixrac strukturunun təhlili bu əlaqələrin sadəcə istehlak mübadiləsi deyil, bilavasitə ölkəmizin sürətli texnoloji inkişaf kursu ilə bağlı olduğunu sübut edir. Belə ki, ilk 5 ayda Almaniyadan idxal olunan məhsullar arasında sənayenin ehtiyacları üçün odadavamlı kərpiclər, karbon, rentgenoloji müayinələr üçün kontrast preparatlar, titan dioksidəsaslı kimyəvilər, eləcə də mürəkkəb cihazlar, qurğular və müxtəlif təyinatlı sayğaclar üstünlük təşkil edib. Eyni zamanda, bəzən kənardan səthi şəkildə sadə sürtkü materialları kimi anlaşıla bilən, lakin əslində qabaqcıl alman texnologiyasının məhsulu olaraq emalın spesifik prosesləri və mürəkkəb kimyəvi çevirmələr üçün nəzərdə tutulan yüksəkdəqiqlikli xüsusi sürtkü yağlarının idxalı yerli istehsalın modernləşdirilməsinə birbaşa xidmət edir. İxracda isə neft məhsulları və reaktiv mühərriklər üçün kerosin yanacağı ilə yanaşı, korroziyaya davamlı polad, xüsusi sürtkü yağları, habelə fındıq, meyvə şirələri, konservləşdirilmiş meyvələr, tütün, çay və təzə heyva kimi məhsulların yer alması Azərbaycanın həm ağır sənaye, həm də qida sektorunun Almaniya standartlarına cavab verəcək səviyyədə rəqabətqabiliyyətli olduğunu sübuta yetirir.
Almaniyanın aparıcı texnologiyalarının, xüsusən də müasir meyvə bağlarının yaradılmasında, intensiv ağac becərilməsi təcrübələrində və məhsuldarlığın elmi əsaslarla izlənilməsi mexanizmlərində tətbiqi aqrar-sənaye kompleksimizdə böyük sıçrayış yarada bilər.
Hazırda Almaniyadan idxal edilən bitkilər üçün xüsusi fungisitlər və yeyinti sənayesində istifadə olunan ətirli maddələr, eləcə də pendir, kərə yağı və uşaq yeməkləri kimi məhsullar həm yerli istehsal, həm də istehlak keyfiyyətini qlobal tələblərə uyğunlaşdırır. Alman iş adamlarının və şirkətlərinin ölkəmizə marağının artması, kənd təsərrüfatı və turizm potensialının dəyərləndirilməsi istiqamətində atılan addımlar qabaqcıl texnologiyaların tətbiqi ilə birləşərək Azərbaycan iqtisadiyyatının uzunmüddətli perspektivdə dayanıqlı inkişafına öz əhəmiyyətli töhfəsini verə bilər.

Gülər Baxışova - Pedaqogika üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 663   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir"

"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dollarda

19 noyabr
.

Prezident və xanımının şərəfinə rəsmi nahar verilib

Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, prezidentlər tədbirdə çıxış ediblər

21 noyabr
.

İlham Əliyev Vyetnama gedəcək

"Dost Vyetnama səfərimi səbirsizliklə gözləyirəm". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsi zamanı bildirib. "Əminəm ki, bu, Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsind

19 noyabr
.

İlham Əliyev: "Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"

"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb ki, keçən il Prezident To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən "Azərbayca

21 noyabr
.

Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb. Dövlət başçısı həmçinin "Azərbaycan Respublikas

17 noyabr
.

25 Noyabr - Kəlbəcər Şəhəri Gününü qalib və güclü ölkənin vətəndaşları kimi qeyd etmək qürurvericidir

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb

21 noyabr
.

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq daha da genişlənəcəkdir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Azərbaycanla Vyetnamı min kilometrlərlə məsafə ayırır. Bun

20 noyabr
.

Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır

Kəlbəcər rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvafiq olaraq Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarıldı və bu olduqca böyük uğurdur v

21 noyabr
.

Yeni Azərbaycan Partiyası - 34 illik siyasi tarix, güclü dövlətçilik və milli inkişaf strategiyasının təcəssümü

Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının yaradılması dövlətçilik salnaməmizin ən mühüm hadisələrindən biridir. 1992-ci il noyabrın 21-də təsis edilən partiya ölkənin müstəqilliyinin ciddi təhlükələrlə üzləşdiyi, siyasi böhranın dərinləşdiyi, idarəçilik sisteminin zəiflədiyi v

17 noyabr