Bu görüntüləri görən gözlərinə inana bilmir - VİDEO
Türkiyənin Ankara şəhərində yaşayan D.D. adlı qadın 2,5 ildir həyat yoldaşı tərəfindən, hamilə olduğu dövr də daxil olmaqla, sistematik şəkildə zorakılığa məruz qaldığını bildirərək kömək istəyib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə qadının qan içində döyüldüyü əks olunub və hadisə geniş ictimai narazılığa səbəb olub.
Qadının sözlərinə görə, son hadisə iyulun 19-da həyat yoldaşının bacısının evində baş verib. Telefonunda başqa bir qadının nömrəsini görməsi səbəbindən aralarında mübahisə yaranıb. D.D. bildirib ki, dediyi bir cümlədən sonra əri qəfil onun üzünə yumruq vurub.
Qadın daha sonra azyaşlı övladını götürərək evdən qaçmağa çalışsa da, həyat yoldaşının bacısı körpəni qucağından alıb. Bundan sonra müdafiəsiz qalan qadın ərinin onu yatağa yıxaraq dəfələrlə döydüyünü deyib. O, yalnız qaşından qan axdığını görən həyat yoldaşının dayandığını bildirib.
Məlumata görə, cütlüyün azyaşlı qızı da hadisənin şahidi olub.
Görüntülərin yayılmasından sonra sosial şəbəkə istifadəçiləri hüquq-mühafizə orqanlarını hadisəyə müdaxilə etməyə və şübhəlinin məsuliyyətə cəlb olunmasına çağırıblar. Hadisə ilə bağlı hüquqi araşdırmanın aparılması gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 696 Tarix: 22 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrYolda cərimə alan sürücünün polisə verdiyi cavab şok etdi
Türkiyənin Adana şəhərində işıqfor olmayan piyada keçidlərində piyadalara yol verməyən sürücülər dron vasitəsilə müəyyən edilib. Keçirilən reyd zamanı 64 sürücüyə ümumilikdə 362 min 368 lirə cərimə tətbiq olunub. xarici mediaya istinadla xəbər verir ki, təxminən 2 saat davam edən yoxlama zamanı müxtəli
8 sentyabrDƏHŞƏTLİ FACİƏ: 2 qardaş eyni vaxtda öldü - FOTO
Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonunda baş verən motosiklet qəzası iki qardaşın həyatına son qoyub. bildirir ki, hadisə Karkamış rayonunun Keleklioğlu məhəlləsində baş verib. Məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb və qəbiristanlığın divarına çırpılıb. Qəza nəticəsind
6 sentyabrİtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO
Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki
15 sentyabrTürk bayrağına tüpürən ingilis turist həbs edildi
Türkiyənin Antalya şəhərinin Alanya rayonunda istirahət edən İngiltərə vətəndaşı otel əməkdaşları ilə mübahisə etdikdən sonra foyedə asılmış Türkiyə bayrağına tüpürdüyü iddiası ilə saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Alanyanın Dinek məhəlləsində yerləşən otellərdən birində ba
9 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabr