Hitlerin doğulduğu ev polis bölməsi oldu - Foto

Hitlerin doğulduğu ev polis bölməsi oldu - FotoAvstriyada nasist lider Adolf Hitlerin doğulduğu ev uzun illər davam edən müzakirələrdən sonra rəsmi olaraq polis bölməsi kimi fəaliyyətə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, hökumət bu addımla binanın neonasist qruplar üçün simvola və ziyarət məkanına çevrilməsinin qarşısını almağı hədəfləyir.

Uzun müddət özəl mülkiyyətdə olan bina əvvəllər əlillərə xidmət göstərən xeyriyyə təşkilatı tərəfindən istifadə edilirdi. Avstriya hökuməti 2017-ci ildə tikilini dövlət mülkiyyətinə keçirib, 2019-cu ildə isə onun polis bölməsinə çevriləcəyini açıqlayıb.

Yenidənqurma işlərindən sonra binanın ağ rəngli fasadına yalnız "Polis" yazısı əlavə edilib. Tikilinin qarşısında isə Mauthauzen həbs düşərgəsindən gətirilmiş və üzərində "Faşizm bir daha heç vaxt" sözləri yazılmış xatirə daşı saxlanılıb. Abidədə Hitlerin adı qeyd olunmur.

Avstriya Daxili İşlər Nazirliyinin Tarix Departamentinin rəhbəri Stefan Mlçox bildirib ki, əsas məqsəd binanın Adolf Hitlerlə əlaqələndirilməsinin qarşısını almaq və onun ətrafında formalaşmış simvolik mənanı aradan qaldırmaqdır.

"Məqsədimiz bu məkanın Hitlerlə identifikasiyasını zəiflətmək və onun ətrafındakı mistik təsəvvürü dağıtmaq idi", - deyə o vurğulayıb.

Qeyd edilib ki, Hitler 1889-cu ildə burada doğulduqdan sonra həmin evdə cəmi bir neçə həftə yaşayıb.

Nasist hakimiyyəti dövründə "fürerin doğulduğu yer" kimi təqdim olunan bina Hitler ətrafında formalaşdırılan şəxsiyyət kultunun bir hissəsi olaraq incəsənət muzeyinə çevrilmişdi.

Hazırda turistlər tez-tez binanın qarşısında şəkil çəkdirsələr də, yerli hakimiyyət orqanları neonasist qrupların bu əraziyə səfərlərinin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azaldığını bildirir.

Qeyd edək ki, Avstriyada nasist salamı vermək və nasist simvollarından istifadə qanunla qadağandır.

Hitlerin doğulduğu ev polis bölməsi oldu - Foto


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 579   Tarix: 23 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO

Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz

17 sentyabr 2021
.

Lukaşenko Düşənbəyə iti ilə səfər etdi

Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru

17 sentyabr 2021
.

Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda

16 sentyabr 2021
.

Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı

Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis

15 sentyabr 2021
.

23 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL: Sevgilisindən hamilə qaldı - Ailəsindən gizlətdi: Uşağı dünyaya gətirəndə...

Yaponiyada ailəsindən gizli şəkildə hamilə qalan qadın uşağı Tokio hava limanında dünyaya gətirib. xəbər verir ki, uşağı tualetdə dünyaya gətirən qadın ardınca körpəni kağızla öldürüb. Bildirilir ki, Kobe şəhərindən Tokioya səfərə edən 23 yaşlı qadının hava limanında doğum vaxtı çatıb. O, tualetdə uşağ

17 sentyabr 2021
.

Bu kəndlərə virusa görə giriş QADAĞAN EDİLDİ

Mardinin Bahçebaşı və Çatalözü kəndləri koronavirusa yoluxma halları artdığı üçün karantinə alınıb. DHA-ya istinadən xəbər verir ki, Rayon Gigiyena Şurasının aldığı qərarı ilə Bahçebaşı və Çatalözü koronavirusa yoluxma hallarının artmasına görə 14 gün karantində olacaq. Karantinə alınan ərazilərin girişin

16 sentyabr 2021
.

Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr

18 sentyabr 2021
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16 sentyabr 2021
.

Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO

Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli

18 sentyabr 2021