Möhtəşəm XVII əsr hərbi gəmisi cəmi 20 dəqiqə xidmət göstərdi: 333 il sonra tapıldı

Möhtəşəm XVII əsr hərbi gəmisi cəmi 20 dəqiqə xidmət göstərdi: 333 il sonra tapıldıİsveç donanmasının yanacaq mühəndisi və arxeoloq Anders Franszen bir vaxtlar təxminən 400 il əvvəl itkin düşdüyü gündən etibarən isveçlilərin marağına səbəb olan gəmini aşkar edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" yazır.

Tarix 1625-ci ildən başlayır. Həmin il İsveç kralı II Qustav Adolf holland gəmi ustası Henrik Hübertssona nəhəng hərbi gəmi inşa etməyi tapşırıb. Tikinti 1626-cı ildə başladı, lakin elə həmin il Hübertsson vəfat edib. Bundan sonra uzunluğu 69 metr, hündürlüyü 50 metr olan gəmi hələ dənizə çıxmamış problemlərlə üzləşməyə başlayıb.

Tikintiyə nəzarət edən kapitan Sofrinq Hansson işlərin gedişindən narahat idi. O, gəminin dayanıqlığını yoxlamaq üçün göyərtədə 30 nəfərin bir tərəfdən digər tərəfə qaçdığı sınaq keçirib. Nəticədə gəminin təhlükəli şəkildə yana əyildiyi məlum oldu. Hətta bir admiral gəminin hələ limanda ikən aşa biləcəyindən ehtiyat edərək nümayişi dayandırıb.

Lakin kral "Vasa" gəmisinin suya buraxılmasına hazırlıqların davam etdirilməsini tələb edibş 1628-ci il avqustun 10-da gəmi Stokholm sahillərindən gələn musiqi sədaları altında ilk və son səfərinə çıxıb.

Həmin gün Baltik dənizinin ən güclü hərbi gəmilərindən biri səhər kilsə mərasimi ilə başlayan və limandakı bayram tədbirləri ilə davam edən təntənəli mərasimdən sonra yola salınıb.

Lakin cəmi bir neçə dəqiqə sonra külək gəmini bir tərəfdən digər tərəfə əyməyə başlayıb. Sahildə toplaşan minlərlə insan güclü küləyin "Vasa"nı sol tərəfə əydiyini müşahidə edib. Açıq top dəliklərindən aşağı göyərtəyə su dolub və gəmi bir neçə dəqiqə ərzində başladığı yerdən cəmi 1,2 kilometr aralıda, limanın 32 metr dərinliyinə batıb. Fəlakət nəticəsində göyərtə altında qalan 30 ekipaj üzvü həlak olub.

Nəşrin məlumatına görə, gəminin batmasından sonra günahlandırmalar da sürətlə yayılıb. Nəticədə məsuliyyət vəfat etmiş Hübertssonun və gəminin həddindən artıq böyük ölçülərinin üzərinə qoyulub.

Daha sonra müəyyən edilib ki, gəminin üst konstruksiyası su xəttindən aşağıda yerləşən gövdə hissəsi üçün həddindən artıq hündür və ağır idi. Bu balanssızlıq gəmini daha sürətli etsə də, ağırlıq mərkəzini su səviyyəsindən çox yuxarı qaldırırdı və nəticədə hətta zəif külək belə onun çevrilməsinə səbəb ola bilərdi.

Fəlakətdən 35 il sonra dalğıclar qrupu gəminin toplarının böyük hissəsini sudan çıxarıb və sonradan satıb. Bundan sonra marağın azalması səbəbindən "Vasa"nın dəqiq yerləşdiyi yer uzun illər unudulub.

Lakin Anders Franszen gəmini tapmaq cəhdlərindən əl çəkməyib. Tarixi qeydlərdə "Vasa"nın Tekelviken ərazisində, əsas gəmiçilik kanalının cənub tərəfində, Bekholmen adasının qarşısında yerləşdiyi göstərilirib.

Arxeoloq hər dəfə şübhəli bir yer aşkar etdikdə, özü hazırladığı nümunə götürmə qurğusunu suya endirir və xüsusi bıçaqla nümunə götürürdü. İki il ərzində axtarışlar nəticə verməyib.

Daha sonra, 1956-cı ildə yeni arxiv məlumatlarına əsasən axtarış istiqamətini şimal tərəfə dəyişən Franszen kiçik bir qara palıd parçası tapıb.

Bu tapıntı hərbi-dəniz qüvvələrinin dalğıclarının marağına səbəb olub. 1958-ci ildə onlar bir topu sudan çıxararaq "Vasa"nın yerini gəminin batmasından 331 il sonra təsdiqləyiblər.

Dalğıclar iki il ərzində gəminin altından tunellər qazaraq üzən pontonlara birləşdirilən kabellər yerləşdiriblər.

1959-cu il oktyabrın 20-də ekipajlar pontonlara su dolduraraq "Vasa"nı lil qatından azad edilib. Gəmini su altında saxlayan ekipaj onu Kastelholmen adasına köçürdü və daha bir il ərzində son qaldırılma əməliyyatına hazırlaşıb.

1961-ci il aprelin 24-də, batmasından 333 il sonra, gəmi yenidən su üzünə çıxarılıb.

1962-ci ilin əvvəlində Stokholmda yeni muzey açılıb və "Vasa" burada ictimaiyyətə təqdim edilib. 17 il ərzində mütəxəssislər gəminin taxtasına 500 xüsusi püskürdücü vasitəsilə fasiləsiz polietilenqlikol yeridərək quruyan suyu əvəz ediblər.

Mütəxəssislər qeyd edirlər ki, su hopmuş taxta gəmilər səthə çıxarıldıqdan dərhal sonra xüsusi qayğı tələb edir. Taxta qurumağa başladıqda onun dağılması mümkündür. Hətta 17 illik davamlı emaldan sonra belə "Vasa"nın taxtası qurumağa davam edirdi və konservasiya mütəxəssisləri rütubət səviyyəsini daim nəzarətdə saxlayırıblar.

2000-ci ilin yayında baş verən fırtına muzey daxilində rütubət səviyyəsinin kəskin dəyişməsinə səbəb oldu və iqlim sistemi vəziyyətin öhdəsindən gələ bilməyib. Nəticədə gəminin gövdəsində sarı və ağ ləkələr yaranıb. Buna səbəb taxtadakı kükürdün nəmlə reaksiyaya girərək turşu əmələ gətirməsi idi.

2004-cü ilə qədər daha etibarlı iqlim sistemi quraşdırılıb. Son dövrlərdə isə taxtanın turşulaşmasına səbəb olan orijinal dəmir və metal mismarlar paslanmayan poladdan hazırlanmış mismarlarla əvəz edilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 715   Tarix: 24 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO

Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını

17 sentyabr 2021
.

Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"

Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans

16 sentyabr 2021
.

Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır

15 sentyabr 2021
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17 sentyabr 2021
.

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il

15 sentyabr 2021
.

Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb

17 sentyabr 2021
.

Qəbirdən çıxanı gördü, videonu titrəyərək çəkdi - VİDEO

ABŞ sakini tərəfindən çəkilən qorxunc kadrlar hər kəsi heyrətə salıb. -a istinadən xəbər verir ki, qəbiristanlıqdan çıxan saçları çəkən Coel Morrison saçların niyə çıxdığına təəccüblənib və səlahiyyətlilərdən məsələyə baxılmasını istəyib. Qəbirstanlıqda yaxınını ziyarət edən Morrison qəbirdən çıxan saçların

17 sentyabr 2021
.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

Bəylə gəlin həm bir-birilərinə, həm də seçdikləri namizədə "hə" dedilər - VİDEO

Rusiyanın Zabaykalsk diyarında gənc cütlük səsvermə zaman elə birbaşa seçki məntəqəsində nikaha girmək qərarına gəliblər. Beləliklə yeni evlilər bir gündə iki vətəndaşlıq borcunu yerinə yetiriblər. Hadisə Çita şəhərində qeydə alınıb. "Gənclərin Rusiyanın gələcəyinə səs verməsinə mane olan səbəblər

18 sentyabr 2021