Yevgeni Xmara Britaniyanın Müdafiə Nazirliyi ilə HHM məsələləri üzrə əməkdaşlığı müzakirə edib
Ukrayna müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Yevgeni Xmara yeni təyin olunmuş britaniyalı həmkarı Ues Stritinqlə Ukraynanın hava hücumundan müdafiəsinin (HHM) və hava imkanlarının gücləndirilməsini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Y. Xmara teleqram sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Böyük Britaniyanın müdafiə naziri Ues Stritinqlə ilk söhbətimiz zamanı onu təyinatı münasibətilə təbrik etdim və Ukraynaya yardıma görə təşəkkürümü bildirdim. Müzakirələrin əsas mövzusu Ukrayna səmasının müdafiəsinin gücləndirilməsi istiqamətində addımlardır. "Gripen" təyyarələrinin və onlar üçün "Meteor" raketlərinin tədarükü layihəsinə dəstək gözləyirik. Bu, Rusiya təyyarələrinə qarşı mübarizə və xalqımızın qorunması üçün vacibdir", - o yazıb.
Onun sözlərinə görə, "F-16" təyyarələri üçün döyüş sursatlarının tədarükünü davam etdirmək də son dərəcə vacibdir:
"Xüsusi diqqət mərkəzində "Shahed"lərə qarşı mübarizə üçün nəzərdə tutulan raketlərdir. Rusiya reaktiv dronlarla zərbələri artırır. Tərəfdaşların sürətli qərarları birbaşa olaraq ukraynalıların həyatını xilas etməyə qadirdir. Eyni zamanda, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına Müdafiə Qüvvələrinin ehtiyacları üçün Ukrayna dronlarının - xüsusən də zərərsizləşdiricilər, "middle strike" və "deep strike"in - alınmasını müzakirə etdik".
O əlavə edib ki, Ukrayna öz növbəsində müasir müharibə təcrübəsini və döyüş meydanında artıq öz səmərəliliyini sübut etmiş həllərini bölüşməyə hazırdır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 419 Tarix: 25 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd
13 sentyabrİndoneziyada bərənin aşması nəticəsində itkin düşən 130 nəfər axtarılır
İndoneziyadakı xilasedicilər artıq ikinci gündür ki, Yava dənizində sərnişin gəmisinin batması nəticəsində itkin düşmüş 130 nəfəri axtarırlar. xəbər verir ki, son məlumatlara görə, axtarış-xilasetmə əməliyyatlarında 622 mütəxəssis və təxminən 12 gəmi iştirak edir. 14 sentyabr səhəri etibarilə 6 nəfə
14 sentyabrABŞ-da atda təhlükəli "ət yeyən" parazit aşkarlandı
ABŞ-da bir atda "New World screwworm" adlanan təhlükəli parazitə yoluxma qeydə alınıb. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Hadisə Texas ştatının Meksika sərhədinə yaxın Presidio dairəsində qeydə alınıb. Parazitin sürfələri isti qanlı heyvanların açıq yaralarında canlı toxuma il
13 sentyabr"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun
13 sentyabrBu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16 sentyabr