"TikTok"un başı dərddə: Uşaqların təhlükəsizliyi ilə bağlı ciddi iddialar
Avropa Komissiyası (AK) "TikTok"u Rəqəmsal Xidmətlər Aktında (Digital Services Act - DSA) nəzərdə tutulan uşaqların onlayn mühitdə qorunması ilə bağlı Avropa İttifaqı (Aİ) qaydalarını pozmaqda ittiham edib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayımlanıb.
Məlumatda bildirilir ki, platformada azyaşlı istifadəçilərin hesab tənzimləmələri kifayət qədər təhlükəsizlik səviyyəsini təmin etmir. Xüsusilə, uşaqların profillərini açıq rejimdə saxlaması onların kiberbullinqə və arzuolunmaz əlaqələrə məruz qalması riskini artırır.
Avropa Komissiyası həmçinin qeyd edib ki, hətta qapalı hesablar belə digər istifadəçilərin izləyicilər və izlənilənlər siyahıları vasitəsilə axtarış üçün əlçatan ola bilər.
Tənzimləyici qurum "TikTok"dan yeniyetmələrin açıq hesabları ilə bağlı təhlükəsizlik tənzimləmələrini dəyişməyi tələb edib. Belə ki, onların paylaşımlarını yalnız özlərinin təsdiqlədiyi istifadəçilər görə bilməlidir.
Qeyd olunub ki, pozuntular təsdiqlənərsə, şirkət illik qlobal dövriyyəsinin 6 faizinə qədər cərimələnə bilər.
"TikTok" isə AK-nin qənaətlərini araşdıracağını və Avropa hakimiyyət orqanları ilə əməkdaşlığı davam etdirəcəyini bildirib. Şirkət vurğulayıb ki, 18 yaşdan kiçik istifadəçilərin hesabları standart olaraq qapalı rejimdə yaradılır və onlar əlavə təhlükəsizlik funksiyaları ilə təmin edilir.
Bu, son iki il ərzində Avropa İttifaqında "TikTok"a qarşı qaldırılan dördüncü araşdırmadır. Bundan əlavə, Böyük Britaniyanın media tənzimləyicisi "Ofcom" da uşaqların zərərli məzmundan qorunması və istifadəçilərin yaşının müəyyənləşdirilməsi sistemlərinin etibarlılığı ilə bağlı mümkün problemlərə görə platformaya qarşı araşdırmaya başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 347 Tarix: 25 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-da atda təhlükəli "ət yeyən" parazit aşkarlandı
ABŞ-da bir atda "New World screwworm" adlanan təhlükəli parazitə yoluxma qeydə alınıb. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Hadisə Texas ştatının Meksika sərhədinə yaxın Presidio dairəsində qeydə alınıb. Parazitin sürfələri isti qanlı heyvanların açıq yaralarında canlı toxuma il
13 sentyabrSakit okeanda onlarla insanın olduğu bərə batıb
Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb. bildirir ki, bu barədə "Reuters" agentliyi Sakit okeandakı ada dövlətinin baş naziri Cotam Napatın ofisinə istinadən məlumat verib. Gəminin göyərtəsində ümumilikdə 40-dan çox sərnişin və heyət üzvü olub. Məlumat
13 sentyabrABŞ Milli Təhlükəsizlik Agentliyi yenidənqurma prosesinə başlayır
ABŞ Milli Təhlükəsizlik Agentliyi son on ildə bütün kəşfiyyat xidmətinin ən genişmiqyaslı yenidən qurulmasına başlayır. xəbər verir ki, "The Washington Post" qəzeti planla tanış olan hazırkı və keçmiş rəsmilərə istinadən məlumat verib. Onların sözlərinə görə, NSA rəhbəri general Coşua M. Ruddu
14 sentyabrBritaniyada inflyasiya son 5 ayın maksimumuna çatıb
Böyük Britaniyada illik inflyasiya avqust ayında 3,1%-ə yüksəlib. xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsinin hesabatında deyilir. Bu, son beş ayda ən böyük artımdır və iyul ayındakı 2,9% artımı da üstələyir. İstehlak qiymətlərinin artımının əsas səbəbi, Yaxın Şərqdə yenidən başlaya
16 sentyabrKanada Aİ-nin ilk assosiativ üzvü ola bilər: fon der Leyen
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kanadanın Baş naziri Mark Karniyə Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması üçün işə başlamağı təklif edib. xəbər verir ki, Von der Leyen bu təklifi sentyabrın 16-da illik Birliyin Vəziyyəti ilə bağlı çıxışı zamanı irəli sürmüşdü. O, Aİ-ni
16 sentyabrBu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı
15 sentyabr