Şalva Papuaşvili: Elektrik sisteminin ardıcıl dayanması qeyri-adi hadisədir, bütün detallar araşdırılmalıdır
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə iyulun 24 və 25-də baş vermiş genişmiqyaslı elektrik kəsintilərinin bütün detallarının araşdırılmasının vacib olduğunu bildirib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, o, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin elektrik kəsintiləri ilə bağlı təxribat maddəsi üzrə istintaqa başlamasını şərh edərkən danışıb.
Şalva Papuaşvili deyib ki, enerji sisteminin ardıcıl şəkildə sıradan çıxması qeyri-adi hadisədir və baş verənlərin səbəbləri tam müəyyənləşdirilməlidir:
"Bunun nə ilə bağlı olduğunu araşdırmaq vacibdir. Fakt budur ki, bütün sistemin bir-birinin ardınca dayanması qeyri-adi hadisə idi. Buna görə də bütün detalları dəqiqləşdirmək lazımdır. Araşdırmanın nəticəsini qabaqlamaq istəmirəm. Görək istintaq hansı nəticəyə gələcək. Əgər burada insan amili, kiminsə müdaxiləsi və ya təxribat faktı varsa, əlbəttə ki, bunların hamısı üzə çıxacaq. Gözləyək, araşdırma nələri ortaya qoyacaq".
Xatırladaq ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ölkə ərazisində iyulun 24 və 25-də təkrarlanan elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi - dövlət maraqlarına zərər vurmaq məqsədilə mühüm obyektlərin normal fəaliyyətinin pozulması və ya onlara zərər yetirilməsi maddəsi ilə istintaqa başlayıb.
Qeyd edək ki, iyulun 24 və 25-də baş verən elektrik kəsintiləri nəticəsində Tbilisi və ölkənin əksər bölgələrində elektrik enerjisinin verilişi bir neçə saat dayandırılıb. Hadisənin səbəbləri həm Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti, həm də Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (GNERC) tərəfindən araşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 285 Tarix: 26 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd
13 sentyabrİndoneziyada bərənin aşması nəticəsində itkin düşən 130 nəfər axtarılır
İndoneziyadakı xilasedicilər artıq ikinci gündür ki, Yava dənizində sərnişin gəmisinin batması nəticəsində itkin düşmüş 130 nəfəri axtarırlar. xəbər verir ki, son məlumatlara görə, axtarış-xilasetmə əməliyyatlarında 622 mütəxəssis və təxminən 12 gəmi iştirak edir. 14 sentyabr səhəri etibarilə 6 nəfə
14 sentyabrABŞ-da atda təhlükəli "ət yeyən" parazit aşkarlandı
ABŞ-da bir atda "New World screwworm" adlanan təhlükəli parazitə yoluxma qeydə alınıb. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Hadisə Texas ştatının Meksika sərhədinə yaxın Presidio dairəsində qeydə alınıb. Parazitin sürfələri isti qanlı heyvanların açıq yaralarında canlı toxuma il
13 sentyabr"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun
13 sentyabrBu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16 sentyabr