Bir ay komada qalan aktyor o biri dünyada GÖRDÜKLƏRİNİ DANIŞDI

Bir ay komada qalan aktyor o biri dünyada GÖRDÜKLƏRİNİ DANIŞDIBritaniyalı aktyor Şiv Qrüol 2013-cü ildə keçirdiyi ağır ürək tutmasından sonra yaşadıqlarını illər sonra yenidən bölüşüb.
Aktyor kliniki ölüm yaşadığı anlarda özünü qəribə bir boşluqda hiss etdiyini deyib. Onun sözlərinə görə, sanki bədəni yox idi, lakin düşünmək və hiss etmək qabiliyyətini itirməmişdi. Aktyor həmin vəziyyəti suda çəkisiz şəkildə üzməyə bənzədib.

O, gördüyü mənzərələr arasında kosmik boşluqları və uzaqdan hərəkət edən meteoritləri xatırladığını deyib. Qrüol həmin anlarda öldüyünü dərk etdiyini, lakin yenidən həyata qayıdacağına inandığını bildirib.

Aktyorun sözlərinə görə, o, həyat yoldaşının yanına qayıtmaq üçün "ali qüvvələrdən" israrla ikinci şans istəyib. Nəticədə sağ qalmağı bacardığını deyən Qrüol bu təcrübəni "çox canlı bir yuxu" kimi xarakterizə edib.

Yaşadığı hadisədən sonra onun həyata baxışı tamamilə dəyişib. Şiv Qrüol sonrakı illərdə yaratdığı abstrakt rəsmlərdə kliniki ölüm zamanı gördüyünü iddia etdiyi görüntüləri əks etdirməyə çalışdığını bildirib.

Qeyd edək ki, kliniki ölüm zamanı yaşanan təcrübələr elmi baxımdan tam izah olunmayıb. Alimlər bu cür hisslərin beyində oksigen çatışmazlığı, neyrokimyəvi dəyişikliklər və digər fizioloji proseslərlə əlaqəli ola biləcəyini bildirirlər.

Xatırladaq ki, o. 2013-cü ildə Londondakı evində qəfil ürək tutması keçirib. Həkimlərin sözlərinə görə, onun ürəyi təxminən 7 dəqiqə dayanıb. Təcili tibbi müdaxilə nəticəsində həyatı xilas edilən aktyor sonradan bir ay müddətinə süni komaya salınıb.(lent.az)


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 706   Tarix: 26 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zabitə Alıyevanın toyu oldu (FOTO)

Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib

15 sentyabr
.

Röya Ayxan 80 milyon manata ev alıb? (İDDİA)

Bakıda fantastik qiymətə mənzil satılıb. Qaynarinfo-nun məlumatına görə, mənzil eksperti Vüqar Əliyev verdiyi müsahibələrin birində bildirib ki, sözügedən mənzil mart ayında satılıb:. "Mənzil Bakıdadır və 80 milyon dəyərində olub. Hazırda mənzildə məşhur simalardan biri yaşayır. Mənzil bir hekta

4 sentyabr
.

Vəfa Şərifovaya ərindən 12 min avroluq hədiyyə - VİDEO

Müğənni Vəfa Şərifovaya həyat yoldaşı tərəfindən bahalı hədiyyə təqdim olunub. xəbər verir ki, sənətçiyə hədiyyə edilən lüks saatın qiymətinin 12 min avro, yəni təxminən 24 min manat olduğu bildirilir. Dəyəri ilə diqqət çəkən saat sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub

5 sentyabr
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr
.

Ayseldən Murad Adıgözəlzadə ilə bağlı xəbərə reaksiya

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadənin səhhətində problem yaranıb. Axşam.az-ın məlumatına görə, Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşıma şərh yazanlar arasında M.Adıgözəlzadənin keçmiş həyat yoldaşı, müğənni Aysel Teymurzad

5 sentyabr
.

İllər sonra ekranlara qayıdan aktrisanı heç kəs tanımadı

Türkiyənin məşhur "Yahşi Cazibe" serialında Simge obrazı ilə tanınan Hande Katipoğlu illər sonra yenidən ekranlara qayıdıb. Aktrisanın yeni serialdakı dəyişən görünüşü izləyicilərin diqqətini çəkib. xarici mediaya istinadla xəbər verir ki, 2010-2012-ci illərdə yayımlanan "Yahşi Cazibe"

9 sentyabr
.

Emin oğulları ilə (FOTO)

Xalq artisti Emin Ağalarov övladları ilə bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, ifaçı əkizləri Əli və Mikayılla çəkdirdiyi fotoları sosial media hesabında yayımlayıb. Müğənni paylaşımına "Mənim dəstəyim" qısa şərhini yazıb. Qeyd edək ki, Eminin daha iki qızı var

25 avqust
.

"Yeraltı"nın yayım tarixi bəlli oldu

Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin

13 sentyabr
.

Maykl Ceksonun oğlu illər sonra diqqət mərkəzinə düşdü

Pop musiqisinin əfsanəsi Maykl Ceksonun böyük oğlu Prins Cekson uzun müddətdən sonra ictimai tədbirdə görüntülənib. xəbər verir ki, 29 yaşlı Prins atasının doğum günü münasibətilə Las-Veqasda keçirilən tədbirə qatılıb. Prins Cekson məşhur "Cirque du Soleil Michael Jackson ONE" şousunu izləyib

3 sentyabr