İspaniyada yanğınlara görə 116 mindən çox şəxs təxliyə edilib
Meşə yanğınları səbəbindən İspaniyanın Madrid şəhərində, eləcə də Avila və Kastelyon əyalətlərində 116 mindən çox şəxs təxliyə edilib.
"Report" "El País"ə istinadən xəbər verir.
Qeyd olunub ki, zərərçəkənlərin böyük əksəriyyəti, təxminən 100 min nəfəri Madrid və Avila sakinləridir, qalan 15 min nəfər isə Kastelyondandır.
Nəşrin məlumatına görə, gecə saatlarında intensivliyin azalmasına baxmayaraq, Madriddəki yanğın hələ də lokallaşdırılmayıb. Alov paytaxt bölgəsində və Avilada 45 000 hektardan çox ərazini məhv edib. Kastelyonda yanğının perimetri 21 kilometrə çatır. İspaniyada alovun məhv etdiyi ümumi sahə təxminən 131 113 hektar təşkil edə bilər.
Madrid rəsmiləri izah ediblər ki, bu gün yenidən yüksək temperatur, aşağı rütubət və küləyin istiqaməti ilə bağlı qeyri-müəyyənliklə səciyyələnəcək ki, bu da yanğınların söndürülməsi səylərinə birbaşa təsir göstərəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 181 Tarix: 26 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Epşteyn üçün model qızların tədarükçüsünün meyiti yarıldı
Model qızların tədarükçüsü və qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin ehtimal olunan şəriki Daniel Siadın meyitinin yarılması zamanı zorakı ölümə işarə edən əlamətlər aşkar edilməyib. xəbər verir ki, bu barədə "Franceinfo" radioşirkətinə istinadən Fransanın Nanter Prokurorluğu məluma
26 iyulİlon Mask özünü "keçmiş trilyonçu" adlandırıb
Amerikalı milyarder İlon Mask sərvətinin 719 milyard dollara enməsindən sonra özünü istehza ilə "keçmiş trilyonçu" adlandırıb. xəbər verir ki, bu barədə Mask "X" sosial şəbəkəsində paylaşım edib. "Bloomberg"in milyarderlər indeksinə əsasən, Maskın sərvəti hazırda 719 milyar
26 iyul"TikTok"un başı dərddə: Uşaqların təhlükəsizliyi ilə bağlı ciddi iddialar
Avropa Komissiyası (AK) "TikTok"u Rəqəmsal Xidmətlər Aktında (Digital Services Act - DSA) nəzərdə tutulan uşaqların onlayn mühitdə qorunması ilə bağlı Avropa İttifaqı (Aİ) qaydalarını pozmaqda ittiham edib. xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayımlanıb. Məlumatda bildirili
25 iyulABŞ İrana İNANMIR: Trampdan rəsmi Tehrana TƏKLİF
ABŞ Prezidenti Donald Tramp mövcud münaqişənin həlli üçün İran nümayəndələrinin irəli sürəcəyi təkliflərə qulaq asmağa hazır olduğunu açıqlayıb. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə akkreditə olunmuş Müxbirlər Assosiasiyasının ənənəvi illik qəbulunda çıxış edərkən bildirib. "Yeri gəlmişkən
25 iyul