"Həmin vaxt maşını 220 ilə sürürdü" - 21 yaşlı qız həbs edildi
Ötən ilin noyabrında Gəncə-Şəmkir yolunun Göygöldən keçən hissəsində "Mercedes GL 550" markalı avtomobilin qəzaya uğraması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hadisə vaxtı avtomobili idarə edən 21 yaşlı G.Kərimovaya hökm oxunub. İlkin məlumatlarda qəza zamanı avtomobilin 1990-cı il təvəllüdlü Əhliman Ramiz oğlu Abdi tərəfindən idarə edilməsi bildirilsə də, bu, təsdiqini tapmayıb.
Araşdırmalarla müəyyən edilib ki, hadisə vaxtı Əhliman tanışı, hərbi hissədən 5 günlük məzuniyyətə buraxılmış 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və digər tanışları ilə birgə Gəncədəki "Karizma" restoranında yeyib-içiblər. Bu zaman onlar Gəncədə fəaliyyət göstərən "Babalounch" restoranında işləyən qızları məclisə dəvət ediblər və birgə spirtli içki qəbul ediblər.
Gecə saat 2 radələrində restoranı tərk edərkən Əhliman sərxoş olduğunu deyərək sükan arxasına G.Kərimovanın keçməsini istəyib, özü isə ön sərnişin oturacağında əyləşib. Hikmətlə digər qız isə arxada oturub. Onlarla birgə məclisdə iştirak edən şəxslərdən bir neçəsi Leylanın (şərti) sürdüyü "Chevrolet Equinox" markalı avtomobilə, digərləri isə 3-cü avtomobilə əyləşib. Yolda olarkən sürücü qızlar ötüşməyə başlayıblar və idarəetmədən çıxan avtomobil divara çırpılıb. Nəticədə Əhlimanla Hikmət həlak olublar.
Hadisə vaxtı avtomobildə olan və yaralanan xanım sərnişin bildirib ki, Əhliman G.Kərimovadan Leylanın sürdüyü maşını keçməsini tələb edib: "Leyla manevrlər edirdi, əlini pəncərədən çıxarıb oynayırdı. Sürət təxminən saatda 200-220 kilometr olardı. Əhliman ona qışqırdı ki, Leylanı keçsin, əlini sükana atdı, qəza da bu zaman oldu. Sonrasını xatırlamıram".
Məhkəmədə bildirilib ki, G.Kərimovanın 2023-cü il təvəllüdlü bir övladı var. Onun sürücülük hüququnun olmaması da müəyyən edilib. Gəncə Ağır Məhkəməsinin hökmü ilə ona 7 il 6 ay həbs cəzası verilib və məhkəmə zalındaca həbs edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 788 Tarix: 28 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEvə buraxılan qadın xəstəxana həyətində öldü
Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On
17 noyabrBakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü
Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub. Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qız
16 noyabrBalıq bazarında bahalaşma var - Video
Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullarda bahalaşm
15 noyabrDirektorların işə qəbul nəticələri - Açıqlandı
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları
16 noyabrMediaya ayrılan pul çox azdır - Deputat
Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy
16 noyabrDaha bir vəkil həbs edildi
Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c
16 noyabr