Xanımı ilə sağollaşandan iki saat sonra şəhid oldu - Rəfail İşiyevin son FOTOSU

Xanımı ilə sağollaşandan iki saat sonra şəhid oldu - Rəfail İşiyevin son FOTOSU"Səhər 45 dəqiqə danışdıq. Bir-iki saat sonra şəhid oldu..."

Sonxeber.az xəbər verir ki, bunu Modern.az-ın "Şəhiddən qalan son foto" rubrikasında söhbət zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olan Rəfail Əhmədağa oğlu İşiyevin həyat yoldaşı Sevda İşiyeva deyib.

O, həyat yoldaşının şəhadətindən əvvəl çəkilmiş son fotosuna baxarkən ilk ağlına gələn xatirələri bölüşüb:

"O günləri xatırlamaq mənim üçün çox çətindir. Yoldaşım işlədiyi illər ərzində harada xidmət edirdisə, biz də onunla birlikdə orada yaşayırdıq. Əsasən sərhəd bölgələrində olmuşuq. 44 günlük Vətən müharibəsi başlamazdan əvvəl ondan yalnız bir xahişim olmuşdu. Demişdim ki, nə olur-olsun, imkan düşən kimi mənə səsini eşitdirsin. Tək istəyim o idi ki, bilim sağdır.

Döyüşlər zamanı yoldaşım iki dəfə ağır yaralandı. Hər ikisində hospitalda müalicə olundu. Amma buna baxmayaraq, üçüncü dəfə yenidən döyüşlərə qatıldı. Noyabrın 1-də Xocavənd istiqamətinə yollandı.

Noyabrın 2-də orada bayraq sancdı. Halbuki bu, onun xidməti vəzifəsi deyildi. Yoldaşım həm sürücü, həm də mexanik idi. Amma ürəyində elə böyük Vətən eşqi vardı ki, həmişə ön cəbhəyə can atırdı. Bayrağı hər şeydən üstün tuturdu.

Xanımı ilə sağollaşandan iki saat sonra şəhid oldu - Rəfail İşiyevin son FOTOSU2 noyabr 2020-ci il, Rəfail İşiyev döyüş yoldaşları ilə birlikdə

Bu şəkil də həmin günə aiddir. Gündüz bayraq sancmışdı, bu isə noyabrın 2-dən 3-nə keçən gecə çəkdirdiyi şəkildir.

Həmin gecə mənə səhərə qədər ara-sıra, iki-üç saatdan bir zəng edirdi. Hər dəfə eyni sözləri deyirdi: "Yaxşıyam, hər şey yaxşı olacaq. Uşaqlardan muğayat ol, özündən muğayat ol".

Əslində, yoldaşım çox danışan insan deyildi. Ona görə də təəccüblənirdim ki, gecənin o vaxtı mənə tez-tez zəng edir, uzun-uzadı danışır.

Uşaqları mənə tapşırarkən dedi ki, onları məşğələlərdən geri qoyma, qoy davam etsinlər. Sonra əlavə etdi ki, gəlib səni həkimə aparacağam, özüm də müayinədən keçəcəyəm. Çünki yaralı halda yenidən döyüşə qayıtmışdı və bədəni çox ağrıyırdı".

Şəhid xanımı deyir ki, hər dəfə onun bu son fotosuna baxanda ilk növbədə həmin gecə ona dediyi sözlər yadına düşür:

"Heç hiss etdirmədi ki, çox çətin vəziyyətdədirlər. Halbuki sonradan bildim ki, bu şəkli çəkdirdikləri ərazidən çıxmaq demək olar ki, mümkün deyilmiş. Onlar da bunu bilirmişlərlər. Nə olacağını az-çox təsəvvür ediblər. Amma yenə də ümidlərini itirməyiblər. Deyiblər ki, Allahın işidir, ya sağ çıxarıq, ya da şəhid olarıq.

…Səhər açıldı. Saat 07:30 olardı, yenə mənə zəng vurdu. Təxminən 45 dəqiqə zənglə danışdıq. Mən yenə də təəccüblənirdim. Düşünürdüm ki, necə olur, döyüş şəraitində mənə bu qədər vaxt ayıra bilir. Çünki adi vaxtlarda çox danışan biri deyildi.

Biz sağollaşdıqdan təxminən bir-iki saat sonra isə şəhid olub".

Müsahibimizin sözlərinə görə, uzun müddət həyat yoldaşının şəhid olduğunu qəbullana bilməyib:

"Çünki mənimlə danışmışdı, mənə ümid vermişdi. Elə bilirdim ki, mütləq evə qayıdacaq.

O vaxt Beyləqanda, sərhəd bölgəsində yaşayırdıq. Heç cür inana bilmirdim.

Kirayədə qaldığımız evi düz 5 ay təhvil vermədim. Düşünürdüm ki, birdən qayıdar, deyər ki, evi niyə özbaşına təhvil vermisən?

Axırda böyüklərin təkidi ilə 5 aydan sonra evi təhvil verdim. Amma o zaman da beynimdə eyni fikir vardı. Düşünürdüm ki, birdən gəlib deyər, niyə özbaşına evi təhvil vermisən, axı mən sağam.

Uzun müddət beləcə düşüncələrlə yaşadım. İnsan yaşadıqca, hər şeyə alışır. Bəlkə də tam qəbullanmır, amma zaman keçdikcə yaşamağı öyrənir. Bu fotoya hər dəfə baxanda da yalnız həmin gecə, həmin söhbətlər və o xatirələr gözümün önündə canlanır.

Yoldaşım çox ailəcanlı, uşaqlarına hədsiz bağlı bir ata idi. Həmişə onun atalığına heyranlıqla baxırdım.

Ağır və yorucu işdən gəlməsinə baxmayaraq, uşaqları ilə vaxt keçirmədən heç vaxt dincəlməzdi. Onun üçün ən böyük istirahət uşaqları ilə birlikdə olmaq idi. Nə qədər yorğun olsa da, onlarla oynayar, vaxt keçirərdi. Mən bəzən uşaqlara deyirdim ki, atanız yorğundur. O isə dərhal deyirdi ki, dəymə uşaqlara, qoy oynasınlar.

Hətta bəzən deyirdi ki, vaxt tapsaydım, bu iki oğlanı götürüb kişi kimi bir yerdə çay içərdim.

Çox qayğıkeş ata idi.

Mən həmişə deyirəm ki, təkcə həyat yoldaşımı itirmədim. Mən bir dost, sirdaş itirdim. O, mənə hər zaman dost, dəstək, dayaq oldu. Həqiqətən də əsl dostun necə olduğunu onun timsalında gördüm. Həyat yoldaşı hər kəs ola bilər, amma hər həyat yoldaşı insanın əsl dostu, sirdaşı ola bilmir.

Tanrı bütün yaxşı insanları qorusun. Bu dünyadan köçənlərə Allah rəhmət eləsin. Şəhidlərin yeri, məqamı tamam başqadır. Şəhidlərin, Rəfailin cənnətdə olduğuna bütün qəlbimlə inanıram.

Qəbrləri nurla dolsun".

Rəfail Əhmədağa oğlu İşiyev 4 sentyabr 1979-cu ildə Cəlilabad rayonunda dünyaya göz açıb. O, ömrünün 16 ilini Azərbaycan Ordusunda xidmətə həsr edib, bu müddətdə PDM (BMP) mütəxəssisi kimi fəaliyyət göstərib. 2016-cı ilin Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində iştirak edib.

Cəbrayılın azadlığı uğrunda döyüşlərdə idarə etdiyi PDM vurulub. Yaralanmasına baxmayaraq, iki gün sonra yenidən cəbhəyə qayıdıb, yaralı döyüş yoldaşının PDM-ni idarə edərək Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurub. İkinci dəfə texnikası vurulub və yenidən yaralanıb. Lakin bir müddət sonra ermənilərdən qənimət götürülən üçüncü PDM ilə döyüşlərə qoşulub, sonadək vuruşub. Son döyüşü Xocavənd istiqamətində olub və 3 noyabr tarixində həmin istiqamətdə şəhidlik zirvəsinə ucalıb.

Rəfail İşiyev ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 152   Tarix: 28 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 40 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25 isti, gündüz 31-36 isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-8

28 iyul
.

Ana dilimiz milli kimliyimizin və milli varlığımızın ən mühüm göstəricilərindən biridir

Ana dilimiz milli kimliyimizin, milli varlığımızın ən mühüm göstəricilərindən biridir. Eyni zamanda, dilimiz milli birliyimizi gücləndirən əsas amillər sırasındadır. Bu baxımdan, Ulu Öndərimiz Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində fəaliyyəti xüsusi vurğulanmalıdır. Ümummill

27 iyul
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçma

27 iyul
.

Ana dilinin saflığının qorunması mühüm vəzifədir

Ümummilli Liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, hər bir xalqın dili onun milli sərvəti, xalqın mövcudluğunun əsas göstəricilərindən biridir. Buna görə də hər bir xalqın ana dili onun qürur mənbəyidir. Ana dilimiz də dövlət rəmzlərimiz olan gerbimiz, bayrağımız, himnimiz kimi müqəddəsdir. Azərbayca

27 iyul
.

Dini inancları təhqir edən Üzeyir Abas saxlanıldı

Sosial şəbəkələrdə dini inancları təhqir edən şəxs polis tərəfindən saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Üzeyir Abas adı ilə sosial şəbəkələrdə videolar paylaşan və dini inanacları aşağılayan 1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir. Qeyd edək ki, Üzeyi

28 iyul
.

Bəzi ərazilərdə 40 dərəcə isti olacaq: Həftənin ilk iş gününün HAVASI

İyulun 27-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-27 isti

26 iyul
.

Sabiq prokuror vəfat etdi

Azərbaycan Baş Prokurorluğunun veteranı, ədliyyə müşaviri Füzuli Musayev vəfat edib. Shimal.News-a istinadən xəbər verir ki, uzun illər prokurorluq orqanlarında çalışmış məmur yaşadığı evdə ürəktutması nəticəsində dünyasını dəyişib. 1992-ci ildə prokurorluq orqanlarında qulluğa başlayan F.Musayev Daşkəsən

27 iyul
.

Azərbaycanda bir sıra şəxslərin maaşı artırılacaq

Kitabxana sistemində aparılan optimallaşdırma prosesindən sonra attestasiyadan uğurla keçən əməkdaşların əməkhaqqılarının artırılması nəzərdə tutulur. xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə İT mütəxəssislərinin attestasiyası ilə bağlı -a deyib. Onun sözlərinə görə

28 iyul
.

Bakı havasındakı tozun səbəbi - Açıqlandı

"Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır". xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. "Havada müşahid

27 iyul