"Dilimiz milli birliyimizin simvoludur" - AÇIQLAMA

"Dilimiz milli birliyimizin simvoludur" - AÇIQLAMAYüksək mədəniyyəti ilə seçilən Azərbaycan xalqı, ən çətin və kritik dövrlərdə, şərəfli keçmişə sahib ana dilini milli varlığı kimi qorumuş, inkişaf etdirmiş, bu müqəddəs dildə sevə-sevə danışmış, onu nəsildən-nəsilə ötürmüşdür. Bu dil təkcə fonetik üslubda deyil, həm də ədəbi düşüncədə yaşadılmış, yazılıb-yaradılmışdır. Xalq düşüncələrində, ədəbi nəğmələrdə, dastanlarda qəhrəmanlıq tariximizi yaşadan bu ana dili, minilliklər öncəsində belə möcüzələr yaradan klassiklərin sözündə əbədiləşib. Ədəbi və bədii incilər məhz bu dildə yazılaraq, keşməkeşli keçmişimizin, xalqımızın həyat tərzinin canlı şahidinə və mənəvi yaddaşına çevrilmişdir. Basqılar və qadağalar fonunda xalqımız ana dilinə sıx şəkildə sahib çıxmış, onu yaşatmış, qorumuş və daha da zənginləşdirmişdir.
Sovet imperiyası dövründə ana dilimiz məqsədli şəkildə sıxışdırılmağa başlandı. Elə bir vəziyyət yarandı ki, leksikonumuza yad dil nüfuz etdi, imperiya dili ölkənin hər yerində üstün tutuldu, hətta gündəlik məişətə qədər sirayət etdi. Bu isə Azərbaycan dilinin mərhələli şəkildə sıradan çıxarılmasına yönəlmiş qırmızı imperiyanın məqsədyönlü siyasəti idi.
Ötən əsrin otuzuncu illərində postsovet ölkələrində ana dili uğrunda səsini ucaldanlar zülmün hədəfinə çevrilmiş, amansız təqiblərlə üzləşmiş, sürgünə və sükuta məhkum edilmişdir. Ana dillərin məhv edilməsi imperiyanın əsas hədəflərindən biri idi. Çünki yaxşı bilirdilər ki, dil susanda, xalq da susar. Digər ittifaq respublikalarının rəhbərlərindən fərqli olaraq, böyük Heydər Əliyev bu ədalətsizliyə boyun əymədi. Ana dilimizin hüquqlarını bərpa etmək naminə qətiyyətlə addımlar atdı, Azərbaycan dilinə dövlət statusu verilməsi istiqamətində fəaliyyətə başlayaraq Vətən və tarix qarşısında misilsiz xidmət göstərdi.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin fədakarlığı nəticəsində 1978-ci il aprelin 2-də, IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında Konstitusiya layihəsinin və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş iclasda tarixi bir addım atıldı. Konstitusiyanın 73-cü maddəsinə əsasən, Azərbaycan dili dövlət dili statusu aldı.
Heydər Əliyevin göstərdiyi qətiyyətli mövqe müqəddəs dilimiz qorundu, ona sahib çıxdıq. Dövlət dili uğrunda ardıcıl və prinsipial mübarizə aparan Ulu Öndər ziyalıları və xalqı səfərbər edərək ana dilinin dövlət dili kimi yaşamaq haqqı uğrunda ümummilli hərəkat yaratdı. Bu mübarizə nəticəsində milliliyimizə, kimliyimizə sahib çıxdıq, ruhumuz öz dilində yenidən dirçəldi.
Müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə ana dilimizə dərin hörmət və ehtiram göstərən Ulu Öndər 1995-ci ildə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilimizin Azərbaycan dili kimi tanınmasını dəstəkləmişdir. Həmin il ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiyanın 21-ci maddəsində bu mühüm hüquqi norma öz əksini tapmışdır. Bundan əlavə, Azərbaycan dövlətinin dil siyasətinin formalaşması və möhkəmləndirilməsi baxımından dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi barədə fərmanlar böyük əhəmiyyət kəsb etmişdir. Ümummilli liderin təşəbbüsü ilə ölkəmizdə avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur ki, bu da dilimizin inkişafına verilən yüksək qiymətin ifadəsidir.
Dil siyasəti Prezident İlham Əliyev tərəfindən böyük inam və qətiyyətlə davam etdirildi. Azərbaycan dilinin inkişafı, qorunması və tətbiq dairəsinin daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı, bu sahədə ardıcıl və uğurlu islahatlar həyata keçirildi. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir deyən Prezident İlham Əliyev Vətən qarşısındakı xidmətlərinə görə 50 milyon insanın ana dilində etdiyi alqışlara layiq oldu, bizə danışmağı öyrədən anaların duasına çevrildi.
Müstəqil ölkəmizin varlığı və dövlətimizin əsas simvollarından biri olan Azərbaycan dilinin mövcudluğu, xalqımızın illərlə apardığı milli mücadilənin, azadlıq və milli kimlik uğrunda verdiyi mübarizənin nəticəsidir.
Bu dili bizə ana laylası kimi anamız öyrətdi. İtki təhlükəsi qarşısında isə bu müqəddəs dili Ulu Öndər Heydər Əliyev qorudu, yaşatdı, ucaltdı. Və nəhayət, bu dillə səsimizi birləşdirdik, azadlıq hayqırdıq, azad olduq. Yağı düşmənin zülmünə qarşı bu dillə bir-birimizə səsləndik, bir yumruq olduq və Müzəffər Liderimizin rəhbərliyi ilə qələbə səsimizi də məhz bu dillə bütün dünyaya bəyan etdik. Azərbaycan dili təkcə dövlətimizin rəmzi deyil, həm də milli birliyimizin yol göstərənidir.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 500   Tarix: 29 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazir Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya göstəricilərini AÇIQLADI

"Türkiyə-Azərbaycan dostluğunun dünyada bənzəri yoxdur". xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, iki ölkə arasında təmaslar daimi davam edir:. "Həmçinin, 108 il əvvə

15 sentyabr
.

Azərbaycan Prezidenti: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlətimizin başçısı əlavə edib:

15 sentyabr
.

İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır

Paytaxtımız Bakı şəhəri son illərdə bir çox iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər çərçivəsində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilib. 2017-ci ildə isə ölkəmizin təşəbbüsü və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıd

16 sentyabr
.

Azərbaycanın suveren hüququ - lokal antiterror tədbirləri

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun növbəti erməni provokasiyalına cavab olaraq keçirdiyi lokal antiterror tədbirləri onun tam suveren hüququdur. Son günlər ərazilərimizdə olan qanunsuz hərbi birləşmələrin təxribatlarının və terror aktlarının davamlı xarakter almışdır. Azərbaycan dövlət

16 sentyabr
.

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:

16 sentyabr
.

"Səmərəli müzakirələri yüksək qiymətləndirirəm"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BƏƏ Milli Media Ofisinin sədri Abdullah Əlhamədə Ərəb Media Forumuna dəvətə görə təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə "X" sosia

16 sentyabr
.

Azərbaycanda İslam həmrəyliyi güclənməkdədir

Müasir dünyada baş verən sürətli geosiyasi dəyişikliklər, regional münaqişələr və artan gərginliklər beynəlxalq müstəvidə həmrəylik və qarşılıqlı dəstək prinsiplərini hər zamankından daha aktual edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2026-cı il tarixində Türk Dövlətlər

16 sentyabr
.

Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI

Auditorlar Palatasının üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palatasının aşağıdak

16 sentyabr
.

Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Şanlı Qələbədən sonra 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, ölkəmiz 30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuq işlərinə başladı və bu ərazilərdən didərgi

16 sentyabr