Azərbaycanı Qırğızıstanla əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir

Azərbaycanı Qırğızıstanla əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirirAzərbaycanın xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir, Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Bu baxımdan Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur.
Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcu dolub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. Ötən dövr ərzində bu iki dost və qardaş dövlət və onların təmsilçiləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO, Şanxay təşkilatı çərçivəsində həmişə bir-birini dəstəkləyib. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddətinin uzadılmasında Qırğızıstanın bir mənalı olaraq açıq dəstək verməsi də məhz bu məntiqə əsaslanır.
Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.
Qeyd etmək lazımdır ki, 2022-ci ilin oktyabrında Prezident İlham Əliyev Qırğızıstana ilk dövlət səfərini etdi. Səfər zamanı iki ölkə arasında bir sıra sənədlər, o cümlədən Müştərək İnkişaf Fondunun yaradılması ilə bağlı Saziş imzalandı. Dövlətimizin başçısı, həmçinin Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı "Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksi" ümumtəhsil müəssisəsinin, Nizami Gəncəvi adına 103 saylı orta təhsil məktəbinin açılış mərasimlərində iştirak edib.
2024-cü il aprelin 24-25-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri əlaqələrin daha da inkişafına öz təsirini göstərdi. Səfər çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət üzrə bir çox məsələləri müzakirə edilib. İnvestisiya sahəsində əməkdaşlığın perspektiv məsələləri - müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Səfər çərçivəsində Azərbaycan və Qırğızıstan prezidentləri Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər. Daha sonra Füzuli və Ağdam rayonlarına gəlib, Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Ağdam rayonunda məktəbin tikintisi Qırğızıstanın münaqişələrdən zərər çəkmiş regionlarda sülhün bərpa olunmasına töhfəsidir. Onu da qeyd edək ki, Qırğızıstan tərəfi azad olunmuş ərazilərdəki yaylaqlar üçün Azərbaycana 225 baş yak hədiyyə edib.
Azərbaycan və Qırğızıstan arasında indiyədək 105 sənəd imzalanıb. Bunlardan ən mühümü Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın əsasını qoyan "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə"dir. Baza mexanizmi kimi yaradılan Dövlətlərarası Şuranın 1-ci iclası 2022-ci ildə Bişkekdə, 2-ci iclası isə 2024-cü ildə Bakıda keçirilib.
Son illərdə Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlıq nəzərəçarpacaq dərəcədə genişlənib. Bu il iyulun 1-nə Azərbaycanda kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, nəqliyyat, xidmət sektorlarında Qırğızıstan investisiyalı 97 kommersiya qurumu qeydiyyatdadır, onlardan 39-nun fəaliyyəti aktivdir. İndiyədək Azərbaycandan Qırğızıstana birbaşa investisiya axınlarının həcmi 68,8 milyon dollar təşkil edir. Qırğızıstandan isə Azərbaycana birbaşa investisiya 25,2 milyon dollardır və bu, əsasən qeyri-neft-qaz sektorunun payına düşür.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 29 milyon ABŞ dolları olub. Yarım ildə Azərbaycandan Qırğızıstana 25,5 milyon dollarlıq məhsul ixrac olunub, Qırğızıstandan ölkəmizə isə 3,4 milyon dollarlıq məhsul idxal edilib. Keçən il isə iki ölkə arasında ticarət dövriyyəsi 77,1 milyon dollardan çox olub.
Biznes təşəbbüslərinin dəstəklənməsi və birgə investisiya layihələrinin həyata keçirilməsində əsas mexanizm kimi Azərbaycan-Qırğız İnkişaf Fondu çıxış edir. Sahibkarların artan tələbatını qarşılamaq üçün bu il nizamnamə kapitalı 200 milyon dollara çatdırılan Fond tərəfindən artıq ümumi dəyəri 52,7 milyon dollar olan strateji layihələr maliyyələşdirilib və hazırda daha 10-a yaxın müraciətə baxılır.
Ölkələrin nəqliyyat-logistika sektoru da sürətlə inkişaf edir. Tərəflər "Şərq-Qərb" Beynəlxalq Nəqliyyat Dəhlizi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və "Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa" multimodal marşrutu üzrə yükdaşımaları fəal şəkildə həyata keçirirlər.
Nəqliyyat əlaqələri genişlənir, AZAL tərəfindən Bakı-Bişkek marşrutu üzrə həftədə 4 müntəzəm, Bakı-İssık-Kul xətti üzrə isə mövsümi reyslərin yerinə yetirilməsi işgüzar və turizm əlaqələrinin daha da canlanmasına xidmət edir.
Azərbaycan və Qırğızıstan münasibətlərində yeni tarixi mərhələ iyul ayının 30-da Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri ilə başlayır. Avqustun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovla təkbətək görüşü keçirilib, daha sonra iki dövlət başçılarının iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib. Daha sonra Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iki dövlət başçılarının iştirakı ilə mübadiləsi mərasimi olub. Dövlət başçıları "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı"nı və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalayıblar.
Şuranın iclasında çıxış edən dövlətimizin başçısı ilk növbədə Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib. Prezident İlham Əliyev deyib: "Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər".
Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib. Öz çıxışında dövlətimizin başçısı vurğulayıb: "Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir. Bu yaxınlarda keçirilən Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi".
Dövlətlərarası Şuranın 3-cü iclasında Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub. Dövlətimizin başçısı Fondun inkişafının layihələrin sayının artacağına, ortaq məqsədlərimizə xidmət edəcəyinə əmin olduğunu bildirib. Prezident İlham Əliyev iclas Azərbaycan və Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsini bildirib. "Bu, qarışıqlı fəaliyyətin ən yüksək səviyyəsidir", - deyə dövlətimizin başçısı vurğulayıb.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib ki, Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir və regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır.
"Qırğızıstanda sizi qardaş Azərbaycanın lideri və qırğız xalqının əziz dostu kimi böyük hörmətlə qarşılayırlar. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu gün ölkə təsirli nəticələr nümayiş etdirir, genişmiqyaslı islahatları ardıcıl şəkildə həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir", - deyə Japarov bildirib.
Qırğızıstan Prezidenti qeyd edib ki, Azərbaycanın müasir nailiyyətləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulub: "Bu quruculuq yolu davam etdirilir. Siz ölkənin bundan sonrakı inkişafını təmin edir, onun regional və beynəlxalq proseslərdə rolunun daha da möhkəmlənməsinə nail olursunuz".
İki ölkə arasında münasibətlərin dünəninə və bugününə qısa baxış bu ümumiləşdirməyə əsas verir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Prezident İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün mühüm addımların atılmasına şərait yaradacaq. İmzalanan sənədlər, Azərbaycan və Qırğızıstan prezidentlərinin çıxışlarında səsləndirilən çağırışlar hər iki tərəfin əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyir.
İkitərəfli Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişaf dinamikası müxtəlif sahələri əhatə edir ki, bu da əlaqələrinin daha da dərinləşməsinə və siyasi münasibətlərin gücləndirilməsinə öz töhfəsini verir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycanı Qırğızıstanla əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 442   Tarix: 31 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur

2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərində

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr