Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOİyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Qırğızıstan Prezidenti bəyanatla çıxış edib.

Prezident Sadır Japarovun bəyanatı:

- Hörmətli İlham Heydər oğlu.

Hörmətli media nümayəndələri.

Bu gün Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlunu və Azərbaycan nümayəndə heyətinin üzvlərini qonaqpərvər Qırğız torpağında böyük məmnunluqla salamlayırıq.

Qırğız Respublikasına dövlət səfəri ilə bağlı dəvətimi qəbul etdiyinizə görə Sizə minnətdaram.

Əminəm ki, bu səfər qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcək. Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir. Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır.

Biz cənab Prezidentlə Qırğızıstan-Azərbaycan əməkdaşlığına dair məsələlərin bütün kompleksi üzrə ətraflı və etimada əsaslanan danışıqlar apardıq. Bizim sədrliyimiz ilə Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi və Qərar imzalandı. Şuranın qərarlarının həyata keçirilməsinə dair informasiyanı dinlədik və birgə təşəbbüslərin yerinə yetirilməsinin gedişatını, o cümlədən Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyətini müzakirə etdik.

İkitərəfli qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini nəzərdən keçirdik və tərəfdaşlığımızın inkişafına dair yeni addımları müəyyən etdik. Bugünkü danışıqların mühüm yekunu müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması oldu. Bu tarixi hadisə, həqiqətən də Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsinin əsasını qoyur. Bundan başqa, energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarının tənzimlənməsini, həmçinin qiymətli metalların dövriyyəsini əhatə edən ikitərəfli sənədlərdən ibarət sanballı zərf imzalanıb. Qarşılıqlı iqtisadi-ticari fəaliyyətin davamlı inkişafını və əmtəə dövriyyəsinin dayanıqlı artımını qeyd etdik. Gələcəkdə də işgüzar əlaqələrin genişlənməsi, müştərək investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmasına dair razılıq əldə etdik. Bu gün Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyəti çərçivəsində üç birgə layihənin açılışı oldu və səkkiz təşəbbüsün həyata keçirilməsinə start verildi.

Nəqliyyat dəhlizlərinin inkişafı və ölkələrimizin tranzit potensialından səmərəli istifadə edilməsi məsələlərinə xüsusi diqqət yetirdik. Azərbaycanın Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin əsas bəndi kimi mühüm rolunu qeyd etdik. Həmçinin energetika sahəsində perspektivli istiqamətləri və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etdik. Bu gün İssık-Kul gölü sahilində Azərbaycanın inşa etdiyi ilk beşulduzlu hotelin təntənəli açılışı olacaq.

Əminəm ki, bu layihə xalqlarımız arasında möhkəm dostluğun daha bir rəmzi olacaq və turizm potensialının inkişafına mühüm töhfə verəcək.

Beynəlxalq təşkilatlar çərçivəsində bizim səmərəli qarşılıqlı fəaliyyətimizi xüsusi qeyd etmək istərdim. Hörmətli İlham Heydər oğlunu VI Ümumdünya Köçəri Oyunlarının təntənəli açılış mərasimində, "ŞƏT+" Sammitində, həmçinin 2027-ci il oktyabrın 21-23-də keçiriləcək "Bişkek+25" ikinci Qlobal Dağ Sammitində iştiraka dəvət etdim.

Çıxışımın sonunda bugünkü danışıqların yekunları ilə bağlı məmnunluğumu ifadə etmək istərdim.

Hörmətli İlham Heydər oğlu, məzmunlu fikir mübadiləsinə, Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişafına şəxsi diqqətinizə və xalqlarımız arasında dostluğun möhkəmlənməsinə daimi sadiqliyinizə görə Sizə minnətdaram. Əldə olunan razılaşmalar Qırğızıstanın və Azərbaycanın müttəfiqlik münasibətlərinin gələcəkdə də dərinləşməsinə qarşılıqlı səyləri təsdiqləyir.

Diqqətinizə görə təşəkkür edirəm.

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı:

- Hörmətli Sadır Nurqojoyeviç.

Əziz dostlar.

Hörmətli cənab Prezident, əvvəlcə, Qırğızıstana dövlət səfərinə dəvət etdiyinizə, mənə qardaş Qırğızıstan torpağında göstərilən ənənəvi qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu gün biz Sizinlə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik.

Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik.

Siz qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək.

Bu gün biz birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Əminəm ki, bu da son hədd deyil, çünki fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir.

Həmçinin bu gün həmkarlarımızla bizim birgə qərarımız olan "Bakı" hotelinin açılışında da iştirak edəcəyik. Biz çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilib və "Bakı" adını daşıyır.

Biz, həmçinin Qarabağın bərpasına göstərilən kömək üçün daim minnətdarlığımızı ifadə edirik. Sizinlə birlikdə Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin açılışında iştirak etdik. Bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu.

Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir. Biz Sizinlə, həmçinin Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışını etdik. Bu yerlər, həmçinin Çingiz Aytmatovun həyatı və fəaliyyəti ilə bağlıdır. Bu gün görüş keçirdiyimiz ev də onunla bağlıdır və divarlarda onun portreti var. Bütün bunlar bizim bir-birimizə yaxınlaşmaq səylərimizi nümayiş etdirir.

Bir neçə il əvvəl Sizinlə birlikdə Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının açılışını da unutmayacağam. Bu park da birgə əməkdaşlığımızın paytaxtdakı kiçik guşəsidir.

Bu gün bizim danışdığımız humanitar əlaqələr - Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günləri müsbət ab-hava yaradır, ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir.

Həmçinin Sizə, Mərkəzi Asiya ölkələrinin digər prezidentlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə təşəkkürümü bildirmək istərdim. Hazırda o, "Mərkəzi Asiyanın və Azərbaycanın dövlət liderlərinin görüşü" adlanır. Növbəti görüş bir müddətdən sonra keçiriləcək. Belə xoş münasibətə və bu yüksək mükafata görə bir daha təşəkkürümü bildirirəm.

Öz tərəfimdən Sizi uyğun hesab etdiyiniz vaxtda Azərbaycana yenidən dövlət səfərinə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

09:45

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

Sonxeber.az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

09:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər.

Sonxeber.az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOAzərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOAzərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOAzərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 199   Tarix: 31 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "23 İyul - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün Misir xalqını öz adımdan və Azərbaycan xalq

23 iyul
.

Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxış edən dövlətimizin başçısı deyib:. "Qarabağın bərpasında köməy

31 iyul
.

"Azərbaycan regionun ən sabit və etibarlı dövləti kimi çıxış edir" - DEPUTAT

"2026-cı il iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına etdiyi rəsmi səfər iki ölkə arasında münasibətlərin inkişaf tarixində yeni mərhələnin əsasını qoyan mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksə

24 iyul
.

Prezident İlham Əliyev Qırğızıstanda dövlət səfərindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gedib. AZƏRTAC-a istinadən xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinc

30 iyul
.

İlham Əliyev Türkiyədəki səfirimizi geri çağırdı - YENİ TƏYİNAT

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Digər sərəncamla Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətl

24 iyul
.

"Müasir dövrdə Azərbaycan dilinin qarşısında yeni çağırışlar var" - AÇIQLAMA

"Dil, ilk növbədə, insanların bir-biri ilə ünsiyyət vasitəsi olmaqla yanaşı, xalqın düşüncə tərzini, dünyagörüşünü, tarixi yaddaşını və milli-mənəvi dəyərlərini özündə yaşadan böyük ictimai sərvətdir. İnsan öz fikrini, hisslərini və dünyaya münasibətini dil vasitəsilə ifadə edir. Xalqı xalq edən

30 iyul
.

Sadır Japarov: "Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb"

"Qırğızıstan və Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident Sadır Japarov Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib. Qırğızıstan dövlətinin başçısı qeyd edib

31 iyul
.

İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"

Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxış edən dövlətimizin başçısı vurğulayıb:. "Mən, həmçini

31 iyul
.

Prezident Mərakeş kralını təbrik edib

Prezident İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Əlahəzrət,. Əziz Qardaşım,. Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmim

30 iyul