2006-cı ildən əvvəl işləyənlərin nəzərinə: Pensiya ilə bağlı VACİB AÇIQLAMA

2006-cı ildən əvvəl işləyənlərin nəzərinə: Pensiya ilə bağlı VACİB AÇIQLAMAAzərbaycanda pensiya yaşına yaxınlaşan minlərlə vətəndaşı düşündürən əsas məsələlərdən biri də 2006-cı ildən əvvəlki əmək stajının gələcək pensiyanın hesablanmasına necə təsir etməsidir. Cəmiyyətdə həmin dövrdə fərdi pensiya hesabları olmadığı üçün iş stajının nəzərə alınmadığı ilə bağlı yanlış təsəvvürlər də mövcuddur.

Bəs 2006-cı ildən əvvəl qazanılan əmək stajı pensiya kapitalına necə çevrilir və gələcək pensiyanın məbləğinin formalaşmasında hansı rolu oynayır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssisi Asif İbrahimov bildirib ki, 2006-cı ildən əvvəlki əmək fəaliyyəti heç bir halda itirilmiş hesab edilmir və qanunvericiliklə qorunur.

"Azərbaycanda 2006-cı il yanvarın 1-dən etibarən sığorta prinsiplərinə əsaslanan yeni pensiya sistemi tətbiq edilir. Həmin tarixdən sonra işçilərin əməkhaqqından ödənilən məcburi dövlət sosial sığorta haqları onların fərdi şəxsi hesabında pensiya kapitalı kimi toplanır və gələcək pensiyanın əsasını məhz bu vəsait təşkil edir.

2006-cı il yanvarın 1-dək olan hər tam iş ili üçün vətəndaşın fərdi hesabına 306 manat şərti pensiya kapitalı hesablanır. Tam olmayan illər isə işlənmiş ayların sayına uyğun proporsional qaydada nəzərə alınır."

Asif İbrahimovun sözlərinə görə, məsələn, 20 il iş stajı olan şəxsin hesabına 6 120 manat, 25 il stajı olan şəxsin hesabına 7 650 manat, 30 il iş stajı olan şəxsin hesabına isə 9 180 manat ilkin pensiya kapitalı yazılır.

Ekspert vurğulayıb ki, bu məbləğ son nəticə deyil:

"Bir çoxları düşünür ki, məsələn, 30 il işləyən şəxsin hesabına cəmi 9 min manat yazılır və bununla proses başa çatır. Əslində isə bu, yalnız başlanğıc kapitaldır. Sonrakı illərdə həmin məbləğ qanunvericiliyə uyğun olaraq indeksləşdirilir. İnflyasiya, orta aylıq əməkhaqqının artımı və digər iqtisadi göstəricilər nəzərə alınmaqla pensiya kapitalı artırılır və beləliklə də vətəndaşın pensiya hüququ öz real dəyərini qoruyur."

Mütəxəssis bildirib ki, əmək pensiyasının məbləği iki əsas mənbə əsasında formalaşır.

"Bunlardan biri 2006-cı ildən əvvəlki iş stajına görə hesablanmış və sonradan indeksləşdirilmiş pensiya kapitalı, digəri isə 2006-cı ildən sonra ödənilən məcburi dövlət sosial sığorta haqları hesabına toplanan fərdi pensiya kapitalıdır.

Bu iki kapital birləşdirildikdən sonra qanunvericilikdə müəyyən olunmuş metodologiya əsasında aylıq əmək pensiyası hesablanır".

Asif İbrahimov vurğulayıb ki, hazırkı pensiya sistemi klassik sosial təminat modelindən fərqli olaraq sığorta prinsipinə əsaslanır və gələcək pensiyanın məbləği birbaşa rəsmi əməkhaqqı və ödənilən sosial sığorta haqlarından asılıdır.

"Yalnız uzun iş stajı yüksək pensiya almaq üçün kifayət etmir. Əgər əməkhaqqı aşağı məbləğdə rəsmiləşdirilibsə və ya sosial sığorta haqları minimum əməkhaqqı üzərindən ödənilibsə, toplanan pensiya kapitalı da aşağı olacaq. Buna görə də qeyri-rəsmi məşğulluq gələcək pensiya təminatı üçün ən ciddi risklərdən biridir.

Əməkhaqqının bir hissəsinin qeyri-rəsmi ödənilməsi qısamüddətli dövrdə üstünlük kimi görünsə də, uzunmüddətli perspektivdə vətəndaşın pensiya kapitalını azaldır və gələcəkdə daha aşağı pensiya almasına səbəb olur.

2006-cı ildən əvvəl uzun illər rəsmi işləyən şəxslərin narahat olmasına əsas yoxdur. Həmin dövr üzrə qazanılmış əmək hüquqları dövlət tərəfindən qorunur və pensiya kapitalına çevrilərək gələcək pensiyanın hesablanmasında nəzərə alınır".

Sonda Asif İbrahimov vətəndaşlara fərdi sığorta hesablarını mütəmadi yoxlamağı, əmək münasibətlərini rəsmiləşdirməyi və işəgötürənin sosial sığorta haqlarını tam həcmdə ödədiyinə əmin olmağı tövsiyə edib.

Onun fikrincə, gələcəkdə yüksək pensiya almağın əsas şərti yalnız keçmiş iş stajı deyil, həm də bu gündən etibarən rəsmi məşğulluğun davam etdirilməsi, real əməkhaqqının rəsmiləşdirilməsi və sosial sığorta ödənişlərinin tam həcmdə həyata keçirilməsidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 756   Tarix: 02 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Göylər kəndindən 3 qız Hərbi İnstituta qəbul olunub - Fotolar

Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər. "Qafqazinfo"

15 sentyabr
.

"Anam mənə çoxlu kitab alıb, hamısını oxuyacağam" - Şəhidin 6 yaşlı oğlu - Video

2020-ci ildə - Zəfər ilində doğulmuş şəhid övladları da bu gün birincə sinfə qədəm qoyurlar. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Təhsil TV" videoçarx hazırlayıb. Videoda Suqovuşanın Talış kəndində qəhrəmancasına şəhid olan Cahid Qəniyevin oğlu Fərid Qənizadənin ilk dərs günü lent

15 sentyabr
.

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında 3 illik memorandum imzalandı

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında əməkdaşlığın yeni mərhələsini müəyyən edən 3 illik memorandum imzalanıb. xəbər verir ki, memorandumun əsas məqsədi təhsil və psixoloji xidmətlər sahəsində əməkdaşlığın genişləndirilməsi, tələbə və gənclərin psixoloj

16 sentyabr
.

Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama

Bakıda 264 nömrəli məktəb-liseyin XI sinif şagirdlərinin sinif otağında elektron siqaretdən istifadə etməsi və həmin anların sosial şəbəkədə canlı yayımlanması ilə bağlı polis tərəfindən profilaktik tədbirlər görülüb. Bu barədə -ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini

16 sentyabr
.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

Azərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA

Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda

16 sentyabr
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr
.

"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

"Bakcell" abunəçilərinə internetdən rahat və çevik istifadə imkanı yaradan Wi-Fi internet paketlərini təqdim edir. Belə ki, "Bakcell"dən Wi-Fi modemini əldə edən abunəçilərə seçdikləri internet paketinin ilk abunəliyi çərçivəsində 100 GB-dək internet pulsuz təqdim olunur. Fərqli interne

15 sentyabr
.

Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir. AZƏRTAC xəbər verir ki, "Türk Dövlətləri Təşkilat

16 sentyabr