Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: LƏĞV OLUNA BİLƏR...
Bir çox hallarda sürücülər şəxsi avtomobillərini idarə etmək üçün başqa şəxslərə uzunmüddətli etibarnamə verirlər. Lakin sonradan müxtəlif səbəblərdən müəyyən problemlər yarana bilər və etibarnamənin ləğv edilməsi zərurəti ortaya çıxar.
Bəs şəxs öz nəqliyyat vasitəsini başqa birinə etibarnamə ilə veribsə, sonradan həmin etibarnaməni istədiyi vaxt ləğv edə bilərmi?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Razil Nağıyev qeyd edib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər.
Onun sözlərinə görə, həmçinin etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər: "Bu norma onu göstərir ki, etibarnamə verən şəxs onu istənilən vaxt, heç bir səbəb göstərmədən ləğv etmək hüququna malikdir. Etibarnamənin 3 il, 5 il və ya daha uzun müddətə verilməsi bu hüququ məhdudlaşdırmır. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Etibarnaməni ləğv etmək üçün avtomobil sahibi şəxsiyyət vəsiqəsi ilə istənilən notariat ofisinə və ya ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən notariat xidmətinə müraciət edə bilər. Etibarnamənin ləğvi notariat qaydasında rəsmiləşdirildikdən sonra o, hüquqi qüvvəsini itirmiş hesab olunur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Sabah bu ərazilərdə qaz olmayacaq
Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Əfsanəvi boksçu doğum günündə öldü: 3 oğlunu və arvadını faciəli şəkildəitirmişdi
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Beş nəfərin yanaraq öldüyü dəhşətli qəzada yaralanan şəxs də VƏFAT ETDİ - FOTO
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bakıda yeniyetmənin müəmmalı ölümündə "Roblox" izi - Baş Prokurorluqdan çağırış
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video