İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərinə Qırğızıstanın töhfəsi

İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərinə Qırğızıstanın töhfəsiAzərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovla təkbətək görüşü, daha sonra iki dövlət başçılarının iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilirb. Daha sonra Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iki dövlət başçılarının iştirakı ilə mübadiləsi mərasimi olub. Dövlət başçıları "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı"nı və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalayıblar.

İki ölkə arasında münasibətlərdə diqqətçəkən əsas məqamlardan biri qırğız tərəfinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirakına verilən yüksək qiymətdir. Xüsusilə Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisi iki ölkə arasında dostluq və həmrəyliyin praktik ifadəsi kimi dəyərləndirilir. Bu layihə təkcə sosial infrastrukturun inkişafına deyil, həm də qardaş ölkələrin xalqları arasında humanitar bağların daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri zamanı keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında qırğız tərəfdaşların və sərmayəçilərin Azərbaycanın azad edilmiş ərazilərində infrastruktur layihələrinin həyata keçirilməsində, xüsusilə Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisində iştirakı yüksək qiymətləndirilib.
Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisinin xüsusi qeyd olunması təkcə həyata keçirilən sosial layihəyə verilən qiymət deyil. Bu, eyni zamanda, Türk dünyasında qarşılıqlı həmrəyliyin və qardaşlığın real ifadəsi kimi dəyərləndirilir. Müasir standartlara uyğun inşa olunan məktəb bölgənin təhsil infrastrukturunun inkişafına mühüm töhfə verməklə yanaşı, iki xalq arasında dostluğun gələcək nəsillərə ötürülməsinin də rəmzinə çevrilir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrinə dost ölkələrin qoşulması həmin ərazilərin beynəlxalq əməkdaşlıq platformasına çevrildiyini də göstərir.
İyulun 31-də Çolpon-Ata şəhərində Şuranın iclasında çıxış edən dövlətimizin başçısı ilk növbədə Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib. Prezident İlham Əliyev deyib: "Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər".
Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib. Şuranın iclasında çıxış edən dövlətimizin başçısı vurğulayıb: "Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir. Bu yaxınlarda keçirilən Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi".
Prezident İlham Əliyev iclasda Azərbaycan və Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsini bildirib. "Bu, qarışıqlı fəaliyyətin ən yüksək səviyyəsidir", - deyə dövlətimizin başçısı vurğulayıb.
Qırğızıstan Prezident Sadır Japarov Şuranın iclasında bildirib ki, Qırğızıstan və Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir. Qırğızıstan dövlətinin başçısı qeyd edib: "Bizim dəyərlərimiz öz əksini iki xalqın zəngin mədəni irsində tapıb. Dahi Nizami Gəncəvi dediyi kimi: "Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir". Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazınıb".
Bu gün Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur. Qırğızıstanın dövlət başçısı qeyd edib ki, bu əməkdaşlıq möhkəm dostluq və qarşılıqlı hörmət təməlinə əsaslanır. "Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək həll olunmamış heç bir məsələ yoxdur. Əksinə, tam etimad və açıqlıq mühiti yaranıb ki, bu da bizə inamla irəliləməyə imkan verir", - deyə o vurğulayıb.
İki ölkə başçısının mətbuata birgə bəyanatı zamanı Azərbaycan Prezidenti İlham Əliyev dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə qaldırıldığını bildirib. Dövlətimizin başçısı vurğulayıb: "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik".

Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 167   Tarix: 03 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan-Qırğızıstan münasibətlərinin gələcəyi möhkəm siyasi iradəyə və qarşılıqlı etimada söykənir" - DEPUTAT

"2026-cı il iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişaf salnaməsində xüsusi yer tutacaq mühüm siyasi hadisə kimi tarixə düşdü. Səfər çərçivəsində aparılan danışıqlar, imzalana

3 avqust
.

Kartdan-karta əməliyyatlara LİMİT QOYULDU - ANCAQ BU QƏDƏR...

Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. -a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən ölkədə kartla əməliyyatlara ("card-to-card") limitlər tətbiq edilib. Limitlər hə

2 avqust
.

Buzovnada dənizdə 3 nəfər batıb, 1-nin meyiti tapılıb

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfər batıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilər

3 avqust
.

Prezidentin sosial şəbəkə hesablarında Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib

Azərbaycan Prezidenti İlham Əliyev sosial media səhifələrində Xalq Şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib. Paylaşımda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikas

1 avqust
.

İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərinə Qırğızıstanın töhfəsi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovla təkbətək görüşü, daha sonra iki dövlət başçılarının iştirakı ilə Azərbaycan və Qırğızısta

3 avqust
.

Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni mərhələsi

Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Son illərd

3 avqust
.

Sabah çimərliklərdə suyun temperaturu 28 dərəcə olacaq

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, avqustun 3-də çimərliklərdə mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt

2 avqust
.

Namik Xıdırovun müşaviri vəzifəsindən AZAD EDİLDİ

Dövlət Reklam Agentliyinin tabeliyində fəaliyyət göstərən "İNNOVA" İnnovativ Reklamçılıq Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktorunun müşaviri vəzifəsindən azad edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Fərhad Adıgözəlovu

1 avqust
.

"Azərbaycan-Qırğızıstan arasındakı dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da güclənəcək" - DEPUTAT

"Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanat bundan sonra da iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə inkişaf edəcəyindən xəbər verir". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, müttəfiqlik münasibətlər

3 avqust