Azərbaycan - Qırğızıstan müttəfiqliyi Türk dünyasının strateji inteqrasiyasında yeni mərhələ açır

Azərbaycan - Qırğızıstan müttəfiqliyi Türk dünyasının strateji inteqrasiyasında yeni mərhələ açırMüasir dünyada milli dövlətlər, eləcə də onların təmsil olunduqları birliklər, təşkilatlar və ittifaqlar getdikcə daha böyük əhəmiyyət qazanır. Çünki köhnə dünya nizamı artıq öz yerini yeni geosiyasi düzənə verir. Formalaşmaqda olan bu yeni sistemdə həm ayrı-ayrı dövlətlər, həm də onların daxil olduqları regional platformalar beynəlxalq münasibətlərdə daha fəal mövqe tutmağa çalışırlar.

Məhz bu baxımdan Türk Dövlətləri Təşkilatının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu il Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsinin beşinci ildönümüdür. Eyni zamanda, təşkilatın bugünkü inkişaf mərhələsinə güclü təkan verən Şuşa Bəyannaməsinin imzalanmasının da beş ili tamam olur. Həm Şuşa Bəyannaməsinin iimzalanmasında, həm də Türk Dövlətləri Təşkilatının bugünkü nüfuzunun formalaşmasında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin müstəsna rolu var.

Həmin Zəfər təkcə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını təmin etmədi, həm də Türk dünyasında yeni siyasi dinamika yaratdı. Bu Qələbə Türk dövlətləri arasında yaxınlaşmanı sürətləndirdi, inteqrasiya proseslərinə yeni impuls verdi və ortaq strateji baxışın formalaşmasını sürətləndirdi. Bu gün bunun konkret nəticələrini görürük.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri də məhz bu geosiyasi proseslərin davamı kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində imzalanan sənədlər və verilən mesajlar uzun müddət regional siyasətin əsas müzakirə mövzularından biri olacaq. Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında "Müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanmasıdır. Qırğızıstan Prezidenti Sadır Japarov sənədi danışıqların ən mühüm nəticəsi adlandıraraq bunun Qırğızıstan-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı olan tarixi hadisə olduğunu vurğulayıb.

Bu müqavilə mahiyyət etibarilə Şuşa Bəyannaməsinin yaratdığı strateji xəttin məntiqi davamıdır. Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirməklə kifayətlənmədi. O, bütün Türk dünyasında yeni əməkdaşlıq modelinin əsasını qoydu və qardaş dövlətlər arasında oxşar strateji sənədlərin imzalanmasını təşviq etdi. Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik sənədinin imzalanması da həmin prosesin növbəti mühüm mərhələsidir.

Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi koordinasiyanın gücləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin inkişafı və qarşılıqlı ticarətin artırılması istiqamətində fəal əməkdaşlıq edirlər. Hər iki ölkənin Türk dünyasının daha sıx inteqrasiyasına yönəlmiş baxışları üst-üstə düşür.

Onun sözlərinə görə, son illərdə təşkilat daxilində iqtisadi inteqrasiya, nəqliyyat əlaqələrinin genişləndirilməsi, Orta Dəhlizin inkişafı və birgə layihələrin həyata keçirilməsi istiqamətində ciddi irəliləyiş əldə olunub. Azərbaycan və Qırğızıstanın bu proseslərdə fəal iştirakı Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

Dövlət başçılarının qarşılıqlı səfərləri və qəbul olunan strateji qərarlar təkcə ikitərəfli münasibətləri möhkəmləndirmir, həm də Türk dünyasında siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın və ortaq strateji mövqenin güclənməsinə xidmət edir. Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin qurulması da bu baxımdan Türk Dövlətləri Təşkilatında inteqrasiyanı daha da dərinləşdirəcək mühüm tarixi addımlardan biridir.

Nadir Azəri - "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi 


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 266   Tarix: 03 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA

Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il

19 sentyabr
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb

19 sentyabr