Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığı yeni mərhələdə

Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığı yeni mərhələdəAzərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının inkişafında yeni mərhələnin başlanğıcı kimi də xarakterizə olunur. Sözsüz ki, ölkəmizin başçısının Qırğız Respublikasına dövlət səfərinə dövlət səfəri Azərbaycan ilə Qırğızıstan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi və Türk dünyasında inteqrasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin səfəri çərçivəsində yüksək səviyyəli rəsmi qarşılanması iki ölkə arasında mövcud olan qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Dövlət səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib. Görüşlərdə Azərbaycan-Qırğızıstan münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətraflı müzakirə olunub. Tərəflər siyasi əlaqələrin dinamik inkişafından məmnunluqlarını ifadə edərək, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıblar.

Danışıqlar zamanı ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil, elm, mədəniyyət, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Həmçinin regional nəqliyyat dəhlizlərinin inkişafı, beynəlxalq yükdaşımalarının səmərəliliyinin artırılması və Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunmasının vacibliyi qeyd edilib.

Görüşlərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı da əsas müzakirə mövzularından biri olub. Prezident İlham Əliyev Türk dünyasının birliyinin möhkəmləndirilməsinin, ortaq dəyərlərin qorunmasının və üzv dövlətlər arasında iqtisadi, siyasi və humanitar əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə həyata keçirilən birgə layihələrin regionun inkişafına və sabitliyinə mühüm töhfə verdiyi bildirilib.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd edərək, regional və qlobal məsələlər üzrə mövqelərin yaxın olduğunu diqqətə çatdırıblar. Azərbaycanın və Qırğızıstanın suverenlik, ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqelərinin qarşılıqlı şəkildə dəstəkləndiyi bir daha ifadə olunub.

Azərbaycan-Qırğızıstan münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Tarixi, mədəni və mənəvi bağlara söykənən əlaqələr bu gün qarşılıqlı etimad, siyasi iradə və ortaq strateji maraqlar əsasında formalaşan müttəfiqlik münasibətlərinə çevrilib. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri isə bu inkişafın məntiqi davamı olmaqla yanaşı, iki qardaş ölkə arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcını təşkil edir.
Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. İkitərəfli əlaqələrin möhkəm təməli isə Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə Qırğızıstana səfəri zamanı qoyulub. Sonrakı dövrdə hər iki ölkədə səfirliklərin fəaliyyətə başlaması, qarşılıqlı səfərlərin intensivləşməsi və hüquqi bazanın genişlənməsi münasibətlərin davamlı inkişafını təmin edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətdə Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu siyasət nəticəsində Qırğızıstan ilə əlaqələr son illərdə xüsusilə sürətlə inkişaf edib. Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov arasında formalaşan yüksək etimada əsaslanan münasibətlər siyasi dialoqun intensivləşməsində həlledici rol oynayıb. Son illər ərzində həyata keçirilən çoxsaylı qarşılıqlı dövlət və rəsmi səfərlər iki ölkənin strateji tərəfdaşlığa verdiyi önəmin göstəricisidir.

Bu günə qədər Azərbaycan ilə Qırğızıstan arasında 100-dən artıq ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında "Strateji tərəfdaşlıq haqqında Bəyannamə" xüsusi əhəmiyyət daşıyır. Hazırda tərəflər münasibətləri daha yüksək mərhələyə - müttəfiqlik səviyyəsinə yüksəltmək istiqamətində ardıcıl addımlar atırlar. Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması iki ölkənin siyasi münasibətlərində yeni tarixi mərhələnin başlanğıcı hesab olunur.
Sözsüz ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının genişlənməsi ölkəmizin artan beynəlxalq nüfuzunun mühüm göstəricilərindən biridir. İkinci Qarabağ müharibəsində əldə olunan Zəfərdən sonra Azərbaycanın geosiyasi mövqeyi daha da güclənib və ölkəmiz regionlararası əməkdaşlığın əsas iştirakçılarından birinə çevrilib. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində iştirakı və Azərbaycanın bu platformada fəal rol alması ölkəmizin region üçün strateji əhəmiyyətini daha da artırır.

Azərbaycan ilə Qırğızıstan arasında humanitar əməkdaşlıq da münasibətlərin mühüm sütunlarından biridir. Hər iki ölkədə keçirilən Mədəniyyət Günləri, qarşılıqlı mədəni layihələr və ortaq tarixi irsin təbliği xalqlar arasında dostluq münasibətlərini daha da möhkəmləndirir. Bakıda böyük qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin ucaldılması, Bişkekdə isə Heydər Əliyevin adını daşıyan təhsil müəssisəsinin fəaliyyət göstərməsi bu əməkdaşlığın rəmzi nümunələridir.

Qırğızıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək xüsusi minnətdarlıq doğurur. Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstanın maliyyə dəstəyi ilə inşa edilən Ayköl Manas adına tam orta məktəb iki ölkə arasında dostluğun və qardaşlığın simvoluna çevrilib. Bu layihə təkcə təhsil sahəsinə deyil, həm də xalqlar arasında mənəvi yaxınlığın möhkəmləndirilməsinə xidmət edir.
Beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycan və Qırğızıstan vahid mövqedən çıxış edirlər. Türk Dövlətləri Təşkilatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstək iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirir. Türk dünyasının birliyinin möhkəmləndirilməsi, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətində həyata keçirilən birgə təşəbbüslər münasibətlərin gələcək inkişafı üçün geniş perspektivlər açır.

Bu gün Azərbaycan və Qırğızıstan qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan münasibətlər modeli formalaşdırıblar. Siyasi dialoq, iqtisadi inteqrasiya, nəqliyyat-logistika əməkdaşlığı, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı dəstək iki qardaş ölkənin strateji tərəfdaşlığının uzunmüddətli və davamlı xarakter daşıdığını təsdiqləyir. Prezident İlham Əliyevin dövlət səfəri isə bu münasibətləri yeni məzmunla zənginləşdirərək gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 314   Tarix: 03 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA

Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il

19 sentyabr
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb

19 sentyabr