Azərbaycan-Qırğızıstan münasibətləri yeni strateji mərhələyə yüksəlib

Azərbaycan-Qırğızıstan münasibətləri yeni strateji mərhələyə yüksəlibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında münasibətlərin yeni strateji mərhələyə yüksəlməsində mühüm rol oynayır. Bunu imzalanan sənədlər, qəbul edilən qərarlar və dövlət başçılarının verdiyi mesajlar da aydın şəkildə təsdiqləyir.

Iyulin 31-də Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarovla keçirdiyi təkbətək görüş və daha sonra baş tutan Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirib.

Prezident İlham Əliyevin "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir". "Bu, qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir" fikri iki ölkənin gələcək əməkdaşlığının əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi bəyanatdır. Səfər çərçivəsində "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirərək tərəflər arasında strateji əməkdaşlığı yeni müstəviyə çıxarıb. Bununla yanaşı, Dövlətlərarası Şuranın üçüncü iclasının qərarı və Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyəti ilə bağlı əlavə saziş iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Görüşlər zamanı Qarabağın bərpası məsələsinin xüsusi diqqət mərkəzində olması da diqqətçəkən məqamlardandır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Qırğızıstana göstərdiyi dəstəyə görə təşəkkür etməsi və Ağdamda Qırğızıstanın dəstəyi ilə inşa edilən, "Manas" adını daşıyan məktəbi qardaşlığın rəmzi kimi dəyərləndirməsi iki xalq arasında münasibətlərin səmimiliyini və qarşılıqlı etimadı nümayiş etdirir.

Ölkə başçılarının bir-birini ali dövlət mükafatları ilə təltif etməsi də münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Qırğızıstan Prezidenti Sadır Japarovun Prezident İlham Əliyevi "Manas" ordeni ilə, Azərbaycan Prezidentinin isə Sadır Japarovu Heydər Əliyev ordeni ilə təltif etməsi qarşılıqlı hörmətin və siyasi etimadın ən yüksək ifadələrindən biridir.
Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib. Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxış edən dövlətimizin başçısı vurğulayıb: "Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir. Bu yaxınlarda keçirilən Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi".

Dövlətlərarası Şuranın 3-cü iclasında Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub. Dövlətimizin başçısı Fondun inkişafının layihələrin sayının artacağına, ortaq məqsədlərimizə xidmət edəcəyinə əmin olduğunu bildirib.

Səfərin ən önəmli nəticələrindən biri də regionlararası əməkdaşlığın genişləndirilməsidir. Şuşa ilə Çolpon-Ata, Qəbələ ilə Karakol, Gəncə ilə Oş şəhərləri arasında qardaşlaşma haqqında memorandumların imzalanması münasibətlərin təkcə dövlətlərarası deyil, həm də şəhərlər və xalqlar səviyyəsində daha da möhkəmlənməsinə xidmət edəcək.
Azərbaycan və Qırğızıstan arasında imzalanan sənədlər, verilən siyasi mesajlar və əldə olunan razılaşmalar göstərir ki, iki qardaş ölkə bundan sonra həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əməkdaşlığı daha da genişləndirəcək və müttəfiqlik münasibətlərini praktik müstəvidə daha da dərinləşdirəcək.

Türkan Cümşüdova - YAP üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 295   Tarix: 03 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA

Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il

19 sentyabr
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb

19 sentyabr