Ağdərədə mina partladı: İki nəfər xəsarət aldı
Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baș verib.
Bu barədə Sonxeber.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində o, sağ ayaq nahiyəsindən xəsarət alıb.
Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 397 Tarix: 03 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda aşkarlanan çox sayda ilan görüntülərinə AYDINLIQ GƏTİRİLDİ
Ağdamda qazıntı işləri zamanı aşkarlanan çox sayda ilan görüntülərinə aydınlıq gətirilib. Belə ki, Ağdamda eskavatorla qazıntı işləri aparılan zaman çox sayda ilanın aşkarlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı yayılan görüntülərdə ilanların gürzə olduğu iddia edilir
2 avqustTələbələri özəl universitetlərə köçürüləcək - Rəsmi
Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar sözügedən ali təhsil müəssisəsinin tələbələri ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, universitetin təhsi
3 avqustAzərbaycan-Qırğızıstan münasibətləri yeni strateji mərhələyə yüksəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında münasibətlərin yeni strateji mərhələyə yüksəlməsində mühüm rol oynayır. Bunu imzalanan sənədlər, qəbul edilən qərarlar və dövlət başçılarının verdiyi mesajlar da aydın şəkildə təsdiqləyir. Iyulin 31-də Çolpon-At
3 avqustGedişhaqqı artırılır? - Yeni vacib QƏRAR QƏBUL EDİLDİ
Nazirlər Kabineti ictimai nəqliyyatda məsafə əsaslı sərnişindaşıma xidmətinə görə daşıyıcılara subsidiyanın hesablanması və ödənilməsi qaydasını təsdiqləyib. Yeni mexanizm xidmətin dəyəri ilə gedişhaqqından toplanan vəsait arasındakı fərqin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutur. Bəs bu qəra
2 avqustAzərbaycanda nağdsız ödənişlərin həcmi 9,9 milyard manatı keçdi
Bu ilin iyun ayında Azərbaycanda nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 17.3 faiz artaraq 9 milyard 902 milyon manata çatıb. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu məbləğin 8 milyard 575 milyon manatı, yaxud 86.6 faizi elektron ticarətin payına düşüb. Məlumat
2 avqustAzərbaycan-Qırğızıstan strateji tərəfdaşlığı yeni mərhələdə
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının inkişafında yeni mərhələnin başlanğıcı kimi də xarakterizə olunur. Sözsüz ki, ölkəmizin başçısının Qırğız Respublikasına dövlət səfərinə dövlət səfəri Azərbaycan ilə Qırğızıstan arasınd
3 avqust