"Bu gün ölkəmiz artıq Cənubi Qafqazın aparıcı siyasi və iqtisadi aktorlarından biridir" - AÇIQLAMA
"Azərbaycanın dünya birliyinə inteqrasiyasının daha da gücləndirilməsi yalnız xarici siyasətin deyil, həm də dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Bu gün ölkəmiz artıq Cənubi Qafqazın aparıcı siyasi və iqtisadi aktorlarından biridir. Qarşıdakı mərhələdə isə əsas prioritet mövcud tərəfdaşlıqların dərinləşdirilməsi, yeni iqtisadi və nəqliyyat layihələrinin genişləndirilməsi, eləcə də beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsi olmalıdır. İlk növbədə, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, BMT və Avropa İttifaqı ilə əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi vacibdir. Azərbaycan müxtəlif siyasi platformalar arasında etibarlı dialoq məkanı kimi formalaşıb və bu statusun qorunması ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq".
Bu fikirləri Sonxeber.az-a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, digər mühüm istiqamət iqtisadi diplomatiyanın gücləndirilməsidir:
"Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı, enerji təhlükəsizliyi sahəsində yeni əməkdaşlıq formatları, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və investisiya mühitinin təkmilləşdirilməsi Azərbaycanın qlobal iqtisadi sistemdə rolunu daha da möhkəmləndirəcək. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma layihələri xarici investisiyalar üçün yeni imkanlar yaradır.
Hesab edirəm ki, eyni zamanda, informasiya diplomatiyasının və media əməkdaşlığının genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə dövlətlərin beynəlxalq nüfuzu təkcə iqtisadi və hərbi potensialla deyil, həm də informasiya siyasətinin effektivliyi ilə müəyyən edilir. Azərbaycanın beynəlxalq mediada obyektiv təqdimatı, milli maraqların informasiya müstəvisində müdafiəsi və xarici media qurumları ilə əməkdaşlığın genişləndirilməsi strateji əhəmiyyət kəsb edir.
Bu istiqamətlər üzrə ardıcıl siyasət ölkənin siyasi mövqeyini daha da gücləndirəcək, yeni investisiyaların cəlb olunmasına şərait yaradacaq, regional liderlik statusunu möhkəmləndirəcək və Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi nüfuzunu daha da artıracaq. Bu gün ölkəmizin həyata keçirdiyi, milli maraqlara söykənən xarici siyasət kursu göstərir ki, Azərbaycan həm regional sabitliyin təmin edilməsində, həm də qlobal əməkdaşlığın inkişafında mühüm rol oynayan dövlətlərdən birinə çevrilməkdədir", - deyə B. Quliyev əlavə edib.
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusuna uyğun olaraq dərc edilir.
Vüsalə İbrahimli

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...