"Azərbaycan və Qırğızıstan prezidentlərinin qarşılıqlı səfərləri ölkələrimizi bir-birinə daha da yaxınlaşdırıb" - DEPUTAT
"Prezident İlham Əliyevin Qırğızıstana səfəri ölkələrimiz arasında münasibətlərdə yeni bir mərhələnin başlanğıcı oldu. Dövlət başçımızın səfəri çərçivəsində imzalanmış 14 sənəd və Müttəfiqlik Münasibətləri Haqqında Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında siyasi, iqtisadi, humanitar və investisiya sahələrində əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək".
Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.
Deputat qeyd edib ki, son illərdə Azərbaycan və Qırğızıstan prezidentlərinin qarşılıqlı səfərləri xalqlarımızı və ölkələrimizi bir-birinə daha da yaxınlaşdırıb:
"Mətbuata verilən bəyanatda Qırğızıstan Prezidenti Sadır Japarovun Nizami Gəncəvinin "Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir" fikrinə istinad edərək, "Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb" deməsi ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir.
Səfər çərçivəsində nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının III iclası keçirildi. Tərəflər Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun kapitalının 200 milyon ABŞ dollarına qədər artırılması barədə razılığa gəldilər ki, bu da birgə investisiya layihələrinin daha geniş miqyasda həyata keçirilməsinə imkan yaradacaq.Dövlət başçımızın səfəri zamanı üç birgə layihənin açılışı oldu, eyni zamanda səkkiz yeni təşəbbüsün icrasına start verildi. Issık-Kul gölü sahilində istifadəyə verilən "Bakı" oteli Qırğızıstanda Azərbaycanın rəmzlərindən biri kimi fəaliyyət göstərəcək.
Qırğızıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfə də xüsusi qeyd olunmalıdır. Dost ölkə tərəfindən Ağdam rayonunun Xıdırlı kəndində Manas adına orta məktəbin tikilərək istifadəyə verilməsi qardaşlıq münasibətlərinin və həmrəyliyin bariz nümunəsidir.Səfərin mühüm hadisələrindən biri də Prezident İlham Əliyevin C5+Azərbaycan formatında Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə tamhüquqlu iştirak etməsi oldu. Görüş zamanı bütün dövlət başçıları Azərbaycanın bu platformada iştirakını yüksək qiymətləndirərək ölkəmizin region üçün əhəmiyyətini xüsusi vurğuladılar".
Deputat qeyd edib ki, Mərkəzi Asiya ilə Azərbaycanı Xəzər dənizi ayırsa da, məhz bu dəniz region ölkələrini beynəlxalq nəqliyyat və logistika dəhlizləri vasitəsilə birləşdirir:
"Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan marşrutu üzrə inkişaf etdirilən Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin genişlənməsinə yeni imkanlar yaradır. Eyni zamanda, Xəzər dənizinin dibi ilə çəkilən Transxəzər Fiber-Optik Kabel Xətti regionun rəqəmsal bağlantısını gücləndirəcək və Azərbaycanın beynəlxalq informasiya habına çevrilməsinə mühüm töhfə verəcək.
Zirvə görüşündə qəbul olunan Çolpon-Ata Bəyannaməsi isə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyən mühüm siyasi sənəddir. Bəyannamədə ortaq tarixi, mədəni və mənəvi dəyərlərə əsaslanan əməkdaşlığın inkişafı, beynəlxalq hüququn prinsiplərinə sadiqlik, suverenlik və ərazi bütövlüyünə hörmət bir daha təsdiqlənir. Sənəddə nəqliyyat-logistika, enerji, yaşıl enerji, rəqəmsal transformasiya, innovasiya, elm və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilir. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin möhkəmləndirilməsi, Orta Dəhlizin inkişafı və Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi baxımından Bəyannamənin xüsusi əhəmiyyəti vurğulanır.
Ümumilikdə, Prezident İlham Əliyevin Qırğızıstana səfəri son dərəcə uğurlu və məhsuldar oldu. Hesab edirəm ki, bu səfər həm Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsinə, həm də Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi və strateji əməkdaşlığının daha da möhkəmlənməsinə mühüm töhfə verəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...