Azərbaycanda qadın vətəndaşın 5100 manat pulunu mənimsəyib - İDDİA
Azərbaycanda qadın vətəndaşın 5100 manat pulunu mənimsəyib.
Bunu Sonxeber.az-a müraciət edən Günel Məmmədova.(ad və soyad şərtidir -red) bildirib.
Günel Məmmədova qeyd edib ki, Məmmədova Ləman Xaliq qızından 1 ildir ki, pulunu geri ala bilmir:
"İyul ayının 4-ü ona 35.77 qram qızıl vermişəm. Ləman Məmmədova mənə 5100 manat dəyərində qızıl gətirməli idi. Keçən ilin avqustunda ona əlimlə 3000 manat məbləğində pul vermişəm. Sentyabrda isə pulumu qaytarmalı idi. Amma Ləman Məmmədova sentyabrda heç bir zəngimi açmadı. Oktyabrda Ləman Məmmədovanın mənə qarşı etdiyi dələduzluqla bağlı Daxili İşlər Nazirliyinə müraciət etdim. Nazirlikdə məni qəbul etdilər və məsələ ilə izahat yazdım.
Məndən sonra isə qarşı tərəf Ləman Məmmədova, Xaliq qızı nazirliyə çağırılıb. Ləman Məmmədova yazdığı izahatda törətdiyi əməli boynuna alıb və pulu geri qaytaracağını söyləyib. Mənim işim Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə göndərildi. Gedib orda da izahat yazdım. Mənim işimi ordan Xətai Rayon Prokurorluğuna göndərildi. Xətai Rayon Prokurorluğundan məlumat gəldi ki, işim geri göndərildi. Ləman Məmmədova polisə ifadəsində yalandan qeyd edib ki, guya mənə 2000 vermək istəyib götürməmişəm. Müstəntiq də qeyd etdi ki, elədirsə indi gətir ver. O, isə guya indi pulunun olmadığını bildirdi. Xətai Rayonu Polis İdarəsində Ləman Məmmədova bildirdi ki, 30 iyul da mənə 2500 manat pul verecek. Amma hələ də xəbər yoxdur. Ləman Məmmədova mənimlə birlikdə bir neçə nəfəri də aldadıb. Onun həyat yoldaşı Azərişıq ASC-də işləyir. Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik cənab Vilayət Eyvazovdan xahiş edirəm mənim işimlə bağlı tapşırıq versin. İnsanları aldadaraq pulunu mənimsəyən bu qadın qanunla öz cəzasını alsın".
Məsələ ilə bağlı Ləman Məmmədova ilə əlaqə saxladıq.
Ləman Məmmədova məsələ ilə bağlı polisə ifadə verdiyini bildirib:
"O xanım mənimlə bağlı iki dəfə polisə müraciət edib. Ona bildirib ki, iş mülki məsələ olduğuna görə məhkəməyə müraciət etsin".














Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1182 Tarix: 03 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"
16 noyabrBu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur
Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb
17 noyabrMilli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir
Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo
16 noyabrŞəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin
17 noyabrGüclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar
Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl
16 noyabrMəşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar
"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə
16 noyabr