Çində leysan yağışları: 25 nəfər ölüb, daşqın və sürüşmələr davam edir
Çinin şimal-qərbində yağan güclü leysan yağışları ciddi fəsadlar törədib. Ən ağır vəziyyət Qansu əyalətində qeydə alınıb. Burada baş verən sel və torpaq sürüşmələri nəticəsində azı 25 nəfər həlak olub, 23 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, Çinin Milli Meteorologiya Mərkəzi ölkənin bir sıra bölgələri üçün güclü yağış və təhlükəli hava şəraiti ilə bağlı xəbərdarlıqlarını qüvvədə saxlayıb. Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə də bir çox əyalətlərdə leysan yağışlarının, daşqınların və torpaq sürüşmələrinin baş vermə riski yüksək olaraq qalacaq.
Hakimiyyət orqanları riskli ərazilərdə fövqəladə tədbirləri gücləndirib, bəzi turizm məkanları bağlanıb və yerli sakinlərə təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 186 Tarix: 03 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəhvəni sirkə ilə qarışdırın: Mətbəx təmizliyində effektiv üsul
Son vaxtlar sosial şəbəkələrdə mətbəx səthlərini təmizləmək üçün istifadə olunan qeyri-adi üsul sürətlə populyarlaşır. İddialara görə, üyüdülmüş qəhvə ilə sirkənin qarışığı yağ ləkələrini, yanmış qida qalıqlarını və digər çirkləri effektiv şəkildə təmizləməyə kömək edir. Qayarinfo-nun Planeta nəşrin
3 avqust"OpenAI" xidmətlərinin aktiv istifadəçilərinin sayı bir milyardı ötüb
ABŞ-nin "OpenAI" süni intellekt şirkətinin xidmətlərindən istifadə edən aktiv istifadəçilərin sayı bir milyardı keçib. Şirkətin məhsullarından yararlanan şirkətlərin sayı isə iki milyondan çoxdur. xəbər verir ki, bu barədə "OpenAI"ın rəsmi saytında yayımlanan press-relizdə bildirilib
2 avqustSloveniya Prezidenti yol qəzasına düşüb
31 iyul tarixində Sloveniya Prezidenti Nataşa Pirts-Musar avtomobil qəzasına düşüb. "Report" xəbər verir ki, bu barədə "Delo" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Sloveniya lideri yalnız yüngül xəsarətlər alıb. Qəzetin məlumatına görə, 31 iyulda məzuniyyətdən qayıdan Prezidenti
2 avqustSəudiyyə Ərəbistanı səhrada 159 milyon ağac əkdi: 5 il ərzində nə dəyişdi?
Səudiyyə Ərəbistanı deqradasiyaya uğramış 1 milyon hektar torpağı bərpa edib və 159 milyondan çox ağac əkib. Bu, 2021-ci ildə başladılan Səudiyyə Yaşıl Təşəbbüsünün ən mühüm nailiyyətlərindən biri hesab olunur. Hazırda proqram bütün krallıq ərazisində 40 milyon hektar torpağın bərpasını və 10 milyar
3 avqustMisirdə 5,3 ballıq zəlzələ
Misirin Əl-İsmailiyyə şəhərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 03:00-da baş verib. Yeraltı təkanlar təkcə Misirdə deyil, həmçinin İordaniya, Livan, Fələstin və İsraildə də his
3 avqustÇində leysan həyatı iflic etdi: 65 min nəfər təxliyə edildi
Çin hakimiyyəti ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətində leysan yağışları və daşqın təhlükəsi ilə əlaqədar təxminən 65 min nəfəri təxliyə edib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, avqustun 1-də leysan yağışları əyalətin inzibati mərkəzi olan Çend
2 avqustNYT: FES rəhbəri faiz dərəcəsi üzrə iclasların sayını azaltmaq istəyir
ABŞ Federal Ehtiyat Sisteminin (FES) sədri Kevin Uorş baza faiz dərəcəsinin müzakirə olunduğu iclasların sayını azaltmaq imkanını araşdırır. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The New York Times" (NYT) qəzeti məlumat yayıb. Qeyd olunub ki, bu, son illərdə FES-ni
2 avqust