Azərbaycan və Qırğızıstan münüsibətləri müttəfiqlik səviyyəsinə yüksəldi

Azərbaycan və Qırğızıstan münüsibətləri müttəfiqlik səviyyəsinə yüksəldiAzərbaycan bütün türk dövlətləri ilə olduğu kimi,Qırğızıstanla da əlaqələrin hərtərəfli və dinamik inkişafına önəm verir. 2022-ci ilin 20 aprelin Bakıda imzalanmış Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qalxmasına ciddi təkan verdi.Ölkələrimiz arasında ticari-iqtisadi,mədəni-humanitar,nəqliyyat-loqistika, təhsil və s. ilə bağlı geniş səpgili məsələlər artıq müzakirə mərhələsindən real siyasət və əməli fəaliyyət müstəvisinə keçdi.

Ticarət, investisiya və digər sahələrdə əlaqlər genişlənməyə başladı. 2025-ci ildə Azərbaycan ilə Qırğızıstan arasındakı ticarət dövriyyəsi 77 milyon dolları keçib ki,bu da 2020-ci ildəki 5,4 milyon dollardan 13 dəfə, 2024-cü ildəki 40 milyon dollardan isə 2 dəfəyə yaxın çoxdur. Ticarətlə yanaşı iqtisadiyyatın digər sahələrində də əməkdaşlığı genişləndirmək və dərinləşdirmək istiqamətində qarşılıqlı faydalı işlər görülür. 2026-cı il iyulun 1-nə olan məlumata görə,Azərbaycanda kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, nəqliyyat, xidmət sektorlarında Qırğızıstan investisiyalı 97 kommersiya qurumu qeydiyyatdadır,onlardan 39-nun fəaliyyəti aktivdir.İndiyədək Azərbaycandan Qırğızıstana birbaşa investisiyaların həcmi 68,8 milyon dollar təşkil edib. Qırğızıstandan isə Azərbaycana birbaşa investisiya 25,2 milyon dollardır və bu, əsasən qeyri-neft-qaz sektorunun payına düşür.Həm ticarət,həm də investisiya sahəsində göstəriciləri yüksəltməkdən ötrü intensiv işlər görülür.Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri zamanı keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası çərçivəsində dövlət başçıları tərəfindən Dövlətlərarası Şuranın 3-cü iclasının Qərarı imzalanıb.Sənəddə iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı investisiyaların artırılması əsas prioritetlər kimi müəyyənləşdirilib.Bu özünü son vaxtlar sərmayə qoyuluşları sahəsində daha qabarıq göstərir.Bu baxımdan ölkələrimiz arasında iqtisadi əməkdaşlığı dəstəkləmək məqsədilə 2022-ci il oktyabrında yaradılmış Azərbaycan-Qırğız İnkişaf Fondu çərçivəsində tərəfdaşlığın inkişafına önəm verilir. Azərbaycan-Qırğız İnkişaf Fondu ikitərəfli iqtisadi əlaqələrin inkişafına təkan verir.İqtisadi əməkdaşlığa,iqtisadiyyatın modernləşdirilməsi və potensialın reallaşdırılmasına yardım məqsədilə yaradılan Fond Azərbaycan və Qırğızıstanın biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərməklə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xidmət edir.

Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin prioritet layihələrinə investisiyalar yatırır. Bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq,tekstil, turizm və digər sahələr üzrə prioritet layihələri maliyyələşdirilir.Azərbaycan-Qırğızıstan İnkişaf Fondu Qırğızıstanda infrastrukturun və sahibkarlığın inkişafı üçün ümumi dəyəri 52,7 milyon dollar olan ilkin 4 mühüm investisiya layihəsinə 14,4 milyon dollar vəsait ayırıb. Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasının qərarı ilə Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyətinin genişləndirilməsi məqsədilə Fondun nizamnamə kapitalının 100 milyon dollardan 200 milyon ABŞ dollarınadək artırılır. Fondunun kapitalın artırılması sənaye, kənd təsərrüfatı, logistika, emal və digər perspektivli sahələrdə birgə layihələrin maliyyələşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.Bu, iki ölkənin iqtisadi əməkdaşlığının maliyyə təminatının gücləndirilməsinə çox ciddi təkan verəcək.

Səfər zamanı imzalanan sənədlər arasında "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" çox mühüm hadisə kimi böyük tarixi və strateji əhəmiyyət kəsb edir.Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanan "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" ilə münsibətlərimiz rəsmən strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldir. Bu Müqavilə İkitərəfli və regional əməkdaşlığın gələcək inkişaf istiqamətləri üçün yeni və daha möhkəm hüquqi baza formalaşdırır və iki ölkə arasındakı əlaqələri keyfiyyətcə yeni əməkdaşlıq və inteqrasiya mərhələsinə daşıyacaq.Müqavilə xarici siyasət, müdafiə, təhlükəsizlik, energetika, nəqliyyat-loqistika və rəqəmsal inkişaf sahələrini vahid çərçivədə birləşdirir.Azərbaycanın bərpaolunan enerji layihələri ilə Qırğızıstanın zəngin hidroenerji potensialı qarşılıqlı investisiya imkanları yaradır.Müttəfiqlik Türk Dövlətləri Təşkilatı çərçivəsində Orta Dəhlizin beynəlxalq yükdaşımalarda rolunun artırılmasına xidmət edir. Azərbaycan və Qırğızıstan bütün beynəlxalq platformalarda, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində həmrəylik nümayiş etdirir,regional sabitliyin və türk dünyasının birliyinin möhkəmləndirilməsinə birgə töhfə verirlər.

Beləliklə, ortaq tarix, dil və mədəniyyət üzərində qurulan Azərbaycan-Qırğızıstan münasibətləri bu gün strateji tərəfdaşlıq münasibətlərindən siyasi,iqtisadi,nəqliyyat,enerji və humanitar əməkdaşlığın bütün istiqamətlərini əhatə edən ən yüksək siyasi etimad- mütttəfiqlik səviyysinə yüksəlib.Bu,qarşılıqlı yüksək etimada, qarşılıqlı faydalılıq və bərabərhüquqluluq prinsiplərinə əsaslanan müttəfiqlik modelidir.Bu model iki ölkə arasında münsibıtləri siyasi,iqtisadi,inteqrasiya,investisiya tərəfdaşlığı,humanitar əməkdaşlıq və s. istiqamətlərdə daha da dərinləşdirilməsi üçün yeni perspektivlər açır. Bu isə iki qardaş ölkənin qarşılıqlı maraqlarına xidmət etməklə yanaşı,Türk dünyasında əməkdaşlığın möhkəmləndirilməsi, regionda sabitlik və dayanıqlı inkişafın təşviqi baxımından da mühüm əhəmiyyət kəsb edir.Siyasi iradə, iqtisadi və logistik inteqrasiya, mədəni və humanitar ortaqlıq və beynəlxalq platformalarda qarşılıqlı dəstək iki qardaş ölkənin uzunmüddətli strateji maraqlarının tam uyğunluğunu və bu əməkdaşlığın durmadan artan ikitərəfli,regional və geosiyasi əhəmiyyətini nümayiş etdirir.

Əli Məsimli
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 787   Tarix: 03 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA

Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il

19 sentyabr
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb

19 sentyabr