Tələbə kreditləri ilə bağlı bu yeniliklər ola bilər - AÇIQLAMA
Ötən gündən etibarən tələbələrin təhsil krediti üçün müraciətlərinə start verilib. Bununla bağlı Təhsil Tələbə Krediti Fondunun məlumatında deyilir. Müraciətlər e-ttkf.edu.az portalı vasitəsilə qəbul ediləcək.
Təhsil kreditləri ilə bağlı Sonxeber.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, düzgün qurulmuş tələbə kredit sistemi ali təhsildə bərabər imkanların təmin edilməsində mühüm rol oynayır:
"Təhsil tələbə kreditləri sistemi son illərdə ali təhsilin əlçatanlığının artırılması istiqamətində həyata keçirilən ən mühüm sosial layihələrdən biridir. Xüsusilə maddi imkanları məhdud olan, lakin akademik potensialı yüksək olan gənclər üçün bu mexanizm ali təhsil almaq imkanlarını genişləndirir. Bu baxımdan, sistemin tətbiqini müsbət qiymətləndirirəm.
ABŞ, Böyük Britaniya, Avstraliya kimi ölkələrdə uzun illərdir tətbiq olunan tələbə maliyyələşdirmə modelləri minlərlə gəncin universitet təhsilinə çıxışını təmin edib və insan kapitalının inkişafına ciddi töhfə verib. Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılıb və hər il sistem daha da təkmilləşdirilir. Xüsusilə sosial və standart kredit mexanizmlərinin tətbiqi, eləcə də məzun olduqdan sonra geriödəmə imkanlarının yaradılması tələbələr üçün mühüm üstünlüklərdir. Bu yanaşma ailələrin maliyyə yükünü azaltmaqla yanaşı, gənclərə gələcəklərinə investisiya etmək imkanı yaradır".
Ekspert qeyd edib ki, sistemin daha da səmərəli işləməsi üçün bəzi istiqamətlərdə inkişaf etdirilməsi faydalı olar:
"İlk növbədə, tələbələrin və valideynlərin kredit şərtləri, ödəniş mexanizmi və hüquq və öhdəlikləri barədə məlumatlandırılması daha da gücləndirilməlidir. Təcrübə göstərir ki, bəzən müraciət etmək hüququ olan şəxslər kifayət qədər məlumatlı olmadıqları üçün bu imkandan istifadə etmirlər. Universitetlərdə və rəqəmsal platformalarda maarifləndirici fəaliyyətlərin artırılması bu baxımdan müsbət nəticə verə bilər.
Digər tərəfdən, dünyanın bir sıra ölkələrində olduğu kimi, tələbələrin məşğulluq vəziyyəti və əmək bazarına inteqrasiyası da gələcəkdə sistemin inkişafında nəzərə alına biləcək istiqamətlərdən biridir. Bu, həm kreditlərin davamlılığını gücləndirər, həm də gənclərin təhsildən əmək bazarına keçidini daha rahat edə bilər".
Günay Əkbərova son olaraq bildirib ki, təhsil tələbə kreditləri yalnız maliyyə dəstəyi deyil, həm də insan kapitalına qoyulan strateji investisiyadır:
"Bu sistem nə qədər çevik, şəffaf və əlçatan olarsa, ölkənin ali təhsil sistemi və gələcək ixtisaslı kadr potensialı da bir o qədər güclənəcək. Məhz buna görə də mövcud mexanizmin qorunaraq zamanın tələblərinə uyğun şəkildə davamlı təkmilləşdirilməsi ən doğru yanaşma hesab oluna bilər".
Cavidan Mirzəzadə
Sonxeber.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...