"KTMT-dəki digər üzvlər Ermənistanın qurumdan çıxarılması ilə bağlı qərara səs verəcəklər"- Politoloq
Ermənistan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasındakı gərginlik hüquqi müstəviyə keçir. Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyevin bildirib ki, noyabrın 11-də Moskvada keçiriləcək sammitdə iki illik maliyyə borcuna görə Ermənistanın səs hüququndan məhrum edilməsi müzakirə olunacaq.
Bu qərarın regional təhlükəsizliyə və Bakı-Yerevan xəttinə təsirlərini politoloq Elçin Xalidbəyli ilə dəyərləndirdik.
"Təbii ki, Rusiya bundan çox ciddi şəkildə narahatdır. Ermənistanın bu davranışı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında neqativ hadisə yaradır. Çünki hansısa mərhələdə digər ölkələr də analoji addım ata bilərlər. Ona görə də hesab olunur ki, Ermənistanı bu mövqeyindən daşındırmaq lazımdır. Əvvəlcə xəbərdarlıq üçün Ermənistanı səs hüququndan məhrum etmək niyyətləri var, ardınca da yəqin ki, üzvlük haqqının ödənilməməsi bəhanəsi ilə qurumdan xaric edilə bilər.
Kremldə hesab edirlər ki, əgər belə bir addım atılarsa, Ermənistan müdafiəsiz qalacaq və təzyiqlərə daha həssas vəziyyətə gəlmiş olacaq. Ancaq burada Kremlin nəzərə almadığı bir məqam var: rəsmi İrəvan faktiki olaraq artıq KTMT-ni tərk etmək barədə qərarı qeyri-rəsmi şəkildə qəbul edib. Sadəcə, Paşinyan hakimiyyəti bu addımı özü atmaq istəmir və bundan ciddi şəkildə çəkinir. Hakimiyyət elə bir situasiya yaratmaq istəyir ki, Rusiya və digər üzv dövlətlər Ermənistanı özləri kənarlaşdırsınlar. Çünki sonrakı mərhələdə Paşinyan hakimiyyəti Rusiyanı və indiki müttəfiqlərini Ermənistanı bu qurumdan çıxarmaqda ittiham etmək imkanı qazanacaq. Eyni zamanda, Rusiyanın Ermənistana irad bildirmək hüququ qalmamış olacaq."
Ekspert vurğulayır ki, KTMT-dəki digər üzvlər Ermənistanın səs hüququnun əlindən alınması və ya onun qurumdan çıxarılması ilə bağlı qərara səs verəcəklər.
"Çünki onlar Rusiyanın təzyiqlərindən çəkinirlər və Rusiyanın istəyindən kənara çıxmaqda o qədər də həvəsli deyillər. Bu baş verərsə, o zaman Ermənistan hərbi çətiri itirmiş olacaq və sülh sazişinin imzalanma prosesi sürətlənəcək. Paşinyan hakimiyyəti tez-tələsik Konstitusiyanı dəyişib Azərbaycana qarşı ərazi iddialarından imtina edərək bu sazişin imzalanmasına şərait yarada bilər.
Ancaq orta perspektiv üçün Paşinyan hakimiyyəti təbii ki, hesablayır ki, KTMT-dən çıxmaq Ermənistana ABŞ və Qərbin himayəsini təmin edəcək əsas addımdır. Böyük ehtimalla rəsmi İrəvan bu prosesin uğurla reallaşdırılmasına cəhd göstərir. Ermənistan KTMT-dən çıxdıqdan sonra NATO-ya üzv olmasa belə, bu qurumun himayəsinə yaxınlaşma istiqamətində müəyyən addımların atılması şübhə doğurmur. Eyni zamanda Avropa İttifaqından da eyni məqsədlər üçün maliyyə yardımı ala bilərlər, buna paralel olaraq ABŞ və Fransanın da dəstəyinə ümid bəsləyirlər. Bütün bunları nəzərə aldıqda, hələ ki proseslərin Paşinyan hakimiyyətinin qurduğu oyun qaydaları üzrə inkişaf etdiyini düşünmək olar."
Nəticə etibarilə, noyabr sammiti Rusiya-Ermənistan münasibətlərində sadəcə hüquqi addım deyil, Cənubi Qafqazın gələcək xəritəsini müəyyən edən dönüş nöqtəsi ola bilər.
Türkanə Muradlı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...