Bakı Metrosunda YENİLİK: Bu dəyişikliklər olacaq
İctimai nəqliyyatın təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələr çərçivəsində Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması məsələsi də diqqət mərkəzindədir. Bu layihənin əsas məqsədi metro sisteminin ötürücülük qabiliyyətini artırmaq, qatarların hərəkətini daha səmərəli təşkil etmək və sərnişin sıxlığını azaltmaqdır. Bəs, xətlərin ayrılması sərnişindaşımaya, qatarların hərəkət intervalına və ümumilikdə şəhərdaxili nəqliyyatın fəaliyyətinə hansı təsirləri göstərəcək?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, vaxtilə Bakı Metropoliteni sovet standartlarına uyğun tikilib və həmin dövrdə Bakı şəhərinin əhalisi daha az, iqtisadiyyatı isə daha kiçik olub. Buna görə də metro sistemi o dövrün tələblərinə uyğun layihələndirilib.
"Lakin bu gün mövcud infrastruktur müasir tələblərə tam cavab vermədiyi üçün xətlərin ayrılması nəzərdə tutulur. Bu, ilk növbədə təhlükəsizlik baxımından vacibdir. Belə ki, qatarların toqquşma riskinin azaldılması, həmçinin onların stansiyalarda rahat manevr edərək geri qayıtmasının təmin edilməsi məqsədi daşıyır" - ekspert bildirib.
Onun sözlərinə görə bu imkan yaradıldıqdan sonra marşrutlara daha çox qatar buraxmaq mümkün olacaq:
"Qatarların sayının artması isə stansiyalar arasındakı hərəkət intervalını azaldacaq. İntervalın azalması nəticəsində sərnişindaşıma daha sürətli təşkil olunacaq və mövcud sıxlıq əhəmiyyətli dərəcədə aradan qalxacaq".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 802 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"
16 noyabrBu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur
Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb
17 noyabrMilli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir
Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo
16 noyabrŞəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin
17 noyabrGüclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar
Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl
16 noyabrMəşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar
"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə
16 noyabr