İran bu bölgədə müharibəyə hazırlaşır? - AÇIQLAMA
İyulun sonlarında İran yük gəmisinə hücum edilməsindən sonra İran Ukraynanın 3 bölgəsini vurmağa hazırlaşıb. Bunu İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi deyib. O bildirib ki, Ukraynanın hücumun səhvən həyata keçirildiyini bildirməsindən sonra cavab addımını dayandırıblar. Bu hadisə İranın Ukraynadakı müharibəyə daxil ola biləcəyi ehtimallarını da gündəmə gətirib.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan millət vəkili Arzuxan Əlizadə deyib ki, hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, İranın Ukrayna müharibəsinə birbaşa hərbi tərəf kimi qoşulması real görünmür:
"Son günlər bu istiqamətdə müxtəlif iddialar səslənsə də, onları daha çox informasiya müharibəsinin tərkib hissəsi və psixoloji təsir vasitəsi kimi qiymətləndirmək olar. İran hazırda əsas diqqətini öz regionunda mövcud təhlükəsizlik çağırışlarına yönəldib və belə bir şəraitdə Ukrayna cəbhəsində yeni hərbi eskalasiyaya getməsi onun milli maraqlarına uyğun deyil.
Eyni zamanda, bu addım Tehranın Qərblə münasibətlərini daha da gərginləşdirə, yeni sanksiyalara və beynəlxalq təzyidin artmasına səbəb ola bilər. Hesab edirəm ki, İran bundan sonra da birbaşa hərbi müdaxilədən daha çox siyasi, diplomatik və strateji təsir imkanlarından istifadə etməyə üstünlük verəcək. Ümumilikdə isə münaqişənin coğrafiyasının genişlənməsi heç bir tərəfin maraqlarına xidmət etmir və bu, beynəlxalq təhlükəsizlik üçün əlavə risklər yarada bilər".
Cavidan Mirzəzadə
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...