Azərbaycanda daha güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

Azərbaycanda daha güclü zəlzələ gözlənilir? - AÇIQLAMASon iki gündə qeydə alınan zəlzələlər cəmiyyətdə narahatlıq yaradıb və seysmik aktivliyin səbəbləri ilə bağlı sualları artırıb. Yeraltı təkanların ardıcıl baş verməsi bəzi insanlarda daha güclü zəlzələnin baş verə biləcəyi ilə bağlı narahatlıq yaratsa da, bu cür hadisələrin elmi baxımdan necə qiymətləndirildiyi xüsusi maraq doğurur. Bəs, son seysmik aktivliyin səbəbi nədir və bu proses daha güclü zəlzələnin xəbərçisi hesab oluna bilərmi?

Azərbaycanda daha güclü zəlzələ gözlənilir? - AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən seysmoloq Ənvər Əliyev bildirib ki, son vaxtlar Azərbaycan ərazisində davamlı zəlzələlərin baş verməsi planetimizin mahiyyətindən irəli gələn təbii proseslərdir.
"Elmə məlumdur ki, Yer kürəsində zəlzələlərin, vulkanizmin və digər tektonik proseslərin baş verdiyi üç əsas seysmik zona mövcuddur. Bunlardan biri də Azərbaycanın yerləşdiyi Alp-Himalay qırışıqlıq qurşağı, yəni dağəmələgəlmə və seysmik zonadır. Azərbaycan bu seysmik qurşaqda yerləşdiyinə görə burada irili-xırdalı zəlzələlərin baş verməsi tamamilə qanunauyğundur. Bu seysmik qurşaq Fransanın şimalından başlayaraq İndoneziyaya qədər uzanan geniş bir ərazini əhatə edir. Yer kürəsindəki digər iki əsas seysmik zona isə Sakit okeanın şərq və qərb hissələrində, meridional istiqamətdə yerləşir".

Ekspert bildirib ki, bizim ərazidə baş verən irili-xırdalı zəlzələlərin əsas səbəbi də məhz budur.
"Bunun səbəbi ondan ibarətdir ki, Avrasiya adlanan nəhəng litosfer tavası Afrika və Ərəbistan litosfer tavaları tərəfindən yavaş-yavaş sıxılır. Litosfer tavaları Yer kürəsinin iri quru hissələrini təşkil edən tektonik plitələrdir. Məhz bu sıxılma nəticəsində Azərbaycan, Qafqaz, Türkiyə və Gürcüstan ərazilərində müşahidə olunan zəlzələlər, tektonik hərəkətlər, vulkanizm və digər geoloji proseslər baş verir. Ona görə də bu hadisələrə adi baxmaq olmaz. Bunların hamısı Yerin daxili quruluşu və inkişaf xüsusiyyətlərindən irəli gələn təbii qanunauyğunluqlardır. Hazırda Azərbaycan ərazisində hər il minlərlə, hətta on minlərlə müxtəlif gücdə yeraltı təkan və xırda zəlzələ qeydə alınır. Bu da bir daha göstərir ki, yaşadığımız ərazi aktiv seysmik zonada yerləşir".
Onun sözlərinə görə, bu proses yalnız zəlzələlərlə məhdudlaşmır:

"Hər il Azərbaycan və ümumilikdə Qafqaz ərazisi təxminən 2-3 santimetr yüksəlir. Bunun səbəbi də bir-birini sıxan litosfer tavalarının yaratdığı tektonik hərəkətlərdir. Yəni Yer qabığının bu hissəsi davamlı olaraq qalxma prosesini yaşayır. Bu yüksəlmə hər il təxminən 2-3 santimetr təşkil edir. Ona görə də bu cür hadisələr ciddi narahatlıq yaratmamalıdır. Bizim əsas vəzifəmiz tikinti sektorunda bütün norma və texnologiyalara ciddi əməl etməkdir. İstər yaşayış binaları, istər məktəblər, xəstəxanalar, istərsə də digər tikililər elə keyfiyyətlə və məsuliyyətlə inşa olunmalıdır ki, adi və orta güclü zəlzələlər zamanı uçub-dağılaraq insan həyatına təhlükə yaratmasın".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 791   Tarix: 04 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək

Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav

20 sentyabr
.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda

Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Qarabağda separatizmin sonu: 23 saatlıq antiterror tədbirindən Şahramanyanın "özünü buraxma" fərmanına qədər

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin üç onillik tarixində ən mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi bir sutkadan az müddətdə yeni hərbi-siyasi reallıq yaratdı. Sentyabrın 20-də separatçı silahlı birləşmələrin atəşi

19 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb

19 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr