Protein tozları həqiqətən faydalıdır, yoxsa marketinq oyunu? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son illər idman zalları ilə yanaşı, apteklərdə və onlayn mağazalarda satılan protein tozlarına maraq əhəmiyyətli dərəcədə artıb. İstehsalçılar bu məhsulların əzələ inkişafını sürətləndirdiyini, bərpanı yaxşılaşdırdığını və gündəlik zülal ehtiyacını qarşıladığını iddia edirlər. Lakin bir çox insanı düşündürən əsas sual budur: satışda olan proteinlər həqiqətən sağlamlıq və idman nəticələri üçün faydalıdır, yoxsa bu məhsullar ətrafında formalaşdırılan böyük marketinq kampaniyasının bir hissəsidir?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Sonxeber.az-a açıqlamasında bildirdi ki, satışda olan protein tozları və digər protein məhsulları hər kəs üçün vacib və ya möcüzəvi qida deyil. Onun sözlərinə görə, onlar əslində düzgün istifadə edildikdə faydalı ola bilən qida əlavələridir: "Əgər insan gündəlik zülal ehtiyacını ət, balıq, yumurta, süd məhsulları, paxlalılar kimi təbii qidalardan qarşılayırsa, əlavə protein qəbul etməsinə ehtiyac olmaya bilər. Lakin idmanla müntəzəm məşğul olanlar, yaşlı insanlar, xəstəlikdən sonra bərpa dövründə olanlar və ya qida ilə kifayət qədər zülal qəbul edə bilməyən şəxslər üçün keyfiyyətli protein məhsulları praktik seçim ola bilər. Burada əsas məsələ məhsulun keyfiyyəti, tərkibi və etibarlı istehsalçı tərəfindən hazırlanmasıdır.
Təəssüf ki, bazarda marketinq məqsədilə "yağ yandırır", "əzələni sürətlə artırır", "möcüzəvi nəticə verir" kimi elmi əsası olmayan iddialarla satılan məhsullar da var. Protein tozu özü-özlüyündə nə əzələ yaradır, nə də arıqladır. Nəticəni müəyyən edən balanslı qidalanma, fiziki aktivlik və ümumi həyat tərzidir.
Yəni protein məhsullarını nə tamamilə faydasız hesab etmək, nə də onları hər kəs üçün zəruri qəbul etmək doğrudur. Ən doğru yanaşma insanın yaşına, sağlamlıq vəziyyətinə, fiziki aktivliyinə və gündəlik zülal ehtiyacına uyğun qərar verməkdir. Protein əlavələri sağlam qidalanmanı əvəz etmir, yalnız ehtiyac olduqda onu tamamlayan vasitə kimi istifadə edilməlidir.
Sağlam qidalanaraq sağlam yaşayın!".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1953 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"
16 noyabrBu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur
Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb
17 noyabrMilli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir
Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo
16 noyabrŞəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin
17 noyabrGüclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar
Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl
16 noyabrMəşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar
"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə
16 noyabr