Metronun əvəzinə bu avtobuslar işləyəcək (SİYAHI/VİDEO)
"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq.
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, "28 May" və "Nizami" stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq çətinliklər nəzərə alınaraq, yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub.
Belə ki, AYNA tərəfindən 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək və bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı artırılacaq.
Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.
Yeni ekspres xətləri bunlardır:
- M1 - Metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında;
- M2 - Metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında;
Ətraflı
Ad - 00:03
- M3 - Metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları arasında;
- M4 - Metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları arasında;
- M5 - Metronun "20 Yanvar" və "Gənclik" stansiyaları arasında;
- M6 - Metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında.
Əlavə olaraq 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165,199, 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalı aşağı salınacaq. Metronun bağlanması müddəti ərzində əlavə tələbat yaranacaq marşrutlarda avtobus sayının artırılması nəzərdə tutulur.
Sərnişinlər alternativ marşrutlar barədə məlumatı "AYNA MaaS" tətbiqi vasitəsilə də əldə edə bilərlər.
Layihənin icra müddətində metronun "28 May", "20 Yanvar", "İnşaatçılar" və "Elmlər Akademiyası" stansiyalarının qarşısında könüllülər sərnişinlərə dəstək göstərəcəklər.
Ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 691 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
Bir neçə gün öncə Buzovnada, dənizdə batan qardaşlardan biri robototexnika və texnologiya yarışının qalibi imiş. -a istinadən xəbər verir ki, Milli Aviasiya Akademiyasının Aerokosmik fakültəsinin tələbəsi olmuş Ruslan Həmidov 2026-ci ildə Azərbaycanda keçirilən "World Robot Caspian Cup" çempion
6 avqustKanalda batma təhlükəsi ilə üzləşdi - Xilas edildi
Naxçıvanda gecə saatlarında 1 nəfər Uzunoba Su Anbarını qidalandıran kanalda batma təhlükəsi ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Sularda xilasetm
7 avqustPaytaxtın bu ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi yerlərində qaz kəsiləcək. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələrinin və Bakıxano
6 avqustYaxın dövrdə paytaxt Bakıdan Xankəndinə köçürülə bilər? - AÇIQLAMA
Bu gün müxtəlif rəsmi şəxslər tərəfindən paytaxtın köçürülməsilə bağlı təkliflər səsləndirilməkdədir. Təkliflər arasında paytaxtın Xankəndinə və digər işğaldan azad edilmiş şəhərlərə köçürülməsi təklif edilir. Məsələ ilə bağlı -a danışan deputat Aydın Hüseynov bildirib ki, paytaxtın köçürülməsi bahal
7 avqustEkspress avtobusları ödənişsiz OLMAYACAQ: Sərnişinlərdən NARAZILIQ
Bakı Metropolitenində xətlərin ayrılması ilə əlaqədar sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadəsi məsələsi yenidən gündəmə gəlib. Bu prosesdə ekspres avtobusların tətbiqi sərnişin axınının yönləndirilməsi və metroda yaranacaq əlavə yükün azaldılması baxımından mühüm rol oynaya bilər
7 avqust"Media və Yayım Şurasının yaradılması yeni çağırışların tələbidir" - DEPUTAT
Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu formalaşdırılıb. Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Mövzu ilə bağlı -a danışan deputat Hikmet Babaoğlu bildirib ki, Azərbaycanda Media və Yayım Şurasının yaradılması ilə bağlı qanun dəyişiklikləri bu ilin iyulunda Milli Məclisd
7 avqust20 manatlıq ödəniş ləğv olundu
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "Media haqqında" qanuna dəyişikliklərdə əksini tapıb. Qeyd edək ki, jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsin
7 avqustAzərbaycanda icra başçısı olmayan rayonlar
Xəbər verdiyimiz kimi, avqustun 4-də Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Naxçıvan MR-in Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hələlik onun yerinə təyinat olmayıb. Hazırda Azərbaycanda başçının olmadığ
7 avqustSabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı
Şərti məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş daha bir əmlakı satılıb. "Qafqazinfo" xəbər verir ki, Müslümovun paytaxtın Yasamal rayonunda yerləşən 370.4 kvadratmetrlik mənzili beş dəfə hərraca çıxarılıb. İlk dəfə 1 milyon manata təkli
6 avqust